Aleksandr Pop (21 May 1688 - 30 May 1744) – İngilis şairi

Aleksandr Pop
Doğum tarixi 21 may 1688
Doğum yeri City of London
Vəfat tarixi 30 may 1744
Vəfat yeri Twickenham
Dəfn yeri London
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Ağıllandıqca atalarımızın bir dəli olduğuna inanarıq; bizdən daha ağıllı olan oğullarımız da bizim üçün elə düşünəcək.
  • Axmaqlar heyran olur, ağıllı insanlar isə razılıq ifadə edirlər.
  • Axmaqlar kiməsə lağ etməyə bilməzlər.

B redaktə

  • Baxışlarımız bizim saatlarımıza bənzəyir: hamısı fərqli vaxtları göstərir, amma hər kəs yalnız öz saatına inanır.
  • Bir ağac, hər hansı bir şahzadədən daha soyludur.
  • Bizi ömrü boyu müşayət edən ümid, hətta ömrün son saatında belə bizi tərk etmir.
  • Bütün axmaqlar kimisə ələ salmaq üçün səbirsizlənirlər.

C redaktə

  • Cazibədarlıq gözə çarpar, fəzilət isə ruhu fəth edər.

D redaktə

  • Dar düşüncəli insanlar dar boyunlu şüşələrə bənzəyir; nə qədər az tutsalar, bir o qədər yüksək səslə tökürlər.
  • Dəniz ayırdığı ölkələri birləşdirir.
  • Doğru olan, haqlı olandır.
  • Dünyanı yaddan çıxaranı dünya da unudar.

Ə redaktə

  • Əksər qadınların xarakteri yoxdur: onlar ya sarışındırlar, ya da qaraşınlardır; bu onları bir-birindən ayırmağın ən yaxşı yoludur.
  • Ən ciddi insanlar ən çox güvənənlərdir.

G redaktə

  • Gözəllik gözə dəyir, ləyaqət isə qəlbi fəth edir.
  • Gözəllik, tək bir saçla belə bizi arxasından sürüyər.
  • Gündəlik həyatda adətən xoş adlandırılan xarakter nəzakət və yalandan ibarətdir.

H redaktə

  • Hakimiyyəti, uzaqgörənliyi və son səbəbləri olmayan Allah tale və təbiətdən başqa bir şey deyil.
  • Hər bir insan digərindən fərqlidir və hər gün bir insan dünənindən fərqli olur.
  • Heç bir linza özünə baxıb həzz alan insanın gözləri qədər böyütmür.[1]
  • Heç bir şey gözləməyənlər nə xoşbəxtdir, heç xəyal qırıqlığına uğramazlar.
  • Hər şeyə əsəbiləşən, boş yerə hay-küy salaninsan ya lovğadır, ya da ağılsız.
  • Həyatımız boyu bizi müşayiət edən ümid hətta ölüm ayağında da bizi tərk etmir.

X redaktə

  • Xəstəlik bir növ erkən qocalıqdır.

İ redaktə

  • İdman istirahəti deyil, zehni gücləndirir.
  • İnadçı bir adam fikirləri tutmaz, fikirlər onu tutar.
  • İnsan səhv etdiyini etiraf etməkdən utanmamalıdır, çünki belə bir etiraf sadəcə bir ifadədir, başqa sözlə, bu gün dünənkindən daha ağıllıdır.
  • İnsanlar mələk, mələklər də Tanrı olmaq istəyərlər.

K redaktə

  • Kim yalan danışarsa, özünü çətin vəziyyətə salır, çünki o, bundan sonra azı iyirmi dəfə yalan danışmalıdır ki, birinci yalanın üstünü örtsün.

Q redaktə

  • Qərarlar əksər halda saatlarımıza bənzər: heç birimizinki bir-biri ilə üst-üstə düşməz. Amma yenə öz qərarımıza etimad edirik.
  • Qəzəb həmişə öz səhvlərini başqalarında axtarır.
  • Qəzəblənmək, başqasının səhvlərini öz üzərinizdən götürmək deməkdir.
  • Qəzəblənmək başqalarının səhv hesablamalarına görə məsuliyyət daşımaq deməkdir.

M redaktə

  • Məhəbbət bütün ürəkləri açan açar kimidir.

N redaktə

  • Namuslu bir adam, Tanrının ən soylu əsəridir.
  • Nə bəxtiyardır heç nə gözləməyən insan, çünki o, heç vaxt məyus olmaz
  • Nizam səmanın ilk qanunudur.

O redaktə

  • O, incidənləri sevir, amma təhqirə nifrət edir.
  • Oxuduğumuz kitab, bizi fikrən yüksəldib, içimizi yaxşı duyğularla doldurmalıdır.

Ö redaktə

  • Özünə heyran olan insanın gözləri qədər böyüdən mikroskop yoxdur.

R redaktə

  • Ruhlar saleh bir meyl hiss edəndə, sevgi azadlıq olanda, təbiət qanun olanda nə xoşdur.

S redaktə

  • Səhv etmək insanın, bağışlamaq tanrıların mülküdür.
  • Sərvətin toplandığı yerdə insanlar əxlaqını itirər.
  • Sözlər ağacların yarpaqlarına bənzəyir: çox olanda meyvəsi azdır.

Ş redaktə

  • Şər insanla yoldaşlıq edəndə yalnız birinci gün bunu rüsvayçılıq bilirsən, sonrakı günlərdə buna elə vərdiş edirsən ki, hətta onu qucaqlayıb öpə də bilirsən.[2]

T redaktə

 
Tarixlər dostlardan daha çox itlərin sədaqət nümunələri ilə doludur.
  • Tanrı: "Nyuton olsun!" dedi və hər şey işıqlandı.
  • Tarixlər dostlardan daha çox itlərin sədaqət nümunələri ilə doludur.
  • Təbiət və Təbiətin qanunu, qaranlıqda gizli idi.
  • Təvazökarlığın olmaması ağıl çatışmazlığıdır.

Ü redaktə

  • Ümid insanı ömrü boyu müşayiət edir, ölüm anında belə onu tərk etmir.
  • Üzr, yalandan daha qorxunc, daha pisdir; üstü örtülmüş bir yalandır çünki.

Y redaktə

  • Yaxşı həyat yoldaşı Allahın bizə xüsusi hədiyyəsidir.
  • Yanılmaq insanca, bağışlamaq müqəddəscə bir işdir.
  • Yalan danışan öhdəsinə götürdüyü işin çətinliyini dərk etmir: bu ilk yalanı ört-basdır etmək üçün daha iyirmi yalan uydurmalı olacaq.

İstinadlar redaktə

  1. Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,
  2. Buludxan Xəlilov. Dil-söz çələngi. Bakı, “Elm-təhsil” nəşriyyatı, 2012,