A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B redaktə

  • Bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır. Albert Eynşteyn
  • Biz gələcəyə çatanda, məlum olur ki, onun mənzərəsi öncədən çəkilibmiş. Əbu Turxan

D redaktə

  • Dövlət xadiminin siyasi xadimdən fərqi bundadır ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünmək üçün fəaliyyət göstərir. Uinston Çörçill

E redaktə

  • Ehtiras: bütün azad ürəklər üçün günahsız və sərbəst, yerin xoşbəxtlik bağı, bayram bolluğu və gələcəyin hədiyyəsidir. Fridrix Nitsşe
  • Ey yüksələn yeni nəsil, gələcək sizindir. Respublikanızı biz qurduq, Onu yüksəldəcək və davam etdirəcək sizlərsiniz. Mustafa Kamal Atatürk

Ə redaktə

  • Əgər istəyirsən ölümündən sonra da yaşayasan və gələcək nəslin hörmətini qazanasan, özündən xeyirxah ailə və yaxşı bir kitab yadigar qoy. Pifaqor
  • Əgər sən istəsən, keçmiş unudula bilər. Amma etdiyin hər seçimdə bir daha düşün. Çünki, gələcək, keçmiş qədər insaflı olmaya bilər. Pol Oster

F redaktə

  • Fəlakət vaxtları, gerçəkləri olduğu kimi fərq etməyini təmin edər. Həyat hər zaman kövrəkdir; hər kəs daima təhlükə içindədir. Sadəcə olaraq normal zamanlarda ölü kimi yatdığın üçün bunu görməzsən. Yuxu görməyə, gələcək günlər üçün, gələcək üçün gözəl şeylər xəyal etməyə davam edərsən. Lakin təhlükənin yaxın olduğu anlarda, birdən, gələcəyin olmaya biləcəyini, sahib olduğun yeganə anın bu olduğunu fərq edərsən. Buna görə də, fəlakət zamanları son dərəcə açıqlayıcıdır; dünyaya yeni heç bir şey gətirməz; sadəcə dünyanı olduğu kimi fərq etməyini təmin edər. Səni oyandırar. Bunu anlamasan, ağlını itirə bilərsən; əgər anlasan, oyana bilərsən. Oşo

G redaktə

  • Gələcək bizə məxsusdur! - Adolf Hitler
  • Gələcək bizim hələ yan almadığımız nəhəng bir qitədir. Anatol Frans
  • Gələcək o zaman bizimkidir ki, keçmişimizin davamıdır. Əbu Turxan
  • Gələcəkdə müvəffəqiyyətli olacaq insanlar, keçmişdən çalışaraq çatmalıdır. Albert Eynşteyn
  • Gələcəklə çox maraqlanma, onsuzda gələcək.. Amma gedəcək olanı yaxşı düşün; çünki ağılından silinməyəcək! Pol Oster

İ redaktə

  • Insan gələcəkdə onu nələrin gözlədiyini bilsəydi, həyatı dözülməz olardı. Anatol Frans

M redaktə

  • Mənim Türk millətinə, Türk cəmiyyətinə, Türklüyün gələcəyinə aid tapşırıqlarım bitməmişdir, siz onları tamamlayacaqsınız. Siz də, sizdən sonrakılara mənim sözümü təkrar edin. Mustafa Kamal Atatürk

Ö redaktə

  • Özümü sevəndən sonra, öz vaxtımdan oğurlamağı və gələcəyə dair möhtəşəm layihələr hazırlamağı tərgitdim. Bu gün mən ancaq mənə sevinc və xoşbəxtlik gətirən işlərlə məşğulam. Mən bunu özümə məxsus bacarığım və özümə məxsus ritmimdə edirəm. Bu gün bilirəm ki, buna — Sadəlik deyilir. Çarli Çaplin

S redaktə

  • Sevginin əvvəlində sevənlər gələcək haqqında danışırlar, sonunda isə keçmiş haqqında. Andre Morua
  • Siz oğlunuzu və yaxud qızınızı valideynlik fərəhi xatirinə həyata gətirib tərbiyə etmirsiniz. Sizin ailənizdə, sizin başçılığınız altında gələcək vətəndaş, gələcək xadim və gələcək mübariz yetişir. Anton Makarenko

Ü redaktə

İstinadlar redaktə