A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B redaktə

  • Babadan hikmət – nəvədən xidmət. [1] Azərbaycan atalar sözləri/B
  • Bilin ki, Allahın elmini qoruyan bəndələr vardır ki, onu mühafizə edərlər; qaynaqlarını axıdarlar. Bir-birləriylə uyğunlaşıb görüşərlər, bir-birlərini sevib qovuşarlar. Bir-birlərinə elm və hikmət piyaləsini verərlər, onu içib vəfa və nəsihətdən sirab olarlar. Onların saf könlünü şübhə bulandırmaz, qeybət onlara yol tapmaz. Yaradılışları, təbiətləri belədir: bu təbiətlə sevişərlər, bu təbiətlə bir-birlərinə uyğunlaşarlar. Onlar əkin üçün ayrılmış ən gözəl toxumlardır; pisləri ayaqlanıb atılmışdır; yaxşıları seçilib götürülmüşdür. Mahiyyətlərinin doğruluğu onları seçmişdir; sınaqlar onları yoxlamışdır. Həzrəti Əli
  • Bir şeir həzz ilə başlar hikmət ilə bitər. İngilis atalar sözləri

C redaktə

D redaktə

  • Dünya hikmətdir, axirət isə qüdrət. Hikmət alət və səbəblərə ehtiyacı vardır, qüdrətin isə ehtiyacı yoxdur. Əbdülqədir Geylani

E redaktə

H redaktə

  • Hikmət sahibləri öz işlərini həmişə zəmanənin tətəzəsinə, həyatın tələbinə görə qururlar. Kəlilə və Dimnə
  • Hikmətin kökü qəlbdə, meyvəsi dildədir. Ptolemey
  • “Hikmət”in yeddi növü var: birinci, zəka; ikinci, dərk sürəti; üçüncü, zehin aydınlığı; dördüncü, öyrənmə asanlığı (diqqət); beşinci, ağıl gözəlliyi; altıncı, hafizə; yeddinci, hazırcavablıq. Nəsirəddin Tusi

M redaktə

  • Maddi dövlətin yanmaq, batmaq, yazıların çevrilişi, ədədlərin gərdişinə məruz qalmaq, qarət edilib oğurlanmaq qorxusu olduğu halda, mənəvi (əsl) dövlət olan hikmətin xərclənməkdən, müsadirə edilməkdən, bəlaların enməsindən, ünsürlərin hiddətlənməsindən qorxusu olmaz. Nəsirəddin Tusi
  • Mən hikmət eviyəmsə, Əli onun qapısıdır.[2][3][4][5] Məhəmməd peyğəmbər

S redaktə

  • Sənin öz qəlbinə yatmayan sözü, Yaxşı hesab etmir hikmətin özü. Əhvədi
  • Sükut hikmət qapılarından biridir. Sükut məhəbbət gətirər, sükut insana hər bir xeyrin və yaxşılığın yolunu göstərər. İmam Rza

İstinadlar redaktə

  1. Atalar sözü və məsəllər. Toplayanı və tərtib edəni: Aslan Əsədov. Bakı-2008
  2. Əhməd ibn Hənbəl, “Fədail əs-səhabə”, c. 2, səh. 634-635, hədis 1081
  3. Təbəri, “Təhzibul Əsər”, c. 4, səh. 123, hədis 1414
  4. Əbu Nuaym əl-İsfahani, “Marifətus Səhabə”, c. 1, səh. 106, hədis 347
  5. ibni Əsakir “Tarixi Dəməşq”, c. 42, səh. 378, hədis 44629