Demokrit (e.ə. 460-370) - yunan materialist filosofu.
Demokrit
Doğum tarixi
e.ə. 460 illər
Doğum yeri
Abdera
Vəfat tarixi
e.ə. 360 illər
Vəfat yeri
Yunanıstan
Ata-ananın mehriban münasibəti övlad üçün ən yaxşı tərbiyədir.
Ata övladları üçün ən gözəl nümunədir.
Ağıllı adamların ümidləri cahillərin sərvətindən daha etibarlıdır.
Ağıllı bir insanın dostluğu bütün ağılsızların dostluğundan daha qiymətlidir. [1]
Ağıllı o adamdır ki, sahib olmadığına görə kədərlənmir və əksinə sahib olduğuna görə şaddır.
Ağılsızların müəllimi söz deyil, bədbəxtlikdir.
Başqalarından yox, daha çox özündən utanmağı öyrən.
Başqalarını günahlandırmağı sevənlər dostluqdan acizdirlər. [2]
Başqasının səhvlərini açmaqdansa, öz səhvlərini üzə çıxarmaq daha yaxşıdır. -
Bayramsız həyat, səyahətçiləri təravətləndirən və dincələ biləcəkləri meyxanələr olmayan uzun bir yola bənzəyir.
Bədbəxtlik anında da borcuna sədaqətli olmaq böyük hünərdir.
Bir işi gördükdən sonra deyil, işi görməzdən əvvəl fikirləş.
Birlik dostluq yaradır. [3]
Biz heç bir şeyi bilə bilmərik. Doğru ancaq gerçəyin dərinliyində tapıla bilər.
Biz insanıq. Bizə insanların ağrı-acılarına gülmək yaraşmaz. Bizə insanların ağrı-acılarına kədərlənmək yaraşar.
Cəsur təkcə düşmənlərinə qalib gələn deyil, həm də ehtiraslarına qalib gələndir.
Cinsi birlik kiçik bir vuruşdur.
Danışmağı sevənlər dostluğa qadir deyillər.
Dil insana öz fikirlərini gizlətmək üçün verilməmişdir.[4]
Doğruçuluq - borcu yerinə yetirmək deməkdir.
Dost bildiyin bir çoxları, əslində, heç dost deyil və əksinə, dost bilmədiyin bir sıra adamlar, əslində sənin dostundur.
Dövlətlilərin çoxu öz sərvətlərinin sahibi deyil, qaravulçularıdır.
Düşmən o kəs deyil ki, pislik edir, düşmən o kəsdir ki, pisliyi qəsdən edir.
Ehtiyatsızlıq fəlakətin anasıdır.
Əgər uşaqlara işləmək öyrədilməsəydi, onlar nə savad, nə musiqi, nə gimnastika, nə də fəziləti ən çox gücləndirən şeyləri - ayıbı öyrənə bilməzdilər. Çünki utanc adətən bu şeylərdən yaranır.
Ən böyük qələbə öz üzərində çaldığın qələbədir.
Ən böyük məğlubiyyət özünü itirmək, özünü ələ ala bilməməkdir.
Ən əsası hərtərəfli bilik deyil, hərtərəfli anlamaq bacarığıdır.
Əsl xeyixah adam elədiyi yaxşılığa muzd almaz.
Faydalı olmayan hər zövqdən imtina edin.
Gəncləri yetişdirməyin ən pis yolu onlara hər cür şərait yaratmaqdır. Çünki asanlıq ləzzətlər doğurur və hər bir pislik ondan gəlir.
Güc və gözəllik gəncliyin hədiyyələridir.
Güclü iradə insan üçün qiymətli keyfiyyətdir.
Gülərüz və ciddi qocanı hamı sevir.
Heç kimi sevməyəni heç kəs sevməz.[5]
Həddini kеçəndə ən xоşаgələn ən xоşаgəlməz оlur.
Həkimlik bədənin xəstəliklərini, müdriklik isə ruhun xəstəliklərini sağaldar.
Həqiqi dostu olmayanın yaşaması da mənasızdır.
Hər bir hərəkət hərəkətsizlikdən yaxşıdır.
Hər bir insan görə bildiyi və görə biləcəyi qədər işin qulpundan yapışmalıdır. Bu həddi, ölçünü aşan hər bir kəs isə kədərə qərq olur.
Hər şeyi bilməyə çalışmayın, əks halda cahil olaraq qalacaqsınız.
Həyatda heç bir güzəştə getməmək ehtiyatsızlığın əlamətidir.
Xalq və həqiqət hamı üçün eynidir, ancaq onlardan müxtəlif şəkildə zövq almaq olar.
Xarakteri yaxşı olan adamın həyatı da qaydasında olur.
Xoşbəxt o adam deyil ki, böyük var-dövləti var, o adamdır ki, heç bir var-dövlətə ehtiyacı yoxdur.
Xoşbəxt o kəsdir ki, az pulla xoş əhval-ruhiyyə qazanır, bədbəxt o kəsdir ki, böyük imkanla mənəvi sevinci yoxdur.
Xoşbəxt olmaq üçün insan düzlüyə riayət etməli, ağıllı və gözəl olmalıdır.
Xoşbəxt var-dövləti olan deyil, sərvətə ehtiyacı olmayandır.
Xoşbəxtlik qızıl toplamaqda deyil, sağlam bədəndə və ailə səadətindədir.
Xoşbəxtlikdə dost tapmaq asandır, bədbəxtlikdə çox çətindir. [6]
İgidlik taleyin zərbələrini heçə endirir.
