Ancaq elm bəşəriyyəti həqiqətə, ədalətə və xoşbəxtliyə apara bilər. Emil Zolya
Ədalət ancaq həqiqətdən, səadət ancaq ədalətdən yarana bilər. Emil Zolya
Ədalət də eşq və şərab kimi ürəklərin pasını silər. Əfzələddin Xaqani
Ədalət dövlətin məqsədidir. Vətəndaş cəmiyyətin məqsədidir. Ədalət üçün daim mübarizə ediləcək. Aleksandr Hamilton
Ədalət elə nadir keyfiyyətdir ki, onu heç bir pulla almaq olmaz [1] Alen Rene Lesaj
Ədalət güclü, güclü də ədalətli olmalıdır Blez Paskal
Ədalət – ləyaqətli yaşamaq, başqasına zərər verməmək, hamıya haqqını verməkdir. (Ulpian)
Ədalət məhkəmələrinin tam müstəqilliyi məhdud konstitusiya üçün lazımlı bir qanundur. Aleksandr Hamilton
Ədalət olmayan yerdə əxlaqdan danışmaq gülüncdür. Mişel de Monten
Ədalət topaldır, yavaş-yavaş yeriyir, amma gedəcəyi yerə gec-tez çatır. Onore Mirabo
Ədalət üçün ən gizli təhlükə qabaqcadan əmələ gəlmiş yanlış fikirdir. Öz fikrini mütləq həqiqət hesab etmə. Çünki, həqiqətlər dəyişkəndir. Jan Jak Russo
Ədalət yer üzündə Allahın tərəzisidir. Həzrəti Əbu Bəkr
Ədalətdən kənarda olan bilik müdriklik deyil, dələduzluqdur. Sokrat
Ədaləti görməzlikdən gələn dövlət adamlarını cəzalandırmayan millət məhv olmaq məcburiyyətindədir. Məhəmməd peyğəmbər
Ədalətin gecikməyi ədalətsizlikdir. (U.S. Landor)
Ədalətin hökm sürdüyü yerdə silahın yeri yoxdur. Jak Amyot
Ədalətin ilk mükafatı, ədalətli hərəkət etməyinizi düşünməkdir. Jan Jak Russo
Ədalətin qüvvətli, qüvvətlilərin də ədalətli olması lazımdır. Blez Paskal
Heç bir dəyər ədalət qədər böyük ola bilməz. Jozef Adddison
Həddindən çox ədalət həddindən böyük ədalətsizlikdir. Siseron
Qılıncın bacarmadığını ədalət bacarar. (Sultan Süleyman)
Pisliyi ədalətlə, yaxşılığı yaxşılıqla qarşıla. [2] Lao-tszı
Yazılı qanunlar-ədalət keşikçiləridir. Qorqi
Zəiflər hər zaman ədalət və bərabərlik istəyərlər. Güclülər isə bunların heç birinə fikir verməzlər. Aristotel
↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014.səh.134
↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014