Bertold Averbax (Авербах; нем. Berthold Auerbach; 28 fevral 1812, Nordştetten, Vyütemberq — 8 fevral 1882, Kann, Fransa) — alman yazıçısı

Bertold Averbax
Doğum tarixi 28 fevral 1812
Doğum yeri Nordştetten, Vyütemberq
Vəfat tarixi 8 fevral 1882
Vəfat yeri Kann, Fransa
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B redaktə

  • Bizi yaxşı insanlar edən bütün dinlər gözəldir.

Ç redaktə

  • Çox pul qazanmaq - igidlik; onu saxlamaq - müdriklik; məharətlə xərcləmək isə - incəsənətdir.

Ə redaktə

  • Ən çox o siyasətçi uğur qazanır ki, bütün düşündüklərini tez-tez və digərlərindən ucadan deyir.

H redaktə

  • Həssas insan silahlanmış halda silahsızdır.
  • Hətta fikirlərini dəbin tələblərinə uyğun geyindirənlər var.
  • Həyatın qayəsi çalışmaqdır. Əks təqdirdə qayə deyilən bir şey də olmaz.

İ redaktə

  • İdeya reallığa çevrilə bilməlidir, yoxsa boş bir köpükdür.
  • İllər bizə kitabdan daha çox şey öyrədir.
  • İnsan nə edirsə etsin, ata -anasına borcunu yerinə yetirmirsə, ən məşhur əsərləri belə dəyərsizdir.
  • İntiqam alan başqaları ilə birlikdə özünü də öldürər.

K redaktə

  • Kim sahib olduğu ilə kifayətlənməzsə, sahib olmaq istədiyi ilə də kifayətlənməz.

M redaktə

  • Musiqi ruhu gündəlik həyatın tozundan yuyur.

N redaktə

  • Nifrət miras qala bilər, sevgi isə yox.

O redaktə

  • O kəs ki, sahib olduğu ilə kifayətlənməz, sahib olmaq istədiyi şeydən də doymaz.

Ö redaktə

  • Övladı ölən ata üçün gələcək ölür. Valideynləri ölən uşaq üçün keçmiş ölür.

S redaktə

  • Sevgi qadın üçün bu dünyanın yeganə müdrikliyidir.
  • Sevgi tək gözlüdür, nifrət isə tamamilə kordur.

Y redaktə

  • Yalnız iş sayəsində dünyanı öz eviniz kimi hiss edə bilərsiniz.
  • Yalnız musiqi dünya dilidir və tərcüməyə ehtiyac duymur, çünki o, ruhla danışır.
  • Yalnız müstəqil düşünən və başqalarının mənasını anlamadığı sözləri təkrar etməyən azaddır.

Vikipediyada Bertold Averbax haqqında məqalə var.

İstinadlar redaktə