Alfred de Müsse (11 dekabr 1810, Paris, Fransa – ö. 2 may 1857, Paris, Fransa) — fransız yazıçısı, şairi, dramaturqu. Fransa Akademiyasının üzvü (1852).
Alfred de Müsse
Doğum tarixi
11 dekabr 1810
Doğum yeri
Paris
Vəfat tarixi
2 may 1857
Vəfat yeri
Paris
Dəfn yeri
Per-Laşez qəbiristanlığı, Grave of Alfred de Musset
Bağışlaya bilmirsinizsə, unutmağa çalışın.
Bəli, qadınlar, heç bir səhv yoxdur, sizə ölümcül bir güc verildi; Bir təbəssüm kifayətdir ki, yüksələsən və ya düşəsən.
Bir addım atmamışdan əvvəl iyirmi il tərəddüd edə bilərsiniz, amma artıq addım atıldığında geri çəkilə bilməzsiniz.
Bir qadına dünyanın ən gözəl gözlərinə sahib olduğunu söyləsəniz, o, ayaqlarının heç də pis olmadığını qeyd edər.
Böyük xatirələr zehnimizə kiçik qapılardan girir.
Böyük iztirablar qədər bizi yetkinləşdirən bir şey yoxdur.
Böyük sənətkarların vətəni yoxdur.
Dostlarını sevənlər həmişə işıqlı mühitdə yaşayırlar.
Əgər qadın imtina etmək istəyirsə, yox deyir. Bir qadın izahatlara girərsə, inandırmaq istəyir.
Əgər pisliyə inanırsansa, deməli bunu etmisən.
Ən qiymətli göz yaşları eşqin vergisidir.
Ən pis düşməninizin üzünüzə deyə biləcəyi bütün bəlalar, ən yaxşı dostlarınızın arxanızca sizin haqqınızda dedikləri ilə müqayisədə heç bir şey deyil.
Heç bir şey düşmənçilik hissi qədər sürətlə yüksəlmir.
Həyat yuxudur, sevgi isə bir xəyaldır.
İnsan bir şagird iztirablar isə onun müəllimidir. Bir insan iztirab çəkməyincə öz-özünü tanıya bilməz.
İş günləri! Onlar mənim yaşadığım yeganə günlərdir.
Qeyri-müəyyənlik bütün işgəncələrin ən şiddətlisidir.
Ömür yuxu, sevgi isə onun röyasıdır.
Nə vaxtsa sevmiş hər kəs bir çapıq daşıyır.
Rəssam tacirdir, sənət isə onun ticarətidir.
Sevdiyin zaman yoxluq və zaman heçdir.
Sevgi haqqında zarafat etməyin.
Şeir kədərlərin ən şirinidir.
Tez-tez əziyyət çəkmişəm, bəzən səhv etmişəm; amma sevdim. Mənim yaşadığım, qürurum və cansıxıcılığımla yaradılan qondarma bir varlıq deyil.
Yalnız özü üçün yaşayan insan pis yaşayır.