A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Ağıllı qadın kişiyə dedikləri hər sözə şəkər qatır və kişinin dedikləri hər sözdən duzu yığışdırır. Ərəb atalar sözləri

B redaktə

  • Bal dadlıdır, şəkər yeməli, kitab isə hər ikisindən də ləzzətli. Kiril Turof
  • Bir mərd ilə ağı yesən şirindir. Yüz namərdlə şəkər yesən dad olmaz. Aşıq Ələsgər
  • Bitki çoxdur, amma təkcə şəkər qamışı şirin olur. Madaqaskar atalar sözləri

C redaktə

  • Cəvahir toz-torpağa batsa da yenə qiymətini itirməz, toz-torpaq göyə qalxsa da yenə qiymətə minməz. Tərbiyəsiz istedad heyifdir, istedadsız tərbiyə isə mümkün deyildir. Kül oddan əmələ gəldiyi üçün ali əsli-nəsəbi vardır, lakin özündə hünər olmadığından torpağa bərabərdir; şəkərin qiyməti qamışdan əmələ gəldiyi üçün deyil, təbiətində şirinlik olduğu üçündür. Sədi Şirazi

Ç redaktə

  • Çirkli bir uşaq üzüyəm qapında; Amma dünyanın ən təmiz gözləriylə baxıram sənə! şəkər deyil istədiyim, ürəyini qoy ovuclarıma! Yılmaz Ərdoğan

G redaktə

  • … Gözəlliklə birləşən dürüstlük, şəkərə bal əlavə etmək kimi bir şeydir. Uilyam Şekspir

H redaktə

  • Hərəkətinizdən günahlı biz deyilik. Bunu sübut etdik. Buna görə pisliyin üstünə şəkər səpəcəyik. V for Vendetta

İ redaktə

  • İnsanlarla rəftar etmək bacarığı bir məhsuldur – necə ki qəhvə və ya şəkəri bazardan almaq mümkündür, eləcə də bu məhsulu orda ala bilərsən … və mən belə bir bacarığa görə dünyadakı hər şeydən daha çox pul ödəməyə hazıram. Devid Rokfeller

M redaktə

  • Mən şəkər qatılmış üzümü sevirəm. Çünki, şəkərsiz onun dadı yoxdur. Kameliyaları sevirəm. Çünki, onların iyi yoxdur. Mən bir də varlıları sevirəm. Çünki, onların ürəyi yoxdur. Aleksandr Düma (oğul)

Ş redaktə