Anna Luiza Stal, tam adı - Anna-Luiza Yermena de Stal-Qolşteyn (Fransız dilində. Anne-Louise Germaine de Staël-Holstein), - (Paris, Fransa - 22 aprel 1766 — Paris, Fransa - 14 iyul 1817) — Fransız yazıçısı, ədəbiyyat nəzəriyyəçisi, publisist, madam de Stal adı ilə daha çox tanınır.
Anna Luiza Stal
Tam adı
Anna-Luiza Yermena de Stal-Qolşteyn
Doğum tarixi
22 aprel 1766
Doğum yeri
Paris, Fransa
Vəfat tarixi
14 iyul 1817
Vəfat yeri
Paris, Fransa
Dəfn yeri
Coppet Castle
Ağıl fərqli olan şeylər arasındakı oxşarlığı və eyni olan şeylər arasındakı fərqi dərk etməkdədir.
Azadlığın nə olduğunu ancaq onun uğrunda ölməyə hazır olanlar bilir.
Daha yüksək mövqelər dik qayalara bənzəyir: onlara yalnız qartallar və sürünənlər qalxır.
Dahinin cinsi yoxdur.
Danışmaq ehtiyac ola bilər, lakin susmaq bir sənətdir.
Dövlətin qüdrəti və müqəddəsliyi, ilk növbədə ədalətin durmadan həyata keçirilməsi ilə bağlıdır.
Dünyanın ən böyük alimi təcrübədir. Amma biz bu həqiqəti uzun illər dərk edə bilmirik, dərk edəndə isə artıq iş-işdən keçmiş olur.
Eşq bir qadının həyatının hamısı, bir kişinin həyatının isə bir hissəsidir.
Ən gözəl xatirələr üçün biz sevgiyə borcluyuq.
Fransızların şənliyi onların ünsiyyətcilliyindən, italyanlarınki təxəyyüldən, ingilislərinki xarakterin orijinallığından irəli gəlir; almanların şənliyi fəlsəfidir: onlar öz növlərindən çox şeylərlə və kitablarla zarafatlaşırlar.
Güc dincəlməkdən deyil, mübarizədən doğur.
Heç bir qanunu pozmadan çox pis insan olmağın min bir yolu var.
Hər şeyi anlamaq - insanı tolerant edər.
Hər şeyi başa düşmək - əfv etmək deməkdir.
Həyat maşın sürmək kimi bir şeydir: nə qədər diqqətli və təcrübəli olsan da, qəzaya uğramaq ehtimalı həmişə var.
Həyat tez-tez uzun bir gəmi qəzasına bənzəyir, bunun qırıntıları dostluq, şöhrət və sevgidir.
Xoşbəxtlik, qarşısını ala bildiyimiz bədbəxtliklərin xatirələrindən ibarətdir.
Kişi həyatında bir epizod olan sevgi, qadın həyatının bütün hekayəsidir.
Kişilər üçün sevgi məqsəddir; bu hissin qalıcı olması qadının yeganə xoşbəxtliyidir.
Qadının sevgisi çox vaxt hisslərinin, dostluq isə hər zaman qəlbinin və ruhunun ehtiyacıdır.
Qadınlar kişilərə cəlb olunmadıqlarını aşkar etdikdə dinə üz tuturlar.
Qəlbin əxlaqsızlığı ağlın məhdudluğuna dəlildir.
Laqeyd bir insan üçün möhkəm olmaq asandır.
Mən necə də xoşbəxtəm ki, kişi doğulmamışam, çünki doğulsam, qadınla evlənməli olardım.
O, o qədər yaxşı dostdur ki, bütün dostlarını dartıb çıxartmaq ləzzəti üçün suya buraxardı.
Sevgi bir qadının həyatının hekayəsidir, kişinin həyatında bir epizoddur.
Sevgi əbədiyyət simvoludur, bütün zaman anlayışını yox edir, başlanğıcın yaddaşını söndürür və son qorxusunu boğur.
Sevgi iki nəfər üçün eqoizmdir.
Sevginin əsas mahiyyəti güvəndir.
Sevinirəm ki, kişi deyiləm, yoxsa evlənməli olardım.
Sevmədiyim kişilər arasında birinci ərim ən yaxşısı idi.
Söz gücünə yaxşı adam olmaq olmaz, sən öz yaxşılığını əməlinlə sübut etməlisən.[1]
Ümumbəşəri heyrətə səbəb olan biri tərəfindən sevilmək qadının başına gələ biləcək ən yaxşı taledir; amma xoşbəxtlik çox narahatlıq doğurur.
Yaxşı xidmətlər əkin: onlardan şirin xatirələr yetişəcək.
Yalnız azad xalq milli xarakter daşıyır.
Yalnızlıq ölümün vestibülüdür.
Yuxu yox olan kimi onun yerini reallıq tutur.
Zərif qadın pişiyin pəncəsinə bənzəyir, onu bir az sıxın, caynaqlarını hiss edəcəksiniz.
↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.511