Anri de Monterlan

Anri de Monterlan - (1896 — 1972) — Fransa yazıçısı və dramaturqu.

Anri de Monterlan
Doğum tarixi 20 aprel 1895
Doğum yeri VII arondisman (Paris)
Vəfat tarixi 21 sentyabr 1972
Vəfat yeri VII arondisman (Paris)
Dəfn yeri forum
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Axmaqlıq insanın günahlarının ən böyük cəzasıdır.
  • Anlaya bilmək üçün sevmək, sevə bilmək üçün anlamaqdan daha vacibdir.
  • Arzularımız sağalmazdır.

B redaktə

  • Bağışladığımız insanlar var, bağışlamadığımız insanlar var. Bağışlamadıqlarımız dostlarımızdır.
  • Bədbəxtlikdə insan ancaq başqalarının bədbəxtliyi ilə özünə təsəlli verə bilər.
  • Bəşər övladı üç sağalmaz xəstəliyə qurban gedir: yeməyə ehtiyac, yuxu ehtiyacı və diqqətə ehtiyac.
  • Biz kəsə bilmədiyimiz əli öpürük.
  • Biz yaşlandıqca qəzəb kədərə çevrilir.
  • Bizim böyük səhvimiz pastorun, həkimin və vəkilin adi insanlar olmadığına inanmaqdır.
  • Böyük ideyalar amansızdır.
  • Bu dünyada uğur yalnız sosial vəziyyətlə əlaqədardır.

D redaktə

  • Dalğalar ən çox yaladıqları divarları yıxarlar.
  • Din bəşər övladının iyrənc xəstəliyi, siyasət isə onun bədənində xərçəngdir.
  • Dörd uşaq atası olmaq kifayət deyil, həm də kişi olmaq lazımdır.

E redaktə

  • Elə bir hökumət yoxdur ki, nəyisə ört-basdır etməkdə günahı olmasın.
  • Evlilik - ortaq bir yataq otağı olan cəhənnəm; ayrı yataq otağı ilə birlikdə yalnız təmizləyici; birlikdə yaşamadan cənnət olardı.

Ə redaktə

  • Ən güclü ata qəzəbi ən incə övlad sevgisindən daha zərifdir.

G redaktə

  • Gənc insan uğursuzlara, yaşlı insan xoşbəxtlərə poza verir.
  • Gəncliyində sevməlisən , yetkinlik çağında kitablar yazmalısan və nəhayət qocalığında həqiqəti söyləməlisən.

H redaktə

  • Heç bir zəka sınağı dünyanı olduğu kimi görmək və onu yaxşı tapmaqdan üstün deyil.
  • Həyat onu ciddiyə almamağa qərar verdiyimiz anda gözəlləşir.
  • Həyatda hər insanın hörmət etdiyi iki keçid var: uşaqlıq və əzab.

X redaktə

  • Xəyallar narazılıqdan yaranır; Hər şey öz yerində olan insan xəyal qurmaz.

İ redaktə

  • İnqilablar böyük vaxt itkisinə səbəb olur.
  • İnsanın ilahi tərəfindən tərk edildiyi zaman ölməsi yaxşıdır.

K redaktə

  • Kişi əzab çəkən qadına yataqda təsəlli vermədikcə ona heç bir köməklik edə bilməz.
  • Kişi qadının ruhu ilə o zaman maraqlanır ki, bədəni gözəl olsun.
  • Kişilərdən fərqli olaraq qadınlar sevildikdən sonra arzulamağa başlayırlar.

Q redaktə

  • Qadın bir kişi üçün, kişi bütün qadınlar üçün yaradılmışdır.
  • Qadınlar hisslərini gizlətmək üçün, kişilər isə olmayan hissləri göstərmək üçün yalan danışırlar.
  • Qız göz yaşları içində qadına, inildəyəndə anaya çevrilir.
  • Qoxu çiçəklərin intellektidir.
  • Qürur qılınc deyil, zireh olmalıdır.

M redaktə

  • Mən qadınları sevirəm, amma onların varlığına nifrət edirəm.

S redaktə

  • Sevə bilmək üçün başa düşməkdənsə, başa düşmək üçün sevmək daha vacibdir.

T redaktə

  • Təbii olan hər şey ədalətsizdir.

Ü redaktə

  • Ümid zəiflərin iradəsidir

V redaktə

  • Vaxtı itirməyin ən bariz nümunəsi telefon söhbətləridir.
  • Valideynlərinizi itirdiyiniz gün həqiqətən özünüz olursunuz.

İstinadlar redaktə