Dmitri Sergeyeviç Lixaçov - (1906 - 1999 ) - rus ədəbiyyatşünası, akademik.

Dmitri Lixaçov
Doğum tarixi 15 noyabr 1906, 28 noyabr 1906
Doğum yeri Sankt-Peterburq
Vəfat tarixi 30 sentyabr 1999
Vəfat yeri Sankt-Peterburq
Dəfn yeri Cemetery in Komarovo
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Alim öz konsepsiyalarının əsirinə çevrilməməlidir.

E redaktə

  • Ekologiya mənəvi problemdir.
  • Ekologiyada iki bölmə var: bioloji ekologiya və mədəni və ya mənəvi ekologiya. Birincinin qanunlarına əməl edilməməsi bir insanı bioloji olaraq öldürə bilər, ikincinin qanunlarına əməl olunmaması isə insanı mənəvi cəhətdən öldürə bilər.

Ə redaktə

  • Ədəbiyyat sizin üçün digər dövrlər və başqa millətlər barədə bələdçi rolunu oynayır, insanların qəlbini sizə açır - bir sözlə sizi müdrik edir.

H redaktə

  • Heç kəs özünü yalandan ziyalı göstərə bilməz - buna onun gücü çatmaz.
  • Həyat, hər şeydən əvvəl yaradıcılıqdır, amma bu o demək deyil ki, yaşamaq üçün hər bir insan sənətkar, balerina və ya alim kimi doğulmalıdır.

M redaktə

  • Mədəniyyətin saxlanması üçün universitet vacib deyil, amma kitabxana mütləq olmalıdır.

Y redaktə

  • Yaddaş vicdanın və əxlaqın mədəniyyətin əsasını təşkil edir, mədəniyyətin zənginləşməsinin, şeirin əsaslarından biridir - mədəni dəyərlərin estetik qavranılmasıdır. Yaddaşı qorumaq özümüzə və nəsillərimizə olan mənəvi borcumuzdur. Yaddaş bizim sərvətimizdir.
  • Yaxşı insanlar haqqında danışmaq və yazmaq çox asandır, maraqlıdır. Çünki mehriban insanlar çox fərqli və maraqlıdırlar. Pisləri isə hamısı eynidir və maraqsızdır.

Z redaktə

  • Zəkaya dəyər verməyən bir xalq məhv olmağa məhkumdur. Rus ziyalılarının tarixi rus düşüncə tarixidir.

İstinadlar redaktə