Herbert Corc Herbert (ingilis dilində George Herbert; 3 aprel 1593,Montqomeri, Uels — 1 mart 1633, Bimerton, Uiltşir) - ingilis şairi, yazıçısı, rahib

Corc Herbert
Doğum tarixi 3 aprel 1593
Doğum yeri Montgomery
Vəfat tarixi 1 mart 1633
Vəfat yeri Bemerton
Vikipediya məqaləsi
Lütf ona rəhbərlik etmədikcə, bilik axmaqlıqdır.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Ağıl sağlamlıqdan öndə gedir, ağıllı olanda sağlamlığımızı da qorumağı bacarırıq.
  • Arvad seçimini və qılınc almağı başqasına həvalə etmək olmaz.
  • Ayaqyalın olmaq ayaqsız olmaqdan daha yaxşıdır.

B redaktə

  • Başqalarını əfv etməyənlər özlərinin keçmək məcburiyyətində olduqları körpünü yıxırlar.
  • Bir ata yüz müəllimə əvəzdir.
  • Bir insanı mübahisədə və səfərdə tanıyacaqsınız.
  • Bir qılınc digərini qınında qalmağa məcbur edir.
  • Böyük ağaclar kölgə verməkdən başqa işə yaramazlar.

D redaktə

  • Dənizi təriflə, amma, sahildə dayan.

Ə redaktə

  • Ədalətin dəyirmanı yavaş dönər, lakin yaxşı dönər.
  • Əxlaqdan məhrumsansa, nə qədər yüksəyə qalxsan da, yenə heçsən.
  • Ən yaxşı güzgü köhnə dostdadır.

F redaktə

  • Fırtınalar palıd ağaclarının köklərini yerə daha dərindən böyütməsindən məsuldur.

G redaktə

  • Günəş hər yerdə səhərlər doğar.

H redaktə

  • Hadisələrin gedişatı bizim qətiyyətli iradəmizdən və səylərimizdən asılıdır.
  • Heç kim, başqa birinin kürəyindəki yükün ağırlığını bilə bilməz.
  • Hər insan bir dünyadır.

İ redaktə

  • İçki içəri girən kimi, ağıl çölə çıxır.
  • İnsanlıq tarixi düşüncə tarixidir.
  • İyirmi yaşında yaraşıqlı, otuz yaşında güclü, qırx yaşında zəngin, əlli yaşında ağıllı olmayan insan heç bir zaman yaraşıqlı, güçlü, zəngin və ağıllı ola bilməz.

K redaktə

  • Kişinin elm və bacarığı, qadının nəsil-nəcabəti əhəmiyyətlidir.
  • Kök adam arıq adamın nə düşündüyünü bilməz.

Q redaktə

  • Qadınlar onları dinləməyi bacaran kişini varlı kişidən üstün tuturlar.
  • Qəzəb şeytan əməlidir və həmişə peşmançılıqla qurtarır.
  • Qocalara, yoxsullara, yetimlərə kömək əli uzatmaqla həmişə sevinc içində olarsınız.

L redaktə

  • Lütf ona rəhbərlik etmədikcə, bilik axmaqlıqdır.

P redaktə

  • Pis adamla dostluq kölgəyə, yaxşı adamla dostluq günəşə oxşayır.

S redaktə

  • Susmaq çarə deyil, doğru-dürüst danışmağı öyrənmək lazımdır.[1]

Ş redaktə

  • Şüşədən olan evin içində oturanlar başqalarına daş atmamalıdırlar.

Y redaktə

  • Yaxşı ana min müəllimə dəyər.
  • Yaxşı atanın verdiyi tərbiyəni heç bir məktəb verə bilməz.
  • Yaxşı sözlərin çox qiyməti vardır, pul ilə alına bilməz.
  • Yoxsulluq günah deyil.

V redaktə

  • Var-dövlətə görə evlənən öz azadlığına "əlvida" deyir.

İstinadlar redaktə

  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.404.