A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Allah o kişiyə rəhmət etsin ki, hökmü eşidər, eşidib seçər, doğru yola çağırılarsa, yaxınlaşar, bir başçının kəmərindən yapışıb canını qurtarar və Rəbbinin əmrini gözlər, Ona qarşı günah işlətməkdən qorxar, özü doğru və yaxşı işlərə qurşanar, aza qane olub gərəksiz şeylərdən çəkinər. Oxu atıb hədəfi vurar, əvəzini əldə edər. Öz arzusuna qarşı durmağı bacarar; səbr edər; çəkinməyi ölüm günü üçün hazırlar; açıq və bəlli yola at sürər; açıq-aydın dəlilə inanar; fürsəti qənimət bilər; əcələ hazırlanar; qulluğunu özü üçün az hesab edər. Əli

B redaktə

  • Bir məqsədə nail olmaq istəyirsinizsə, nəzakətli və ağıllı olmağa çalışmayın. Kobud fəndlərdən istifadə edin. Hədəfi dərhal vurun. Geri qayıdın və yenidən vurun. Sonra çiyninizlə ağır zərbə endirin. Uinston Çörçill
  • Bizim əksəriyyətimiz üçün ən böyük təhlükə çox yüksək hədəf seçib uğursuzluğa düçar olmaq deyil, hədəfi çox aşağı səviyyədə seçmək və ona nail olmaqdır. Mikelancelo

H redaktə

  • Hədəfi olmayan gəmiyə heç bir külək kömək etməz. Mişel de Monten
  • Hədəfi tap, resurslar tapılacaq. Mahatma Qandi
  • Hədəfim çox sadədir. Kainatı anlamaq istəyirəm ki, niyə o belə təşkil edilib və biz niyə buradayıq? Stiven Hokinq

İ redaktə

  • İş həyatında insanın bir məqsədi, bir hədəfi olmalıdır və mənəviyyatını itirməməlidir. Abdulbari Gözəl

Q redaktə

  • Qabiliyyət başqalarının vura bilmədiyi hədəfi vuran nişançı kimidir; dahi isə başqalarının görə bilmədiyi bir hədəfi vuran bir nişançı. Artur Şopenhauer

M redaktə

  • Məhəbbəti qorumaq, məhəbbət hədəfi tapmaqdan daha böyük qəhrəmanlıq tələb edir. Ovidi
  • Mənə toxunmayan ilan min il yaşasın, deyərək yaşatdığınız ilanların bir sonrakı hədəfi siz olursunuz. Əziz Nesin

Y redaktə

  • Yüz əyri ox atsan olmaz dəyəri, Bir ox at, hədəfdən getməsin əyri. Sədi