Alim

təbiəti, kainatı və burada baş verən hər cür prosesləri sistematik şəkildə, elmi metodlardan yararlanaraq öyrənməyə çalışan insan



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

 
Alimlər adi insanlardan danışıq və mürəkkəb aldatmalara heyran olmaq qabiliyyəti ilə fərqlənirlər. Anatol Frans
  • Adam yanıla-yanıla alim olur. Türk atalar sözləri
  • Alim bank xəzinədarına oxşayır: onun əlində böyük xəzinələrin açarı var, amma bu xəzinələr onun deyil. L.Berne
  • Alim cəmiyyətinin üzvü olma. Ən müdriklər cəmiyyət təşkil edəndə sadə rəiyyət olurlar. Pifaqor
  • Alim düzgün cavabları verən yox, düzgün sualları qoyandır. Levi Stross
  • Alim hər hansı bir fərziyyəni dinləməyə çalışan, lakin bunun ədalətli olub-olmadığını özü müəyyən edən insan olmalıdır. Fenomenlərin xarici əlamətləri alimin mühakimələrini bağlamamalı, sevdiyi bir fərziyyəyə malik olmamalı, məktəbdən kənar olmalı və heç bir səlahiyyətə malik olmamalıdır. Fərdlərə deyil, obyektlərə hörmət etməlidir. Bu keyfiyyətlərə zəhmət əlavə edilsə, təbiət məbədində pərdəni qaldıracağına ümid edə bilər. Maykl Faradey
  • Alim hər yerdə alimdir, kral isə ancaq öz krallığında kraldır. Malayal atalar sözləri
  • Alim məclisləri cənnət bağçalarıdır. Əli
  • Alim o adamdır ki, heç nə bilmədiyini dərk etmək üçün kifayət qədər biliyə malikdir. Adrian Dekursel
  • Alim odur ki, sözü, fikri, əməli bir ola. Ərəb atalar sözləri
  • Alim oğul atanı sevindirər. Ərəb atalar sözləri
  • Alim olanda müdrik idin, amma aşiq olmağa hazırsanmı? Şəms Təbrizi
  • Alim olmaq asandır, insan olmaq – çətin. Azərbaycan atalar sözləri
  • Alim olmaq istəyirsən - durma, yaz, cahil olmaq istəyirsən - durma, qaz. Türk atalar sözləri
  • Alim olub zillətdə yaşamaq, cahil olub işrətdə yaşamaqdan yaxşıdır. Ərəb atalar sözləri
  • Alim öz konsepsiyalarının əsirinə çevrilməməlidir. Dmitri Lixaçov
  • Alim pul xərcləyəndə də şüurlu hərəkət edir. Əl-Biruni
  • Alim, şair, döyüşçü, qaninverici və s. olmaq yaxşıdır, lakin bununla yanaşı, insan olmaq da lazımdır. Vissarion Belinski
  • Alim üçün yaddan çıxarmağı bacarmaq yadda saxlamağı bacarmaqdan daha vacibdir. Xudu Məmmədov
  • Alimdən soruşdular:

-Elmdə bu dərəcəyə necə çatdın? Dedi: -Bilmədiyim şeyi soruşmaqdan utanmadım. Sədi Şirazi

  • Alimin xətası dəryada sınıq gəmiyə bənzər, həm özü qərq olar, həm də gəmıidəkilər. Əli
  • Alimin ibadət edəndən üstünlüyü aylı gecədə Ayın ulduzlardan üstünlüyünə bənzər. Məhəmməd
  • Alimin iki rəkət namazı, alim olmayan adamın yetmiş rəkət namazından üstündür. Məhəmməd
  • Alimin paltarı olmasa da, elmi eybini örtər. Ərəb atalar sözləri
  • Alimlə cahilin arasında fərq bircə burasındadır ki, alim nəfsinin cilovunu çəkə bilər, cahil yox. Şəms Təbrizi
  • Alimlər adi insanlardan danışıq və mürəkkəb aldatmalara heyran olmaq qabiliyyəti ilə fərqlənirlər. Anatol Frans
  • Alimlərə hörmət edən şəxs elə bil mənə hörmət edir. Məhəmməd peyğəmbər
  • Alimlərin qayğısı altında olan camaat, atasının qucağındakı uşaq kimidir. Rabiə Abdul əl-Rəhman
  • Alimlərin ruhu elm məbədində əbədi həyata qovuşur. Əbu Turxan

B redaktə

  • Bildiklərinə əməl etməyən alim başqasını geydirdiyi halda özü çılpaq olan iynə kimidir. Muhəmməd Qəzzali
  • Bilinməyən, sirr, xəyali, mifik, möcüzəvi, inanılmaz və hətta dəhşətli olanı aşkar, sadə və sağlam olandan üstün tutmaq cəhalətə xasdır. Həqiqət heç vaxt təxəyyülü mövhumatlar qədər güclü şəkildə sarsıtmaz ki, hər kəsin özünə uyğunlaşdıra bilər. Adi insanlar nağılları dinləməyi hər şeydən üstün tuturlar. Kahinlər və qanunvericilər dinlər uydurur və bu nağıllardan sirlər çıxarırlar. Onlardan adi insanların xarakterinə, xasiyyətinə uyğun istifadə edirdilər. Adi camaatın bu meylinə görə keşişlər, şəriət və qanunvericilər vəcd həvəskarlarına, qadınlara və cahillərə bağlandılar. Bu məzmunda olan insanlar tədqiq edə bilmədikləri fikirləri asanlıqla qəbul edirlər. Saflıq və həqiqi sevgi ancaq təxəyyüllərini araşdırma və düşünməklə təşkil edən müəyyən insanlarda olur. Bir kəndin sakinləri heç vaxt öz keşişindən latın dilini dini nitqlərinə həddən artıq qarışdırdıqda ondan məmnun olmurlar. Cahillər, başa düşmədikləri şeylərdən danışan hər kəsi çox alim hesab edirlər. Bu, qəbilələrin sadəlövhlük prinsipi və onlara rəhbərlik iddiasında olanların təsir və hökmranlığıdır. Pol Anri Holbax
  • Bir adamdan soruşdular: - Barsız alim nəyə bənzər. Dedi: - Balsız arıya. Sədi Şirazi

