Hektor Berlioz (fr. Louis-Hector Berlioz, Lui-Ektor Berlioz) (11 dekabr, 1803 – 8 mart, 1869) — fransız romantik bəstəkarı. "Fantastik simfoniya" və "Grand messe des morts" (Rekviyem) ona məşhurluq gətirən bəstələrindəndir. Müəllifi olduğu "Treatise on Instrumentation"la Berlioz müasir orkestrin formalaşmasına əhəmiyyətli təsir etmişdir. Bəzi əsərlərini bəstəkar nəhəng orkestr heyəti üçün nəzərdə tutmuş, bundan başqa dirijor olaraq 1000-dən çox musiqiçi heyəti olan konsertləri aparmışdır. 50-yə yaxın mahnının müəllifidir.

Hektor Berlioz
Doğum tarixi 11 dekabr 1803
Doğum yeri La-Kot-Sent-Andre
Vəfat tarixi 8 mart 1869
Vəfat yeri Paris
Dəfn yeri Monmartr qəbiristanlığı
Şəxsi veb-saytı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B redaktə

  • Bəzən səssiz və dərin, bəzən duyğularla dolu, xəyalpərəst, kədərli və bəzən insan səsinin əks-sədası ilə səslənir. Xüsusi səs keyfiyyətinə sahib başqa heç bir musiqi aləti tanımıram. (Saksafon haqqında)

E redaktə

  • Ehtiraslı mövzulara soyuq münasibət göstərilməlidir.

Ə redaktə

  • Əslində orkestrin səsi əsl qadın səsidir - həm ehtiraslı, həm təvazökar, həm ürəkaçan, həm də yumşaq bir səsdir, hönkürə bilər, ah çəkə bilər, kədərlənə, oxuya, dua edə və düşünə bilər və ya xoşbəxt ifa ilə irəli çıxa bilən bir səsdir, bunu başqa heç kim bu cür ifa edə bilməz.

F redaktə

  • Fransada hər kəs musiqiyə heyrandır, lakin heç kim onu sevmir.

İ redaktə

  • İki gücdən hansı insanı ən uca zirvələrə qaldıra lilər, sevgi və ya musiqi? ... Bu böyük bir problemdir. Yenə də mənə elə gəlir ki, bunu söyləməliyik: Sevginin musiqi fikirlərini ifadə etmək gücü yoxdur, musiqi isə sevgi fikirlərini ifadə edə bilər ... Niyə birini digərindən ayırmaq lazımdır? Musiqi və sevgi ruhun iki qanadıdır.
  • İstedad sahibi olmağın şansı kifayət deyil; Şans üçün bir istedadınız da olmalıdır.

M redaktə

  • Musiqi və sevgi ruhun iki qanadıdır.

S redaktə

  • Sizə atılan daşları toplamalıyıq. Bu, gələcək postamentin təməlidir.

T redaktə

  • Təvazökarlığın mənim çatışmazlıqlarımdan biri olduğunu etiraf edəcək qədər təvazökaram.

Z redaktə

İstinadlar redaktə

  1. Ağıla və qəlbə işıq saşan sözlər. Bakı, 2014, səh.542