İgidlik təkcə o deyil ki, düşmənlərə qalib gələsən, öz ehtiraslarına hakim olmaq da adamdan igidlik tələb edir, yoxsa bəziləri şəhərlər üzərində hakimlik etsələr də, özləri qadınların kölələridir. [7]
İnsan öz gözündə deyil, başqalarının gözündə yüksəlməlidir.
İnsan səhvlərini unudanda cəsarətli olur.
İnsanın bədbəxtliyi və xoşbəxtliyi sərvət və qızılda deyildir. Səadət və fəlakət mələyi insanın özündədir.
İnsanlar bəxt obrazını öz acizliklərinə bəhanə kimi yaratmışlar. Çünki bəxt nadir hallarda müdrikliklə mübarizə aparır, əksər hallarda isə ağıllı fikir həyatı istiqamətləndirir.
İnsanlar tanrılardan sağlamlıq diləyirlər. Ancaq heç bir insan sağlamlığını saxlamağın öz əlində olduğunu düşünmür.
İnsanları yaxşı edən təbiət deyil, onların məşğuliyyətləridir.
İstənilən iş istirahətdən daha xoşdur.
Kainatda mövcud olan hər şey təsadüf və zərurətin bəhrəsidir.
Kədər pisliyin əlamətidir, ona görə də insanlar ondan uzaq durmalı, xoş əhvalda yaşamalıdırlar.
Kim özü heç kimi sevmirsə, onu mənə elə gəlir ki, heç kim sevmir.
Kimin rastına yaxşı kürəkən çıxıbsa, o, yaxşı oğul qazanıb, pis kürəkən çıxıbsa, qızını da itirib.
Kitablar beyin üçün dərmandır.
Qəbahətli iş görən ilk əvvəl öz vicdanından utanmalıdır.
Qısqanc özünü incidir.
Qocalıram, ancaq öyrənirəm.
Qohumlarla düşmənçilik, yadlarla düşmənçilikdən çox çətindir.
Mərdlik taleyin zərbələrini heçə endirir.
Monarxiyada var - dövlət içərisində yaşamaqdansa, demokratik dövlətdə kasıb olmaq daha yaxşıdır.
Nаmuslu və nаmussuz аdаm, yаlnız əməlləri ilə dеyil, аrzulаrı ilə də tаnınır.
Nə bədənin gücü, nə də pul yox, haqlı olmaq və hərtərəfli müdriklik insanları xoşbəxt edir.
Özünü çoxbilmiş hesab edənlərin çoxunun ağlı yoxdur.
Özünü idarə edə bilməyən adam başqasına ağıl verə bilməz.
Paxıl insan öz bədbəxtliyinin səbəbkarı və öz düşmənidir.
Paxıllıq insanlar arasında nifaq üçün zəmin yaradır.
Pis, ağılsız ömür sürmək yaşamaq deyil, tədriclə ölməkdir.
Pis işlərdən qorxu üçün deyil, öz borcunu başa düşmək üçün çəkinməlisən.
Pul hərisliyi, əgər doyumsuzdursa, ehtiyacdan qat-qat ağrılıdır, çünki istəklər çoxaldıqca ehtiyaclar da bir o qədər çox olur.
Pulun köləsi heç vaxt namuslu adam olmayacaq.
Sınanmış dostları itirən adam tündməcazdır.[8]
Söz işin kölgəsidir.
Şərait dəyişildikcə, bəzi hallarda qüdrətli şəxslər zəiflərdən dalda qalırlar.
Taleyin zərbələri igidliyi heçliyə çevirir.
Təbabət bədən xəstəliklərini sağaldır, hikmət isə ruhu əzablardan azad edir.
Təbabət fəlsəfənin bacısıdır.
Təkcə düşmənlərinə qalib gələn igid deyil, özünü ələ almağı bacaran da igiddir.
Tərbiyə xoşbəxt günlərdə insanın bəzəyi, bədbəxt günlərində siğinacaq yeridir.
Tibb fəlsəfənin bacısıdır
Ümid qızıl kimidir, heç bir mühitdə paslanmaz. Ümid almaz kimidir, onu heç nə kəsə bilməz.
Ürəklə mübarizə aparmaq çətindir, lakin ağıllı adam ona qalib gələ bilər.
Yaxşı adam o şəxs deyildir ki, yalnız pislik etməsin, o. gərək heç pislik barədə düşünməsin də.
Yalnız o sevgi dürüstdür ki, incitmədən gözəlliyə can atır.
Yaramaz adam bir anda, təmiz adam isə illər ötdükdən sonra tanınar.
Yaralar içərisində ən pisi xərçəng xəstəliyi olduğu kimi, pula malik olmaqda da ən pisi - onları daim artırmaq niyyəti, həvəsidir.
Yataq sevgililərin mübahisəsinə son qoyur.
Yoxsulluq və zənginlik – ehtiyac və bolluq anlayışlarını ifadə edən sözlər. Kimin ki ehtiyacı var – o zəngin deyil, kimin ki ehtiyacı yoxdur – o yoxsul deyil.
Yoxsulluğu ədəblə daşımaq özünə hakim olmağın əlamətidir.
Varlı ilə kasıb arasında fərq ondan ibarətdir ki, varlı ürəyi istəyəndə yeyir, kasıb isə əlinə fürsət düşəndə.
Varlıların bir çoxu – öz zənginliklərinin sahibi deyil, sadəcə sərvət qoruyucularıdır.
Vay o adamların halına ki, özləri öz gözlərinə müdrik, alim görünürlər.
Zənginlik və yoxsulluq ehtiyac və bolluğu bildirən sözlərdir. Buna görə ehtiyacı olan zəngin deyil, ehtiyacı olmayan kasıb deyil.
Aforizmlər və hikmətli sözlər. Bakı,2005