Frederik Beqbeder

Frederik Beqbeder
Doğum tarixi 21 sentyabr 1965
Doğum yeri Nöyi-sür-Sen
Vikipediya məqaləsi
Frederik Beqbeder (2011)



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Arvadın sənə rəfiqə olursa, rəfiqənə də arvadın olmağı təklif etməyin vaxtıdır.
  • Avtomobiliniz xarab olarsa, yaxşı mexanik tapmaq lazımdır; Ev tikmək istəyirsinizsə, məşhur bir memarla əlaqə saxlamağınız daha yaxşıdır. Əgər xəstələnirsinizsə, təcrübəli həkimə müraciət etməyiniz daha yaxşı olar. Bəs niyə fiziki sevgi həyatın yeganə sahəsi olmalıdır ki, orada mütəxəssislərə müraciət etmək lazım deyil?

B redaktə

  • Bayramlar insanlara ağıllarında olanları gizlətmək üçün verilib.
  • Belə yaşamaq üçün ya diplomat ya da riyakar olmaq lazımdır. Belə baxanda ikisi də eyni şeydir.
  • Bir insan 1976-ci il təvəllüdlü bir qıza "Yetmiş altı? Yadımdadır, həmin il quraqlıq olmuşdu" deyirsə, həmin insan qocadır.
  • Bir qadını tərk edə bilmirsinizsə, bu, bu qadının sizi həqiqətən qorxutduğuna işarədir.
  • Bir neçə günlük vicdan əzabı və iztirabdan sonra növbəti nəticəyə gəldim: arvadınız dosta çevrilirsə, onda dostunuza arvadınız olmağı təklif etmək vaxtıdır.
  • Birinci il mebel alırlar. İkinci il mebeli yerləşdirirlər. Üçüncü il mebeli bölürlər.
  • Birinci nikahda mükəmməllik axtarırsan, ikincidə həqiqət.
  • BMT-nin Finlandiya, Rusiya, Misir, CAR-da müxtəlif dildə danışan, müxtəlif sahələrdə işləyən, müxtəlif tərzdə geyinən, müxtəlif valyutadan istifadə edən, müxtəlif tanrılara dua edən və müxtəlif şeytanlardan qorxan, müxtəlif ümidlər və xəyallar quran yüzlərlə kişi və qadınlar arasında apardığı sorğu nəticəsində məlum olub ki...birgə yaşayışdan üç il sonra boşanma əyrisi çox sürətlə yuxarı qalxır. Bu ümumi cəhət daha bir təhqirdir.
  • Biz insanın insan üzərində hökmranlığının ilk sistemində yaşayırıq, onun qarşısında hətta azadlığın özü də gücsüzdür.
  • Bizim doğulduğumuz cəmiyyət eqoizm üzərində qurulub. Biz tənhalıq cəmiyyətində yaşayırıq.
  • Boşanmağa sənədləri o verdi - belə olması qaydaya uyğun idi, axı evlilik təklifini mən etmişdim.
  • Bütün kişilər yataqda xudbindir.

D redaktə

  • Düşünürəmsə-deməl mövcudam, təkəmsə deməli, düşünürəm.

Ə redaktə

  • Əgər dərd məktəbini keçməsən, xoşbəxtlik möhkəm ola bilməz.
  • Ən gözəl bayramlar içimizdə baş verənlərdir.
  • Ən güclü məhəbbət cavabsız qalanıdır.

F redaktə

  • Fahişəlik etməkdən daha romantik bir şey yoxdur. Yalnız həqiqətən həssas varlıqlar artıq əzablara məruz qalmamaq üçün ödəməlidirlər.

G redaktə

  • Geri qayıtmaq mümkün olmayanda məhəbbət qurtarır.

H redaktə

  • Hansı daha pisdir - sevmədən sevişmək yoxsa sevişmədən sevmək?
  • Həqiqətən aşiq olmaq üçün çox doymuşam; laqeyd qalmaq üçün çox həssasam. Xülasə, uzun müddət evli olmaq üçün çox zəifəm.
  • Hər onillikdə yeni bir xəstəlik doğur. 1980-ci illər: QİÇS. 1990-cı illər: şizofreniya. Sıfır illər: paranoya.
  • Həyat belə gedir: doğulursan, ölürsən, ortada isə qarnın ağrıyır. Həyat daimi qarın ağrısıdır: 15 yaşında aşiq olduğunuz üçün ağrıyırsınız; 25 yaşında, çünki gələcək sizi qorxudur; 35 yaşında içdiyiniz üçün; 45 yaşında, çünki çox işləyirsən; 55 yaşında, çünki artıq aşiq deyilsən; 65 yaşında, keçmişin xatirələrindən əziyyət çəkdiyiniz üçün; Və 75 yaşında, çünki xərçəng, metastaz var. Və fasilələrdə yalnız tabe olursunuz: əvvəlcə valideynlərə, sonra müəllimlərə, sonra işdəki rəhbərlərə, daha sonra həyat yoldaşlarına və nəhayət həkimlərə.
  • Həyatımız pyes olduğu üçün maraqlı deyil, maraqlı olan orada bu qədər az iştirak edən şəxsin olmasıdır.

