A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Axşam yeməyində Rusiyanı işğal etmək qərarına gələ bilərsiniz, şıltaqlıqla döyüş üçün Waterloo seçin. Detallar, xırda şeylərdir. Bir milyon canı qumar oynamaq asandır. Çətin olanı bunun tək bir insana necə zərər verə biləcəyini görməkdir. Əgər bunu düz tuta bilməsən, cəhənnəm, insanlığını itirəcəksən. Duayt Eyzenhauer
  • Allah qorxusundan ağlamaq, cəhənnəm atəşindən xilas olmağa səbəb olar. İmam Hüseyn
  • Ancaq məhəbbət – həmişə yenidir. Həyatın boyu məhəbbətlə neçə dəfə rastlaçacağının əhəmiyyəti yoxdur – bir, iki və ya üç. Hər dəfə biz məchulluq və sirlə qarşılaşırıq. Məhəbbət bizi göylərə qaldıra bilər, cəhənnəmə ata bilər, lakin heç vaxt əvvəlki yerimizdə qoymaz. Məhəbbətdən imtina etmək olmaz, zira o, yaşamımızın qidasıdır. Ondan imtina etsək, həyat ağacının bardan əyilmiş budaqlarına baxa-baxa və o bardan cürət etmədən aclıqdan ölərik, halbuki, budur onlar – sadəcə əlini uzatmalısan. Paulo Koelyo

B redaktə

  • Başqalarının tövsiyəsi ilə kor-koranə evlənmək cəhənnəm əzablarına razılaşmağa oxşayır. Artur Şopenhauer
  • Bəlkə də bu dünya başqa bir planetin cəhənnəmidir. Oldos Haksli
  • Bizim hər birimizin içində Cənnət və Cəhənnəm var. Oskar Uayld

C redaktə

  • Can sənin, cəhənnəm Tanrının. Azərbaycan atalar sözləri/C
  • Cəhənnəm kimi olmalı, cəhənnəmi belə yandırıb yandıracaq bir könül istəməli. Ki o könülün önünə iki yüz dəniz çıxsa, hamısını da yandırsın. Onun tək bir dalğası bilindik dənizlərə daş çıxartsın. Şəms Təbrizi
  • Cəhənnəm insan həyatında sevginin bitdiyi yerdir. Fyodor Dostoyevski
  • Cəhənnəm, pis qadın, qısır torpaq və od "heç vaxt" sözünü bilmir. Bask atalar sözləri
  • Cənnət ilə cəhənnəmlə əlaqədar artıq-əskik danışmaq istəmərəm çünki hər ikisində də dostlarım var. Mark Tven

X redaktə

  • Xoş iqlim üçün cənnətə, söhbət üçün cəhənnəmə gedin. Mark Tven

M redaktə

  • Mələklər bunu ilahi zövq, şeytanlar cəhənnəm əzabı, insanlar isə sevgi adlandırdılar. Henrix Heyne
  • Mən siqaret çəkmirəm, lakin hər zaman kibrit qutusunu cibimdə daşıyıram. Nə vaxt günah etsəm, bir kibrit yandırıb əlimi onun oduna yaxınlaşdıraram və öz-özümə deyərəm: "Əli, sən bu kiçik oda dözə bilmirsən, Cəhənnəm alovuna necə dözəcəksən..?” Məhəmməd Əli