Cənab Şəhabəddin

Cənab Şəhabəddin (21 Mart 1870, Manastır - 12 Şubat 1934, İstanbul) - türk şairi və yazıçısı.

Cənab Şəhabəddin
Fayl:Cenap sahabettin.jpg, Cenap Sehabettin Bey.jpg
Doğum tarixi 21 mart 1870
Doğum yeri Bitola
Vəfat tarixi 12 fevral 1934
Vəfat yeri İstanbul
Dəfn yeri Bakırköy qəbiristanlığı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Axmaq - işıqla alovu səhv salar və onu hər yandıranı günəş zənn edər.
  • Ayrılıq hər məhəbbət şeirinin son misrasıdır. [1]

Ç redaktə

  • Çox yaşamaq əlimizdə deyil, lakin adımızı çox yaşatmaq əlimizdədir.
  • Çox yazan deyil, gözəl yazan qazanır.

Ə redaktə

  • Ən çox bolluq gətirən yağış alın təridir.

G redaktə

  • Gücünü iradəsindən alan şəxsə düşmən yaxınlaşmaz.
  • Gündüzlər çırağını hazırlamayanlar gecəni qaranlıqda qalmağa məhkumdur.

H redaktə

  • Hər millət qarnında gələcək adlı bir uşaq daşıyır. O uşağı salmaq sosial cinayətlərin ən böyüyüdür.
  • Həyat bir güzgüdür, sən ona gülsən, o da sənə güləcək.
  • Həyat pilləkənlərinə qalxarkən insanlarla yaxşı rəftar edək, çünki enərkən yenə həmin insanlarla rastlaşacağıq.
  • Həyatda ən çətin şey məqsədsiz insanlarla birlikdə yaşamaq məcburiyyətində olmaqdır.

X redaktə

  • Xatirələr qocalan beyinlərin söykəndikləri əsadır.
  • Xatirələrimiz - yaşlandıqca öz-özünə zənginləşən bir sərmayədir.

İ redaktə

  • İnsan sevdiyindən qorxar, lakin qorxduğunu sevə bilməz.

Q redaktə

  • Qocalanda keçmişi görürük, halbuki yaxşı baxsaq gələcəyimizi görərik.

Ö redaktə

  • Özünü çox sevən, az sevilər.

P redaktə

  • Pislik qapısını aralamağına dəyməz; taybatay açılar.

Ş redaktə

  • Şübhə qızdırmalı xəstəyə bənzər - yatmaz, yata bilməz, yatmağa qoymaz, yox, əgər yatsa, qorxulu yuxu görər. [2]

T redaktə

  • Təvazökarlıq yaşmağa bənzər: örtərək gözəlləşdirir.

Y redaktə

  • Yaxşılığı ancaq yaxşılar başa düşər, pisliyi isə hər kəs.
  • Yalanı silmədən həqiqəti əkməyə çalışmayın, nəticə verməyəcək.
  • Yüksək təpələrdə həm ilana, həm də quşa rast gələ bilərsiniz; biri sürünərək, o biri isə uçaraq yüksəlmişdir.

Mənbə redaktə

İstinadlar redaktə

  1. Aforizmlər. Bakı, 2013. səh.18
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.420