A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Ağ ağca qara gün üçündü. Azərbaycan atalar sözləri/A
  • Ağ evi görəndə qara evi yaddan çıxartma. Azərbaycan atalar sözləri/A
  • Ağ gün adamı ağardar, qara gün qaraldar. Azərbaycan atalar sözləri/A
  • Ağ ipək də geyinsən, kölgən qara olacaq. Monqol atalar sözləri
  • Ağ köpək, qara köpək, ikisi də köpəkdi. Azərbaycan atalar sözləri/A
  • Ağ qoyun, qara qoyun keçid başında bəlli olar. Azərbaycan atalar sözləri/A
  • Ağ qoyunun qara quzusu da olar. Azərbaycan atalar sözləri/A
  • Ağa ağ deyiblər, qaraya qara. Azərbaycan atalar sözləri/A
  • Avropa və Afrika artıq buradadır və hindlilər də əvvəllər burada olublar. O, bu gün iki ifrat qara və ağın arasında dayanır, hər ikisi ilə qardaşlıq iddiasında olmaqdan çox qürurlu, lakin hər ikisinin gücünə tab gətirə bilməyəcək qədər zəifdir. İndiyə qədər hökumətimizin siyasəti müdrikliklə deyil, irq qüruru ilə idarə olunurdu. Son vaxtlara qədər nə hindistanlı, nə də zənci siyasi orqanın bir hissəsi kimi qəbul edilməmişdir. Hər iki irqi vətənpərvərlik hissləri ilə ruhlandırmaq üçün heç bir cəhd edilməyib, lakin hər iki irqin ürəyinə təhlükəli narazılıq və nifrət toxumları səpilib. Frederik Duqlas

B redaktə

  • Bəzən səmada qara buludlar olar; səma bu qara buludlar üzündən dəyişməz. Və bəzən ağ buludlarda olar və səma bu ağ buludlar üzündən də dəyişməz. Buludlar gəlirlər. Sən səmasan və düşüncələrdə buludlardır. Əgər düşüncələrini vasvasılıqla izlərsənsə, əgər onları qaçırmazsansa, əgər onlara doğrudan baxsan ilk şey bunu anlamaq olacaq və bu çox böyük bir anlayışdır. Bu sənin işıqlanmanın başlanğıcıdır. Artıq sən yuxuda deyilsən, artıq gəlib gedən buludlarla eyni deyilsən, artıq sonsuza qədər qalacağını bilirsən. Oşo

D redaktə

E redaktə

  • Ermənilər ağ dərili qullar arasında ən pisləridir. Onlarda utancaqlıq yoxdur, onların çoxu oğrudur, onların xarakterləri və dilləri çox kobuddur. Onlar yalnız ciddi kontrol altında yaxşı işləyərlər... Strabon

İ redaktə

  • İsgəndərin zülmətdə tapa bilmədiyini ağ kağız üzərinə qara mürəkkəblə yazılmış kitablarda tapmaq olar. Hümam Təbrizi

Q redaktə

P redaktə

  • Pişiyin qara və ya ağ olmağı əhəmiyyətli deyil. Əhəmiyyətli olan onun siçanı tutmasıdır. Den Syaopin

Y redaktə

  • Yumurtalardan qorxuram, qorxmaqdan əvvəl, iyrənirəm. Ağ üzərində heç dəlik olmayan şey. Heç yumurta sarısından daha iyrənc bir şey gördünüzmü? Qan xoş bir qırmızılığa malikdir, ancaq yumurtanın o sarısı iyrənc. Heç dadmadım. Alfred Hiçkok

İstinadlar redaktə