Picture of a diamond.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Almaz kimi ol. Yandığın zaman, nə yerdə külün, nə də göydə tüstün qalsın. Arif Nihat Asya
  • Almaz yonulmazsa, insan yanılmazsa mükəmməlləşməz. Konfutsi
  • Almazı yerin dərinliyində axtardığımız kimi, həqiqəti də düşüncələrimizin dərinliyində axtarmalıyıq. Viktor Hüqo

B redaktə

  • Bədənə yerləşdirilən ruh cilalanmamış almaz kimidir. Əgər o cilalanmasa parıldamaz. Aydındır ki, ağıl bizi heyvanlardan fərqləndirir və savadlılıq bu fərqi daha da artırır və başqalarına nisbətən, heyvanlardan daha da uzaqlaşmağımıza kömək edir. Daniel Defo
  • Bəlkə də kömür parçasına görə zaman demək, almaz deməkdir. Cübran Xəlil Cübran

Ç redaktə

  • Çalış ki, kipriyin olsun almaz tək,
    Ayıq ol, ölkənin keşiyini çək! Nizami Gəncəvi

H redaktə

  • ... Həqiqət almaz kimi möhkəm, çiçək kimi zərifdir. Mahatma Qandi
  • Həqiqət almaz kimidir: qaranlıqda daha çox parıldayır. Frensis Bekon

P redaktə

S redaktə

T redaktə

  • Tərif də qızıl və almaz kimi yalnız az olanda qiymətli olur. Samuel Conson
  • Türk qadınlarının ən böyük bəzəyi Türk olmaqlarıdır. Onlar bəzənmək üçün almaz və ya zümrüd geyinmirlər, bəlkə üzərlərində daşıdıqları o daşları bəzəmiş və qiymətləndirmiş olurlar. Çünki hər Türk qadını canlı bir inci və qiymətsiz bir brilyantdır. Lady Mary Vortley Montagu

Ü redaktə

  • Ümid qızıl kimidir, heç bir mühitdə paslanmaz. Ümid almaz kimidir, onu heç nə kəsə bilməz. Demokrit

İstinadlar redaktə