A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

B redaktə

  • Bir xeyir görərkən yardım edin, bir şər görərkən qoyub gedin. Çünki Rəsulullah (s) buyurmuşdur: Ey Adəm oğlu, xeyir iş gör, şəri burax; o zaman səxavətli olar, orta yolu taparsan. Həzrəti Əli
  • “Bir şərdən qaçsan, başqa şərə düşərsən”. Ona görə də şərdən qaçmaq yox, onu dəf etmək lazımdır. Əbu Turxan

G redaktə

X redaktə

  • Xeyir ilə şər qardaşdır. Azərbaycan atalar sözləri/X
  • Xeyir və şər, zənginlik və yoxsulluq, yüksək və aşağı və dəyərlərin bütün adları silaha çevrilib həyatın yenidən və yenidən özünü məcbur etməsini mübarizcəsinə təsdiq edəcək! Fridrix Nitsşe

M redaktə

  • Müqəddəslik duyğusu itən yerdə şər ağacı bitər. Əbu Turxan

P redaktə

  • Pis adamlar səninlə xeyir işlərdə deyil, şər işlərdə ünsiyyətə girirlər. Jan de Labrüyer

S redaktə

  • Sanki ölüm bizim üçün yox, başqaları üçün yazılmışdır. Sanki gördüyümüz bu ölülər elə bir yerə gedirlər ki, tezliklə dönüb qayıdacaqlar. Onları qəbirlərə qoyuruq; miraslarını yeyirik. Bütün öyüdləri unutmuşuq, hər bir bəlanı arxaya atmışıq. Bizi kökümüzdən qoparacaq bəlalara göz yummuşuq. Xoş o şəxsin halına ki, təkəbbürdən uzaqdır, qazancını tər-təmiz bir hala gətirmişdir, xasiyyətini gözəlləşdirmişdir, var-dövlətinin artığını yoxsullara paylamışdır, bihudə sözlər danışmaqdan uzaqdır, şərini insanlardan uzaqlaşdırır; sünnət ona ağır gəlmir, bidətə mənsub deyildir. Həzrəti Əli

Ş redaktə

  • Şər adam qəsdən başqasına zərər vurmağa çalışar və özündən ləzzət alar. Nəsirəddin Tusi
  • Şər hamımızın həyatına yol tapır, ancaq bircə ortaq cəhəti var: şər yoxluğunu ən birinci sənə inandırır. Mel Qibson
  • Şər nə qədər görünməzdirsə, o qədər də qorxuludur. Şeytanın başının üstündə “şeytan” yazısı gəzdirmir. Mel Qibson
  • Şərin də xeyir kimi öz qəhrəmanları var. Fransua de Laroşfuko

V redaktə

  • Var-dövlət mərhumu qapının kandarında tərk edir. Dostlar və qohumlar, qəbiristanlıqda yalnız xeyir və şər əməllər mərhumu daim təqib edir. Nikola Şamfor

Y redaktə

  • Yaşadığımız dünya ona görə fani və naqisdir ki, burada xalis heç nə yoxdur; işıq qaranlıqla, əql nadanlıqla, xeyir şərlə, ideya maddiyyatla qatışıq haldadır. Əbu Turxan