Con Rokfeller (ing. John Davidson Rockfeller; 8 iyul 1839, Riçford, Nyu-York ştatı, ABŞ – 23 may 1937, Ormond-Biç, Florida, ABŞ) — ABŞ sahibkarı, bəşər tarixində ilk milyarder.

Con Rokfeller
Doğum tarixi 8 iyul 1839
Doğum yeri Riçford
Vəfat tarixi 23 may 1937
Vəfat yeri Ormond-Biç
Dəfn yeri Leyk-Vyu qəbiristanlığı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B redaktə

  • Bir gənc üçün ən vacib şey özünə kredit - reputasiya, xarakter yaratmaqdır.
  • Biz həmişə yadda saxlamalıyıq ki, biz yoxsullar üçün neft emal edirik və o, ucuz və yaxşı olmalıdır.
  • Biznes üzərində qurulan dostluq dostluq üzərində qurulan işdən yaxşıdır.
  • Böyük xərclərdən qorxma, kiçik gəlirlərdən qorxmalısan.
  • Böyüklərə doğru getmək üçün yaxşılıqdan imtina etməkdən qorxma.
  • Bütün gün işləyən adamın pul qazanmağa vaxtı olmur.

Ç redaktə

  • Çox zənginlərin həmişə xoşbəxt olduğunu düşünmək yanlışdır.

D redaktə

  • Dəyəri, gözəlliyindən uzun sürən çox az qadın vardır.

Ə redaktə

  • Əgər yeganə məqsədiniz zəngin olmaqdırsa , heç vaxt buna nail olmayacaqsınız.

F redaktə

  • Fəhlə kapitalistlər tərəfindən əzilməməli, kapitalistlərə fəhlə mane olmamalıdır. İşçi işçini sıxışdırmır. Biz elə işləyirik ki , kapitalistlər kapitalistləri əzməsin

G redaktə

  • Günün bütün saatlarını pul xatirinə pul qazanmağa həsr edən adamdan daha alçaq və acınacaqlı bir şey bilmirəm.

H redaktə

  • Həqiqətə sadiq qalın.

X redaktə

  • Xəyallar həyatınızdakı ən vacib şeydir. Xəyal etmək və xəyalların gerçəkləşəcəyinə inanmaq vacibdir.

İ redaktə

  • İşə əsaslanan dostluq dostluğa əsaslanan işdən yaxşıdır.

Q redaktə

  • Qələbə zolağına doğru irəliləyin.

M redaktə

  • Mən bütün vaxtını pulun özü üçün pul qazanmağa həsr edən adamdan daha alçaq və acınacaqlı bir şey bilmirəm.
  • Mən fərdin ali dəyərinə və onun yaşamaq, azadlıq və xoşbəxtliyə can atmaq hüququna inanıram.
  • Mən hər şeyi bilən adamdansa, həvəsli bir adamı işə götürməyi üstün tuturam.
  • Müvəffəqiyyətin sirri ümumi işi qeyri-adi dərəcədə yaxşı etməkdir.

O redaktə

  • O qədər ləyaqətli işləyin ki, müdir sənsiz bunun böyük itki olduğunu düşünür.

Ö redaktə

  • Öz zəhmətimlə 100% qazanmaq əvəzinə, 100 nəfərin zəhmətindən 1% qazanmaq istərdim.

P redaktə

  • Passiv gəlir mənbəyi yaradın və həyatınızı ürəyinizcə yaşayın.
  • Pulun azdırsa, bizneslə məşğul olmalısan. Əgər ümumiyyətlə pul yoxdursa, dərhal, indi iş görmək lazımdır.
  • Pulunuza qənaət edin. Ucuz və ya topdansatış məhsulları harada tapacağınızı axtarın. Əvvəlcədən alış-veriş siyahısı hazırlayın və yalnız siyahıda olanları alın.

S redaktə

  • Sadəcə düzgün olanı etmək kifayət deyil, ən əsası insanlara doğru şeyi etdiyinizi bildirməkdir.
  • Sizin rifahınız öz qərarlarınızdan asılıdır.

T redaktə

  • Tək məqsədiniz zəngin olmaqdırsa, siz bu məqsədinizə heç vaxt nail olmayacaqsınız.

U redaktə

  • Uğurun sirri adi işləri qeyri-adi üsullarla etməkdir.

Ü redaktə

  • Ünsiyyət. Pul sizə başqa insanlardan gəlir. Ünsiyyətsiz insanlar nadir hallarda zəngin olurlar.

Y redaktə

  • Yaxşı idarəetmə adi insanlara əla insanların işini necə görməyi göstərməkdən ibarətdir.

Z redaktə

  • Zəngin insanların tərcümeyi-halını və düşüncələrini öyrənin.

Haqqında sitatlar redaktə

  • Müasir dünyanın əsas yaradıcıları iki kişi idi: Rokfeller və Bismark. Biri iqtisadiyyatda, digəri siyasətdə fərdi rəqabət yolu ilə əldə edilən ümumbəşəri səadət liberal xülyasını puç etdi, onu monopoliya və korporasiya hesab edilən dövlətlə əvəz etdi və ya ən azından bu formalara doğru hərəkət etdi. Rokfellerin əhəmiyyəti onun müasirlərinin ideyaları olan ideyalarında deyil, onun zəngin olmasına imkan verən təşkilatın növünü sırf praktiki şəkildə başa düşməsindədir. Onun işi ilə texnologiya sosial inqilaba səbəb oldu; lakin hərəkətlərinin sosial nəticələrini istədiyini söyləmək olmaz. Bertran Rassel

Mənbə redaktə

İstinadlar redaktə