Cəmil Məric - (12 dekabr 1916, Reyhanlı - 13 iyun 1987, İstanbul) — türk yazıçısı, tərcüməçisi və mütəfəkkiri.
Cəmil Məric
|
Doğum tarixi |
12 dekabr 1916
|
Doğum yeri |
Reyhanlı
|
Vəfat tarixi |
13 iyun 1987
|
Vəfat yeri |
İstanbul
|
Dəfn yeri |
Qaracaəhməd qəbiristanlığı
|
|
- Ağıllı və yetkin insanlar, ancaq əbədi olan dəyərlərdən və mənəviyyatdan həzz duyarlar. Axmaqlar şəhvət və digər hakimlərinin əsiridirlər.
- Bir ölkədə şair nə qədər çoxdursa, həmin ölkə düşüncə baxımından o qədər geridir. İnsanlar və millətlər yaşlandıqca şerin yerinə nəsr keçər.[1]
- Dilə uzanan əl namusa uzanmış kimidir.
- Düşüncə təzadları ilə bütündür.[1]
- Düşüncəni parlaq və cazibədar formaya salmaq onu kiçildir.[1]
- Fikri söyləyərkən adamların xoşuna gəlib-gəlməyəcəyini düşünməyin.[1]
- Günümüzün insanı köklərindən qopmuş bir ağacdır. Həm özünə yad olubdu, həm təbiətə.
- İnsanlar daim pis oyuncaqların dalınca qaçan uşaqlar kimidir.[1]
- Kitab bir limandı mənim üçün. Kitablarda yaşadım və kitablardakı insanları küçələrdəkindən daha çox sevdim.
- Tanrı insanlığın ən böyük kəşfidir.[1]
- Yaşayanları yönəldən çox vaxt ölülərdir. Deməli, öldürülməsi lazım olan ölülər də var.[1]
- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014
- Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı: Çaşıoğlu, 2012, 560 səh.