Qadın və kişi bədəni
Qadın və kişi bədəni



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Ağrı, ümidsizlik, yersiz bədən fəaliyyəti və həyat cərəyanlarının yanlış istiqamətləndirilməsi (və ya idarə edilməsi) aşağı psixi təbiətdəki maneələrin nəticəsidir. Alisa Beyli
  • Ata-ana bədəni, müəllim ürəyi yaradır. Monqol atalar sözləri

B redaktə

  • Belə düşünürəm ki, həqiqəti yalnız Allah bilir və ola bilsin ki, insan ruhu da həmin o həqiqətə öz bədənini, yəni bu qaranlıq zindanı tərk etdikdən sonra sahib olur. Avreli Avqustin
  • Beləliklə, bədən onu bütün yollarla dolu, zamanın müxtəlif əməliyyatları ilə rəngarəng, zaman və məkanın bütün hərəkətlərinin oturduğu yer kimi görməkdən faydalanır. Beləliklə, görünən bədən və bütün tanrıların öz daxilində (nəticə etibarilə) təbiəti düşünmə, pərəstiş və məmnunluq rituallarının obyekti olmalıdır. Kim ora girərsə, azadlığa qovuşar. Abhinavaqupta
  • Bədən baxılmaq üçündür, örtülmək üçün yox. Merilin Monro
  • Bədən həmişə yaşlanır, ölümə hazırlaşır. Bu nöqtədə heç bir zaman nəzəriyyəsi əngəl olmağa məsləhərt görmür.Ölüm və zaman daim köməkləşməkdədirlər. Zaman işini asta görürkən, ölüm tez bitirir işini. Con Berqer
  • Bədən nəfsi deyil, nəfs bədəni idarə edir. Sührəvərdi
  • Bədən ruhun libasına bənzəyər. Mövlana Cəlaləddin Rumi
  • Bədən ruhun məzarıdır. Platon
  • Bədənin çiçəklənmə dövrü 30-35 yaş arası, ruhun çiçəklənmə dövrü isə təqribən 49 yaşdır. Aristotel
  • Bədənini bəsləyib inkişaf etdirməyə baxma, çünki o sonunda torpağa veriləcək bir qurbandır. Sən könlünü bəsləməyə bax. Ucalara gedəcək, şərəflənəcək olan odur. Mövlana Cəlaləddin Rumi
  • Bədənlər qocalsa belə bütün xəstəliklər qətiliklə qarşısı alına bilər ya da müalicə edilə bilər. Nəticədə də həyat müddətimiz yüksək standartlarda uzadılan bilər. Bencamin Franklin
  • Bəzi fikirlər duadır. Elə anlar olur ki, bədənin münasibəti necə olursa olsun, ruh diz çökür. Viktor Hüqo
 
Bəzi fikirlər duadır. Elə anlar olur ki, bədənin münasibəti necə olursa olsun, ruh diz çökür. Viktor Hüqo
  • Bu dəyər miqyasını kim və necə əlaqələndirəcək? Bəşəriyyət üçün yaxşı və pis əməllər, dözülməz olanlar üçün bu gün fərqləndirilən bir şərh sistemini kim yaradacaq? Bəşəriyyətə nəyin həqiqətən ağır və dözülməz olduğunu və dərini yalnız yerli olaraq nəyin otardığını kim izah edəcək? Kim qəzəbi daha yaxın olana yox, ən dəhşətlisinə yönəldər? Kim belə bir anlayışı öz insan təcrübəsinin hüdudlarından kənara köçürməyə müvəffəq ola bilər? Başqalarının uzaq sevincini və kədərini, özünün heç vaxt yaşamadığı ölçüləri və aldatmaları dərk etməyi fanat, inadkar bir insan məxluquna təlqin etməyə kim müvəffəq ola bilər? Təbliğat, məhdudiyyət, elmi sübut - hamısı faydasızdır. Ancaq xoşbəxtlikdən dünyamızda belə bir vasitə var! Yəni sənətdir. Yəni ədəbiyyatdır. Onlar bir möcüzə göstərə bilərlər: insanın yalnız şəxsi təcrübədən öyrənmək kimi zərərli xüsusiyyətinə qalib gələ bilərlər ki, başqa insanların təcrübəsi ondan əbəs yerə keçsin. İnsandan insana, Yerdəki qısa sehrini başa vurduqca, sənət bütün yükləri, rəngləri, həyat şirəsi ilə tanış olmayan, ömürlük təcrübənin bütün ağırlığını köçürür; o, naməlum bir təcrübəni bədəndə canlandırır və ona özümüz kimi sahib olmağımıza imkan verir. Və daha çox, daha çox; həm ölkə, həm də bütün qitələr bir-birinin səhvlərini əsrlərlə davam edə biləcək vaxt fasilələri ilə təkrarlayır. Onda düşünmək olardı ki, hər şey çox aydın olacaq! Amma yox; bəzi xalqların artıq yaşadıqları, nəzərdən keçirdikləri və rədd etdikləri birdən-birə başqaları tərəfindən ən son söz olaraq kəşf edilir. Yenə də özümüzün heç vaxt yaşamadığımız təcrübənin yeganə əvəzedicisi incəsənət, ədəbiyyatdır. Onlar gözəl bir qabiliyyətə malikdirlər: dil, adət, sosial quruluş fərqlərindən kənarda, bir xalqın həyat təcrübəsini digərinə çatdıra bilirlər. Təcrübəsiz bir xalqa onilliklər boyu davam edən sərt milli sınaqları çatdıra bilər, ən yaxşı halda bütün bir xalqı lazımsız, ya səhv, hətta fəlakətli kursdan xilas edə, bununla da bəşər tarixinin döngələrini cilovlaya bilərlər. Aleksandr Soljenitsın
  • Bu maska arxasında yalnız bədən deyil, Mister Creedy. Bu maska arxasında ideya dayanıb, ideyanı isə öldürmək mümkün deyil! V for Vendetta