Ç redaktə

  • Çox oxuyan yox, faydalı kitablar oxuyan əsl alim ola bilər. Aristipp.

D redaktə

  • Dörd ayaqlı heyvan da büdrəyir, alim də səhv edir. Tai atalar sözləri
  • Dövlətin gücünü təmin edən ən yaxşı zabitləri, tədrisçiləri himayə et. Onlarla nəzakətlə rəftar et və şərəf ver. Bir fəzilətli adamdan bəhs edildiyini öyrəndinsə, onunla səmimi bir şəkildə söhbətə və əlaqəyə gir, ona mülk ver və onu himayə et. Ərdəm, alim və təhsilli insanların sayı onda artacaq. I Osman

E redaktə

  • Elm sahilsiz bir dəryadır, alim isə sahilsiz dəryaya almış bir dəryadır. Mövlana Cəlaləddin Rumi
  • Ey Kumeyl, könüllər qablara bənzər; ən xeyirli qab isə içindəkini ən yaxşı qoruyandır. Məndən eşitdiyin sözü yadında saxla. Insanlar üç qismdir: Rəbbə mənsub olan alim, qurtuluş yolunda elm axtaran və adəti pislik olanlar; hər çağıran şəxsə bilmədən uyanlar, hər yelə qapılıb gedən kişilərdir. Onlar nə elm işığıyla işıqlanmışlar, nə də qüvvətli bir müdafiəyə söykənmişlər. Əli

Ə redaktə

  • Əgər alim Bilmirəm kəliməsi barədə qafil olarsa özünü həlak etmiş olar. İmam Məlik
  • Əgər alim, öz işini, laboratoriya otağını yığışdıran qulluqçuya izah edə bilmirsə, onda o başa düşmür ki, nə edir. Ernest Rezerford
  • Əgər elm ümidlə olsaydı, dünyadakı bütün insanlar alim olardı. Əli
  • Əsəri olmayan alim barsız ağacdır. Sədi
  • Əsl alim nə tərifdən, nə də qınaqdan təsirlənmir, nə də təbliğ edir. O, kainatın pərdəsini açır və insanlar heç bir itələmədən həvəslə gəlirlər, yeni bir vəhyi görmək üçün gəlirlər: nizam, harmoniya, yaradılışın əzəməti! İnsan kainatı mükəmməl ahənglə idarə edən heyrətamiz qanunları dərk etdikcə, nə qədər kiçik olduğunu dərk etməyə başlayır. O, insan varlığının xırdalığını, ambisiyaları və intriqaları ilə, “mən səndən daha yaxşıyam” inancını görür. Bu, onun içindəki kosmik dinin başlanğıcıdır; dostluq və insan xidməti onun əxlaq kodeksinə çevrilir. Və belə əxlaqi əsaslar olmadan ümidsizcəsinə məhv oluruq. Albert Eynşteyn

H redaktə

  • Heç kim anadan alim doğulmayıb. Tacik atalar sözləri
  • Həddən artıq zarafat etmək alim üçün qüsurludur. Sədi
  • Həyat, hər şeydən əvvəl yaradıcılıqdır, amma bu o demək deyil ki, yaşamaq üçün hər bir insan sənətkar, balerina və ya alim kimi doğulmalıdır. Dmitri Lixaçov

K redaktə

  • Kim ki, alimliyi və ya zəkası ilə öyünür, demək onun nə alimliyi var, nə də zəkası. Ernest Heminquey

M redaktə

  • Mənə həsəd aparır hər tərəfdə min düşmən

Çuğullayır məni hər yanda min rəzil, ədna.
Mənim tək arif olanlar həsəddən olmaz iraq,
Mənim tək alim olanlar çəkir həmişə cəfa. Əbül-üla Gəncəvi

P redaktə

  • Pis tərbiyə almış adamda cəsarət kobudluğa, alimlik pedantizmə, məzəlilik oyunbazlığa, sadəlik qabalığa, həlimlik yaltaqlığa çevrilər. [1] Con Lokk

V redaktə

  • Vay o adamların halına ki, özləri öz gözlərinə müdrik, alim görünürlər. Demokrit
  • Vedaları tanıyan bir brahmananın məşhur bir alim olmasında təəccüblü nə var? Siyasi elmləri bilən bir hökmdarın sərt və ədalətli olmasında təəccüblü nə var? Gözəl bir gənc qızın dindar bir qadına çevrilməsində təəccüblü nə var? Yazıq insanın günün və ya gecənin istənilən vaxtında günah işlətməsində təəccüblü nə var? Çanakya

İstinadlar redaktə

  1. Aforizmlər və hikmətli sözlər, Bakı, 2005