Cоn Lеbbоk (1834-1913) — İngilis etnoloqu və arxeoloqu.

Con Lebbok
Doğum tarixi 30 aprel 1834
Doğum yeri London
Vəfat tarixi 28 may 1913
Vəfat yeri Broadstairs
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Ağıllı insanlar başqalarının təcrübəsindən faydalanır, inadkar insanlar hər şeyi özləri sınamaq istəyirlər.

B redaktə

  • Biz tez-tez pis hava haqqında eşidirik, amma əslində heç bir hava pis deyil. Müxtəlif yollarla olsa da, hamısı ləzzətlidir. Bəzi havalar fermerlər və ya məhsullar üçün pis ola bilər, lakin insanlar üçün hər cür şərait yaxşıdır. Günəş ləzzətlidir, yağış təravətləndirir, külək bizi gücləndirir, qar həyəcanlandırır.
  • Böyük bədbəxtliklər qalıcı deyil, kiçiklər isə diqqət çəkməyə dəyməz.
  • Birinci - Ev işlərində sizə kömək edəcək bir qadın tapmağınız vacibdir. İkinci- Hazırcavab, sizi güldürməyi bilən qadın tapmaq vacibdir. Üçüncü- Güvənəcəyiniz qadını tapmağınız vacibdir. Dördüncü- Sizinlə eşq içində yaşayacaq bir qadın tapmağınız vacibdir. Beşinci-Bu dörd qadının bir-birini tanımaması daha çox vacibdir.

C redaktə

  • Cəsarətini itirməyənə qədər heç kəs özünü məğlub saya bilməz.

Ç redaktə

  • Çoxları onların xahişinə diqqəti az qala bu tələbin yerinə yetirilməsi qədər dəyərləndirir.

D redaktə

  • Düşmənlərin yaxşı cəhətlərindən danışmaq dostların eyiblərindən danışmaqdan şərəflidir.
  • Dünyada ən asan şey qeybət etmək, ən çətin şey isə özünü tanımaqdır.
  • Dünyanın gözəlliklərini görə-görə sevinməmək mümkündürmü?

E redaktə

  • "Eyblərimi üzümə de" deyənlər, əslində bundan ehtiyat edirlər.

Ə redaktə

  • Əlimizdən gələni etdikdən sonra sülh içində nəticəni gözləməliyik.
  • Əsl sənətkar hətta kopyalayanda da yaradır.

G redaktə

  • Gələcəyi görməyən və düşünməyən insandan dost olmaz.
  • Gördüklərimiz əsasən nə axtardığımızdan asılıdır.

H redaktə

  • Həyatda daima üç böyük suala qərar verməliyik: ədalətlidir, yoxsa ədalətsizdir? Bu doğrudur yoxsa yalan? Gözəldir yoxsa çirkin? Təhsilimiz bu problemlərin həllində bizə kömək etməlidir.

X redaktə

  • Xoşbəxtlik yaxşı dost və yoldaş seçə bilməkdən asılıdır.[1]

M redaktə

  • Müşahidə qabiliyyəti böyük vergidir.

Ö redaktə

  • Öz qəzəbimiz bizə, bizi qəzəbləndirəndən daha çox zərər verəcəkdir.
  • Özləri tərəfindən məhv edilənlərin sayı özgələri tərəfindən məhv edilənlərin sayından çoxdur.

P redaktə

  • Poeziya həyatın çırağıdır.

S redaktə

  • Sağlamlıq tibb sənətindən daha çox vərdişlərimizdən və qidalanmamızdan asılıdır.

T redaktə

  • Təhlükənin üzünə cəsarətlə baxmaq özünü ondan xilas etməyin ən yaxşı vasitəsidir.

Mənbə redaktə

  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014

İstinadlar redaktə

  1. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.79