Efiopiya atalar sözləri
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A redaktə
B redaktə
- Bəbirin gözü keçiyə, keçinin gözü üzümə tikilmişdir.
- Bir öküzdəsə iki öküz yaxşıdır, iki eşşəkdənsə, bir eşşək yaxşıdır.
D redaktə
- Dərdini gizlədənin dərmanı olmaz.
- Doxsan yaşında sağlamlıqdan söhbət gedə bilməz.
- Düşmən hücum edəndə, nizələr döyüşə hazır olmalıdır.
Ə redaktə
- Əgər çay quruyarsa, balıqlar yoxa çıxar.
- Əgər insanlar birləşərsə, aslanı da dayandıra bilərlər.
- Əgər sülh pozularsa, vasitəçiyə gedərlər.
G redaktə
- Gələn ilin cücəsindəsə, bu ilin yumurtası yaxşıdır.
X redaktə
- Xəstənin həkimi çox olanda o ölür.
İ redaktə
- İnəyə onun buynuzları ağırlıq eləmir.
- İyunda əkməsən, oktyabrda biçməyəcəksən.
K redaktə
- Kasıbın zəngin bir adamı mühakimə etməsi balqabaqla daş sındırmağa cəhd göstərməsi deməkdir.
- Kələmi südlə birlikdə yemirlər.
- Kim sənin düşmənlərini sevirsə, o, səni sevmir.
Q redaktə
- Qaranlıq zamanı işıq, bədbəxtlik zamanı ağıl lazımdır.
- Qəhvə və sevgi isti olanda daha dadlıdır.
- Qonaq əvvəlcə qızıla, sonra gümüşə, daha sonra dəmirə bərabərdir.
M redaktə
- Meymunlar arasında gözəl axtarmazlar.
O redaktə
- Oğru ilə birlikdə onun müdafiəçilərini də döymək lazımdır.
P redaktə
- Pis xəbərlər uçur, yaxşı xəbərlər yatır.
S redaktə
- Süvarilər geri çəkiləndə piyadalardan nə gözləmək olar?
T redaktə
- Torpaq - ana, toxum - atadır.
U redaktə
- Uzaq qohumdan yaxın qonşu yaxşıdır.
Y redaktə
- Yaşamaq - mübarizə aparmaq deməkdir.