Conatan Svift - (30 noyabr 1667 - 19 oktyabr 1745) İngilis-İrlandiya yazıçısı və satiriki

Conatan Svift
Doğum tarixi 30 noyabr 1667
Doğum yeri Dublin
Vəfat tarixi 19 oktyabr 1745
Vəfat yeri Dublin
Dəfn yeri Müqəddəs Patrik kafedralı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Aclıq ilə qürur heç vaxt uyğunlaşa bilməz.
  • Asudə vaxt faydalı bir şey etmək vaxtıdır.
  • Atlar haqqında deyirlər ki, “gücü ağzında, quyruğundadır”. Eyni şeyi əslində qadınlar haqqında da demək olar.

B redaktə

  • Bir şeyi istədiyimiz vaxt həmişə onun bizi cəzb edən tərəflərini görürük. Onu əldə etdikdən sonra da daim pis tərəflərini tapırıq.

D redaktə

  • Dünyanı idarə edən qələm, mürəkkəb və kağızdır.
  • Dünyanın ən yaxşı həkimləri: pəhriz, səbir və sevincdir.

Ə redaktə

  • Əsl dahinin meydana çıxdığını onunla bilmək olur ki, bütün ortabablar dərhal ona qarşı birləşirlər.
  • Əslində, bu günlə yaşayan azdır, insanların çoxu gələcəkdə yaşamağa hazırlaşır.

F redaktə

  • Fil əslində olduğundan kiçik təsvir edilir, birə isə böyük. [1]

G redaktə

  • Görməyənlər qədər kor yoxdur.

İ redaktə

  • İman əskikliyi elə bir qüsurdur ki, onu aradan qaldırmaq mümkün deyilsə, onu gizlətmək lazımdır.

K redaktə

  • Kişilər öz zəifliklərini bilməməkdə günahlandırılsalar da, öz güclərini bilənlər azdır. Torpaqda olduğu kimi kişilərdə də, bəzən sahibinin bilmədiyi bir qızıl damarı var.
  • Kişilərdə istək sevgini, qadınlarda isə sevgi arzunu doğurur.
  • Kitablar zəkanın övladlarıdır.

Q redaktə

  • Qadının çox zəkaya ehtiyacı yoxdur - deməli, tutuquşu ən azı bir neçə sözü aydın şəkildə tələffüz etsə, bizə kifayət edər.
  • Qanunlar hörümçəklərin toruna bənzəyir: ağcaqanadları tutmaq üçün yaxşıdır, lakin daha böyük həşəratlar onların torunu qırır və qaçır.
  • Qəzəbli olmaq başqasının günahına görə özünüzdən qisas almaqla eynidir.
  • Qurd ən yaxşı meyvələrin içini yeməyə can atdığı kimi, böhtan da, adətən, ən ləyaqətli insanlara zərbə endirir.

M redaktə

 
Mən heç vaxt pis adamları görməyə təəccüb etmirəm, amma onların utanmadığını görəndə çox vaxt təəccüblənirəm.
  • Meyxana, çılğınlığın şüşələrdə satıldığı yerdir.
  • Mən heç vaxt pis adamları görməyə təəccüb etmirəm, amma onların utanmadığını görəndə çox vaxt təəccüblənirəm.
  • Müdrik insan pulları başında saxlayır, ürəyində deyil.

N redaktə

  • Nə qədər çox vərdiş olarsa, müstəqillik bir o qədər az olar.

Ö redaktə

  • Ömrünüzün bütün günlərini yaşaya bilərsinizmi?

S redaktə

  • Satira elə bir güzgüdür ki, tamaşaçı orada özündən başqa hər cür adamı görür.

T redaktə

  • Təcrübə məktəbində təhsil haqqı yüksəkdir; amma ağılsızlara bir şey öyrədə bilən başqa bir məktəb də yoxdur.

Ü redaktə

  • Üslub bu cür müəyyən edilə bilər: müvafiq sözlər müvafiq yerdə işlənsin.

Mənbə redaktə

  • Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.

İstinadlar redaktə

  1. Xəzinə. Bakı,1997. səh.55