Aqata Meri Klarissa Miller (ing. Agatha Mary Clarissa Miller; 15 sentyabr 1890, Torki, Devon – 12 yanvar 1976, Vinterbrook, Böyük Britaniya — ingiltərəli yazıçı, detektiv janrının kraliçası.
Biz çox tez ruhdan düşürük, hər zaman ”bunu etməyin mənası nədir ki” deməyə hazırıq. Lakin, yalnız ümid elə bir xoş haldır ki, bu əsrdə, bu günlərdəinsanları yalnız həvəsləndirmək lazımdır.
Bunu başa düş, mən həqiqətə çatmaq istəyirəm. Həqiqət özü nə qədər çirkin olsa da, onu axtaranlar üçün həmişə maraqlı və gözəldir.
Deyilənə görə ölənlər barəsində ya yaxşı ya dakı heç bir şey söyləmək lazım deyildir. Məncə bu axmaq fikirdir. Bu misalı yaşayan insanlara aid etmək lazımdır. Çünki öləndən fərqli olaraq diri insanın xətrinə dəymək mümkün olur.
Dəqiq bilmirəm kişilərlə qadınların arasında dostluğa nə səbəb olur, amma kişilər təbiət etibarı ilə qadınlarla heç zaman dost olmaq istəmirlər.
Doxsan doqquz halda qadınlar özlərini axmaq kimi aparır, lakin yüzüncü dəfə kişilərdən daha hiyləgər olurlar.
Dünyada yüksək dəyərə malik olan sözlər- sevgi, seks, həyat, ölüm, nifrət- bunlar heç də, bizim yaşamağımıza təkamül vermirlər. Əksinə düşünmədiyimiz sonradan həyatımızda başımıza gələcək digər xırda, alçaldıcı şeylər bizim həyat təkamülümüzü və həyata baxışımızı dəyişmək gücünə malikdir. Çünki bu sadalananlar həyatı boyu bizi tərk etmirlər, onlardan qaçmaq mümkün olmur.
Evlilik sevgidən daha vacibdir, mən burada köhnə qaydaları üstün tuturam – ən vacib olan hörmətdir. Ancaq bunu heyrətlə səhv salmaq olmaz. Bütün evlilik boyu ərinizə heyrətlənmək çox darıxdırıcıdır və bu boynun arxasında revmatik ağrılarla bitəcək.
Həkimin ən böyük üstünlüyü ondan ibarətdir ki, o, öz tövsiyələrinə əməl etmək məcburiyyətində deyil.
Həmişə haqlı olan insandan daha yorucu bir şey yoxdur.
Hər bir cinayətkar, kiminsə çox yaxşı bir tanışıdır.
Hər şey nəzərə alınmalıdır. Fakt nəzəriyyəyə uyğun gəlmirsə, nəzəriyyəni buraxın.
Hər zaman balıqqulaqlarını, rəngarəng sahil daşlarını və ümumiyyətlə uşaqların yığmağı sevdiyi o rəngarəng daşları xoşlamışam. Ağappaq quş lələyi, rəngli yarpaqlar – hərdən mən belə düşünürəm ki, məhz bunlar əsl sevinc mənbəyidir, nəyinki bahalı daş-qaşlar, zümrüdlər və s.
Hər zaman özünüzə təkrar edin ki, insanlar sizi dinləməkdə maraqlı deyillər. Nəyə görə onlar öz həyatları ilə deyil, sizin həyatınızla maraqlanmalıdır?
Həyatında hansı dəqiqələrin ən əziz olduğunu, yalnız gec olduqda anlayırsan.
İncəsənət nümunələrini,şah əsərlərini uyğun olmayan vaxtda eşitməkdən və dinləməkdən böyük səhv yoxdur. Məhz bir çoxları üçün Şekspir ona görə yox oldu ki, onu orta məktəbdə keçdilər.
İndi motivsiz qətl yoxdur.
İndi müharibənin heç nəyi həll etmədiyi, müharibədə qalib gəlmək uduzmaq qədər fəlakətli olduğu kimi dəhşətli bir hisslə qaldıq.
İngiltərədəki qəhvə kimyəvi təcrübənin dadına malikdir.
İnsan hər kəslə barışarkən səmimi və cəsarətli, az diqqətli və tamamilə cazibədar ola bilər. Amma insan həqiqətən aşiq olanda qoyun kimi görünməyə bilməz.
İntuisiya- qəribə şeydi. Onu inkar da etmək olmur, başa salmaq da.
İradəsinə qarşı çıxaraq sevib tərk edilən kişinin nifrətindən güclü dünyada nifrət yoxdur.
Öyrəndim... geriyə getmək olmaz, həyatın mahiyyəti irəli getməkdir. Əslində həyat birtərəfli bir küçədir.
Öz detektiv romanlarımın süjetini qab yuyarkən düşünürəm. Çünki bu elə bir axmaq məşğuliyyətdir ki, istər istəməz ağlıma qətl barəsində fikirlər gəlir.
Sevgi haqqında söz olduqda, qadınlar qürur haqqında düşünmürlər. Qürur-qadınların dilindən düşməyən, amma hərəkət və işlərində heç vaxt görsənməyən bir şeydir.
Sədaqət digər qabiliyyətlətlərlə müqayisədə məni daha çox heyrətləndirir. Sədaqət və Sücayət – iki ən gözəl keyfiyyətdir.
Siz yalnız insanları gülməli vəziyyətdə gördüyünüz zaman anlayırsınızki, onları nə qədər çox sevirsiniz. Gözəllik, ağıl və qeyri-adi cazibə ilə heyrətlənmək olar, ancaq bunların hamısı onun gülməli olduğuna ehkan vurulduqda bir sabun kimi yox olur.
Söhbət ona görə yaradılıb ki, insanların düşünməsinə mane olsun.