A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Artıq yaşanmaq üçün deyil, ayrılmaq üçün yaşanar oldu eşq. Və tərk etmələri azmış kimi bir də əmr verilər. 'Özünə yaxşı bax'. Can Dündar
  • Ayrılıq böyük məhəbbətləri daha da qüvvətləndirir, yarımçıq olanları isə məhv edir. Reşat Nuri Güntekin
  • Ayrılıq eşqi kəskinləşdirir, vüsal isə daha da gücləndirir. Tomas Fuller
  • Ayrılıq hər məhəbbət şeirinin son misrasıdır. Cənab Şəhabəddin
  • Ayrılıq qaçınılmaz sondur. Heç kimi bunu istəmir, amma bundan xilas olmaq mümkün deyil. Çünki həyat olduğu kimidir, olmalı olduğu kimi deyil. Oşo (Çandra Mohan Racniş)
  • Ayrılıq sevdanın türbəsidir. Piter Abelard
  • Ayrılıq zamanı insanın gözünü yumub-açması müddəti ona bir il kimi gələr. Mövlana Cəlaləddin Rumi
  • Ayrılığın nə olduğunu bilmək istəyirsən? Bil ki, ayrılıq aşiqlərin yoludur. Balıq olanın canı dənizdir. Buna görə də dənizdən ayrı düşən balıq daim dənizin həstətini çəkir. Mövlana Cəlaləddin Rumi

B redaktə

  • Bil ki ayrılıq, kifayət qədər sevməyənlər üçün bir sondur. Unutma, 'Bitdiyində getmək asandır, amma eşq ayrılıqda müəyyən olur'. Bob Marli
  • Bu ölkədə hər küncdə bərbər və təkəl dileri olmasının tək səbəbi, ayrılıq sonrası ilk gedilən yerlər olmasıdır. Can Dündar
  • Bütün dünyanı gəzib-dolaşdım, ayrılıq kimi dərd görmədim. Veysəl Şatıroğlu

H redaktə

  • Hər ayrılıq ölümün əvvəlcədən dadılması kimidir, yenidən qovuşmaq da yenidən dünyaya gəlməyin əvvəlcədən dadını hiss etmək kimidir. Artur Şopenhauer
  • Hər ürək sevə bilsəydi əgər, ayrılıq heç olmazdı. Hər sevən ürəkli olsaydı, onsuz da "eşq" bu qədər sadə olmazdı! Can Yücəl

İ redaktə

  • İnsan yaşadığı insanlara görünməz incə tellərlə bağlanırmış. Ayrılıq vaxtı bu bağlar gərilməyə, qopan kaman telləri kimi ağrılı səslər çıxarmağa başlayır. Hər insan çıxdığı qəlbə ayrı bir ağrı qoyub gedirmiş. Bunu yazan şair nə qədər haqlıymış! Reşat Nuri Güntekin

K redaktə

  • Külək atəş üçün necədirsə, ayrılıq da eşq üçün elədir: Kiçik eşqləri söndürür, böyük eşqləri isə alovlandırır. Mövlana Cəlaləddin Rumi

Q redaktə

  • Qısa müddətli ayrılıq eşqin möhkəmlənməsinə, uzun sürən ayrılıq isə onun məhvinə səbəb olur. Onore Mirabo

İstinadlar redaktə