Dante Aliqyeri
Algiyeri Dante - (1265-1321) - İtaliya şairi, italiya ədəbi dilinin yaradıcısı
Dante Aliqyeri | |||
Doğum tarixi | 1265 | ||
Doğum yeri | Florensiya | ||
Vəfat tarixi | 14 sentyabr 1321 | ||
Vəfat yeri | Ravenna | ||
Dəfn yeri | Dante Aligyeri türbəsi, Quadrarco di Braccioforte, Quadrarco di Braccioforte | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A redaktə
- Azadlığı əlindən alınmış millətin varlı və rahat yaşamasının heç bir mənası yoxdur.
B redaktə
- Bədbəxtlik anlarında xoşbəxtliyi xatırlamaqdan böyük kədər yoxdur.
C redaktə
- Cəhənnəmin ən isti yerləri böyük əxlaqi sınaqlar zamanı bitərəfliyini qoruyub saxlayanlar üçün nəzərdə tutulub.
D redaktə
- Dənizin dibindən dürr çıxarmaq çox çətindir, xoşbəxtlik əldə etmək isə ondan da çətindir.
Ə redaktə
- Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilər.
F redaktə
- Feodal orta əsrlərinin sonu, müasir kapitalizm dövrünün başlanğıcı nəhəng bir şəxsiyyətlə qeyd olunur. Bu, orta əsrlərin son şairi və eyni zamanda müasir dövrün ilk şairi olan italyan Dantedir. Fridrix Engels
G redaktə
- Gözəllik ruhu hərəkətə keçirməyə oyadır.
- Gözəlliyi ləzzət üçün, fəziləti isə ali ucalıq üçün sevin.
- Günəşi və digər ulduzları hərəkətə gətirən sevgi.
H redaktə
- Həqiqətin alovu onu aparanın əlini tez-tez yandırır.
İ redaktə
- İnsan azad olmadan, dinc və xoşbəxt ola bilməz.
K redaktə
- Kasıblıq içində ikən xoşbəxt günləri xatırlamaq qədər ağrılı bir şey yoxdur.
- Kim sevərək sevilmirsə, dəhşətli tənhalıq hiss edir.
Q redaktə
- Qadının ağıllı olmasındansa gözəl olması yaxşıdır, çünki kişilər düşündüklərindən daha yaxşı görür.
- Qısqanmayan insan sevmir deməkdir.
Ş redaktə
- Şöhrət küləyə bənzər, hər zamamn eyni istiqamətdə əsməz.
T redaktə
- Təhsil, çörək və sudan sonra, xalqın əsas zəruri ehtiyacıdır.
- Tələsik mühakimələr yanlış tərəfə üstünlük verir və bəzən ehtiras anlayışı çətinləşdirir.
Y redaktə
- Yeni bir həyat başlayır.
Z redaktə
- Zamanın itdiyini bilənlər, ən çox kədərlənənlərdir.
Haqqında sitatlar redaktə
- Feodal orta əsrlərinin sonu, müasir kapitalizm dövrünün başlanğıcı nəhəng bir şəxsiyyətlə qeyd olunur. Bu, orta əsrlərin son şairi və eyni zamanda müasir dövrün ilk şairi olan italyan Dantedir. Fridrix Engels