C redaktə

  • Cinayətkarların əksəriyyətində, xüsusilə gənclərdə çox güclü günahkarlıq hissi mövcuddur. Həmin günahkarlıq hissi cinayətin həyata keçirilməsindən uzun müddət əvvəl o insanda yaranır. Yəni bu hiss cinayətin səbəbi yox, əksinə, onu motivasiya edən impulsdur. Bu halda insanın törətdiyi cinayət əslində daxilindəki şüuraltı günahkarlıq hissini birbaşa real bir obyektlə əlaqələndirərək, bir az da olsa, rahatlanmaq cəhdidir. Ziqmund Freyd

D redaktə

  • Dil bədən dediyimiz gəminin sükanıdır. Tomas Fuller
  • Dilini, qulağını, gözünü və qalan bədən üzvlərini haramdan çəkindirməyən adamın orucundan nə fayda?! Fatimə
  • 90 - 60 - 90-nı hamı bilir, əlbəttə ki bədən ölçüləridir. Amma bir də 200 - 70 - 60 var, unutmayın bu da tabut ölçüləridir. Sunay Akın

E redaktə

  • Elmi olmayan bir bədən suyu olmayan bir şəhərə bənzər. Şəms Təbrizi
  • Ermənilərin eybi: bədfel, kündə bədən, oğru, gözügötürməyən, bir ayağı qaçmaqda olan, əmrə baxmayan, yersiz hay-küy salan, vəfasız, riyakar, söyüşsöyən, ürəyi xıltlı, ağasınadüşmənçilikdir. Qabusnamə

İ redaktə

 
İnsan bəzən bütün həyatını bədəninin bir hissəsinin - arzu sümüyünün inkişafına həsr edər Robert Li Frost.
  • İçində kitab olmayan bir otaq ruhsuz bir bədən kimidir. Siseron
  • İnsan bəzən bütün həyatını bədəninin bir hissəsinin - arzu sümüyünün inkişafına həsr edər. Robert Li Frost

Q redaktə

  • Qanun dövlətin canıdır. Cansız bədən ölü olduğu kimi qanunsuz dövlət də məhvə məhkumdur. Demosfen

M redaktə

  • Mürəkkəb cəhlin əlacı. Bu cəhlin mahiyyəti ondan ibarətdir ki, nəfsin elmdən xəbəri olmadığı halda elə bilər ki, həqiqətən, alimdir və məşğuliyyəti də elmdir. Heç bir rəzilət bundan daha təhlükəli və dəhşətli ola bilməz. Bədən təbibləri bəzi pis və uzun sürən xəstəlikləri müalicə etməkdə aciz qaldıqları kimi, nəfs təbibləri də bu mərəzi müalicə etməkdə aciz qalarlar. Bu əyri, kəc xasiyyət səhvini başa düşməz, düşsə də boynuna almaz, bu “elm” elə bir elm olar ki, cəhl yüz dəfə ondan yaxşıdır.

Buna qarşı ən faydalı tədbir həmin cəhalət sahibini həndəsə, hesab, cəbr və bu kimi riyazi elmlərlə məşğul olmağa məcbur etməkdir, əgər maraqlanıb öyrənməyə başlasa, əsl elm ləzzətinin, həyat həqiqətinin, nəfs izzətinin nədən ibarət olduğunu başa düşər; hər halda onda bir sağalma və ayrılma əmələ gələr. Bundan sonra əvvəlki əqidələri haqqında fikirləşsə, ondan doğruluq ləzzəti almaz, şəkk-şübhə başlar, ürəyinə xal düşər. İnsafı olsa, az müddət ərzində əqidəsinin yalnış olduğunu anlar, “sadə cəhl” mərtəbəsinə enər, təlim edilməyə razı olar. Nəsirəddin Tusi

  • Müsbət elmlərin təməllərinə söykənən, gözəl sənətləri sevən, fikir tərbiyəsində olduğu qədər bədən tərbiyəsində də qabiliyyəti artmış və yüksəlmiş olan fəzilətli, qüdrətli bir nəsil yetişdirmək ana siyasətimizin açıq diləyidir. Mustafa Kamal Atatürk

N redaktə

S redaktə

  • Sağlam bədən mehmanxana, xəstə bədən xəstəxana kimidir. Frensis Bekon

İstinadlar redaktə