Ağac barı, insan yaxşılığı ilə qiymətlidir. Assuri atalar sözləri
Ağac barıyla tanınar. Benqal atalar sözləri
Ağac dibindən su içər. Azərbaycan atalar sözləri/Vətən və el
Ağac əkmək üçün ən uyğun zaman 20 il əvvəl idi. Növbəti uyğun zaman bugündür. Çin atalar sözləri
Ağac əyildi, sındı, igid əyildi, öldü. Azərbaycan atalar sözləri/Mərdlik və igidlik
Ağac hələ gənc ikən düzəldilir. Burundi atalar sözləri
Ağac kökləri ilə yaşar, insan dostları ilə. Hind atalar sözləri
Ağac kölgə yaradır, amma kölgədə inkişaf edə bilmir Anna Bartkulaşvili
Ağac kömürü ilə güclüdür, insan dostları ilə. Gürcü atalar sözləri
Ağac meyvəni dəyənə qədər böyüdər. Azərbaycan atalar sözləri/Vətən və el
Ağac nə qədər boy atsa da, kökü torpaqda olar. Tatar atalar sözləri
Ağac nə qədər yüksək olursa olsun, yarpaqları yenə də yerə tökülər. Çin atalar sözləri
Ağac olan yerdə budaq sınar. Azərbaycan atalar sözləri/Vətən və el
Ağac səmtinə yıxılar. Azərbaycan atalar sözləri/Vətən və el
Ağac sınanda budaq nəyə gərəkdir?! Azərbaycan atalar sözləri/Vətən və el
Ağac və kitabın yarpağı nə qədər çoxdursa, meyvəsi bir o qədər azdır. Ərəb atalar sözləri
Ağac və müəllim öz barı ilə tanınır. Fars atalar sözləri
Ağac yaşkən əyilər. Konfutsi
Ağac yıxılanda hamı üstünə axışar: baltalı da, baltasız da. Abxaz atalar sözləri
Ağac yıxılmazdan qabaq meymunlar üstündən dağılışar. Benqal atalar sözləri
Ağacdan düşən yarpaq necə qurumağa məhkumsa; könüldən düşən insan da unudulmağa məhkumdur. Nəcib Fazil Qısakürək
Ağacı içindən qurd yeyər. Azərbaycan atalar sözləri/Vətən və el
Ağacın əyriliyi ancaq odda yox olar. Teluqu atalar sözləri
Ağaclar çoxdur, lakin hamısı meyvə vermir. Meyvələr də çoxdur, lakin hamısı dadlı deyil. Elm də çoxdur, lakin hamısı faydalı deyil. Həzrəti İsa
Azadlıq ağacı zaman-zaman vətənpərvərlərin, tiranların qanı ilə suvarılmalıdır. Tomas Cefferson
Hər ağac öz dibinə kölgə salar. Azərbaycan atalar sözləri/Vətən və el
Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir... Heydər Əliyev
Xarakter ağac isə, şan və şərəf o ağacın kölgəsi kimidir; biz həmişə kölgəni düşünürük halbuki gerçək olan ağacın özüdür. Avraam Linkoln
Məhəbbət ağac kimidir: öz-özünə bitərək, varlığımızın ən dərin qatlarına kök atır və bəzən ürəyimizin xarabalığında da çiçəkləyib yaşamaqda davam edir. Viktor Hüqo
Məhəbbətsiz ailə köksüz ağac kimidir. Lak atalar sözləri
Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə hesab edirəm ki, o, mənim qolumu, barmaqlarımı kəsir... İnsan qurmalıdır, yaratmalıdır... Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız. Təbiətə zərər vuranlar, təbiəti çirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir. Heydər Əliyev