X redaktə

  • Xoşbəxtlik bədbəxtliyin susmasıdır.
  • Xoşbəxtlik niskildən daha qorxuludur.
  • Xoşbəxtlik sakitliyə əsaslanır, məhəbbətə isə şübhə və təlaş gərəkdir. Ümumiyyətlə, nikah xoşbəxtlik üçün nəzərdə tutulub, məhəbbət üçün yox.
  • Xoşbəxtlikdən qaçmağa haqqımız yoxdur. Çoxlarının bəxtimiz gətirmədi. Birlikdə olmaqdan həzz aldıqları zaman aşiq olmurlar. Aşiq olanda yataqda birləşmirlər. Yaxud yataqda yaxşı olanda bir-birlərinə deməyə söz tapmırlar. Bizdə hər şey var, ancaq bir yerdə olmadığımız üçün heç bir şeyimiz yoxdur.

İ redaktə

  • İnsan başqaları kimi bir məhsuldur. Onun da müəyyən bir son istifadə tarixi var.

K redaktə

  • Kamal attestatı və ya sürücülük vəsiqəsi alanda imtahan verdiyimiz kimi evlənirik: həmişə içinə sığışmalı olduğun eyni çərçivələr. Hamı kimi. Necə olursa olsun HAMI kimi. Əgər hamıdan yaxşı alınmırsa, heç olmasa dala qalmamağa çalış, yoxsa, allah eləməsin, birdən hamıdan pis olarsan. Və bu, əsl məhəbbəti məhv edən ən yaxşı vasitədir.
  • Kişi əlçatmazdırsa, qadın yenilməzdir.

Q redaktə

  • Qadın kişiyə uşaq gözlədiyini deyəndə, kişinin ağlına gələn ilk sual “Mən bu körpəni istəyirəm?” deyil, “Mən bu qadınla qalıram?” olur.
  • Qadın olmasa kişi vəhşiləşir: bir-neçə gün yalnızlıq və o, üzünü qırxmağı unudur, yuyunmağı yadırğayır, heyvan kimi mırıldayır. Sivilizasiyaya gəlib çatmaq üçün insana milyon il lazım olmuşdu, neandertal vəziyyətə qayıtmaq üçün isə altı gün kifayətdir.
  • Qıza göz qoymusunuzsa, ona yaxınlaşın (məsafə 2 metr). O bu məsafədən sizin hələ də xoşunuza gəlirsə, onunla danışın (məsafə 1 metr). Danışdığınız mənasız şeylərə gülürsə, onu ya rəqsə, ya da içkiyə dəvət edin (məsafə 50 santimetr). Bundan sonra yanında oturun (məsafə 30 santimetr). Gözləri parıldayan kimi saçını qulağının arxasına keçirin (məsafə 15 santimetr). Əgər saçına əl vurmağa icazə verirsə, ona bir az daha yaxın əyilərək danışın (məsafə 8 santimetr). Nəfəsi tezləşsə, dodaqlarınızı dodaqlarına sıxın (məsafə 0 santimetr). Əlbəttə, bütün bu strategiya bir məqsəd - məsafəni mənfiləşdirmək - güdür.

M redaktə

  • Məhəbbət- döyüşdür. Əvvəlcədə uduzulmuş döyüş.
  • Məhəbbət məstedici qəzadır: divara girəcəyini bilə-bilə yenə də qaza basırsan; dodağında gülüş öz məhvinlə görüşə uçursan; maraqla partlayacağın dəqiqəni gözləyirsən. Məhəbbət əvvəldən proqramlaşdırılmış yeganə məyusluqdur, dəfələrlə istəyəcəyin yeganə bədbəxtlikdir.
  • Məhəbbət üç il yaşayır: Birinci il deyirlər: Əgər sən getsən özümü öldürərəm. İkinci il deyirlər: Əgər sən getsən, mənə çətin olacaq, ancaq dözərəm. Üçüncü il deyirlər: Əgər sən getsən, bunu şampanla qeyd edəcəm.
  • Məhəbbət üstündə qurulan nigahın pis cəhəti odur ki, o dəqiqə çox yüksək hündürlük götürür.
  • Məhəbbətdə yeganə sual budur: nə vaxt yalan danışmağa başlayırıq?
  • Məhəbbətin əsas problemi məncə budur: xoşbəxt olmaq üçün insan sabahkı günündən əmin, aşiq olmaq üçün isə əksinə - qətiyyətsiz olmalıdır.
  • Məhəbbətin ömrü üç ildir. Əvvəl ehtiras, sonra incəlik və nəhayət sıxıntı ili. Birinci il deyirlər: "Getsən, özümü öldürəcəm." İkinci il deyirlər: "Getsən, özümü pis hiss edəcəm, ancaq yaşayacam." Üçüncü il deyirlər: "Getsən, bunu şampan şərabı ilə qeyd edəcəm."
  • Məhəbbət üç il yaşayır: birinci il mebel alırlar, ikinci il mebelin yerini dəyişirlər, üçüncü il mebeli bölürlər.
  • Mən baxıram ki, milçək necə otağımın pəncərəsinə özünü çırpır və onun eynilə mənim kimi olduğunu düşünürəm: onunla həqiqiət arasında şüşə var.
  • Mən heç vaxt doymuram: bir qızdan xoşum gələndə ona aşiq olmaq istəyirəm; ona aşiq olanda onu öpmək istəyirəm; onu öpəndə onunla yatmaq istəyirəm; onunla yatdığım zaman onunla təchiz olunmuş mənzildə yaşamaq istəyirəm; onunla təchiz olunmuş mənzildə yaşayanda onunla evlənmək istəyirəm; onunla evlənəndə bəyəndiyim başqa bir qızla tanış oluram. İnsan narazı heyvandır, müxtəlif məyusluqlar arasında tərəddüd edir. Əgər qadınlar hiyləgərlik etmək istəsəydilər, özlərini ona inkar edərdilər, onu ömür boyu arxasınca qaçmağa məcbur edərdilər.
  • - Məni nə vaxt atacaqsan?

- On kiloqramdan sonra. - Ey! Mənim nə günahım var ki, xoşbəxtlikdən insan kökəlir?

  • Mənim məhəbbətim-kiçik hərflədir, ancaq özü böyükdür.
  • Məşuqəniz olmadan dörd-beş saat keçirdikdən sonra, onun üçün darıxmağa başlayırsınızsa, deməli, sevmirsiniz - əks halda on dəqiqəlik ayrılıq həyatınızı dözülməz hala salmaq üçün kifayət edərdi.

N redaktə

  • Nikah cinayətdir-çünki o sirri öldürür.
  • Nikah səhər yeməyinə, nahara və şama balıq kürüsüdür. Xoşladığın şeyləri də çox yeyib ürəyini bulandıra bilərsən.

O redaktə

  • Onun otuz yaşı tamam oldu: yarımçıq yaş. Cavan olmaq üçün çox qocasan, qoca olmaq üçün çox cavansan.

Ö redaktə

  • Ölümdən qorxanlar heç nə ilə maraqlanmayan insanlardır. Mənim problemim odur ki, sən onun həllisən.
  • Ölümdən qorxanlar hər şeyi bilmək istəyənlər deyil.
  • Özünü əvəzolunmaz sayırsan, ancaq səni bir anda əvəz ediblər.

S redaktə

  • Səninlə bədbəxt olmaqdansa, sənsiz bədbəxt olmaq yaxşıdır.
  • Sənsiz həyatım gözləmə zalıdır. Neon lampalarının işığında, linoleum döşəməli xəstəxananın gözləmə zalından da pis nə ola bilər ki? Məni buna məruz qoymaq insanlığa sığarmı? Üstəlik bu zalda təkəm, əzab çəkən, qanayan yaraları məni sakitləşdirə biləcək başqa heç kim yoxdur. Nə stollarda başımı qatacaq şəkilli jurnallar, nə həsrətin sonu olacağına ümid bəxş edən, nömrəli talonlar verən avtomatlar var. Dəhşət qarnım ağrıyır, qulluq edənim də yoxdur. Aşiqliyin vəziyyəti də elə budur: qarında ağrı və yeganə dərman - sən.

T redaktə

  • Tez-tez deyirlər ki, simanızı xilas etməlisiniz. Mən isə deyirəm ki, simanızı öldürməlisiniz. Yalnız bu yolla özünüz xilas olacaqsınız.

Ü redaktə

  • Üç ildən çox eyni qadınla yaşayan bütün kişiləri qorxaq və ya yalançı hesab etməyə bilmərəm.
  • Üç ildən sonra kişi və qadın ya ayrılmalı, ya intihar etməli ya da elə etməlidirlər ki, uşaqları olsun. Öz məğlubiyyətlərinin altından imza atmaq üçün üç üsul.

Y redaktə

  • Yeganə yaxşı xəbər: dərddən arıqlayırlar. Heç kim bu pəhrizi reklam eləmir, ancaq o ən təsirlisidir. Arıqlamaq üçün depressiya.

Z redaktə

  • Zirvələr fəth edib, dibə çökməyən, göydən hazır düşən məhəbbət üç il yaşayır. Sevgililərin hər ikisi məhəbbətin qiymətini bilirsə, o çox yaşayır.

İstinadlar redaktə