Hindistan bayrağı
Açgöz adam qəzəbli olur, acgöz adamdan əxlaqsız hərəkətlər baş verir, acgözlük insanın gözünün işığını azaldır, axırda kor eləyir.
Acı şey yeyənə su da şirin gələr.
Ağac kökləri ilə yaşar, insan dostları ilə.
Ağıl tənbəl adama xoşbəxtlik gətirməz.
Ağıllı adam, ağılsız adamın son etdiyini əvvəldə edər.
Ağıllı adamlar öyrənmək üçün, cılız adamlar özlərini tanıtdırmaq üçün oxuyurlar.
Ağılsız yaxşılığın əhəmiyyəti yoxdur.
Ağlın varsa, onunla iş gör, əgər yoxdursa, onda atalar sözü ilə iş gör.
Axırıncı ağac kəsiləndə, axırıncı çay zəhərlənəndə, axırıncı quş tutulanda ancaq o zaman başa düşəcəksən ki, pul yemək olmaz.
Alçaq adamlar təbil kimidir, içi bomboş, hay-küyü çox.
Arxamca getmə - mən səni aparmaya bilərəm. Məndən qabağa getmə - mən sənin ardınca getməyə bilərəm. Yan-yana get, biz bir olaq.
Arvadlarına kömək edən ərlərə arvad qulu deyərlər.
Aslan göy gurultusuna cavab verər, çaqqal ulaşmasına yox.
Ayın ləkəsi gözə tez dəyər, nəinki şöləsi.
Baxmayaraq ki, doğuluşdan yaxındırlar, qiymətli daş-qaş ilanın qüsurunu başa düşmür, ilan da daş-qaşın dəyərini. (Hindlilərin etiqadına görə ilanın başında qiymətli daş-qaş vardır.
Başqasından üstün olmağımız əhəmiyyətli deyil. Əsl əhəmiyyətli olan şey, dünənki halımızdan üstün olmağımızdır.
Bəzi şeylər diqqətinizi çəkə bilər, ancaq ürəyinizi tutan şeylərə diqqət yetirin.
Bilikdən yaxşı dost yoxdur, azardan pis - düşmən.
Bir balaca çınqı atıb, bütün meşəni külə döndərər.
Bir mismar bəs edən yerdə baltadan istifadə etmə.
Bir şey haqqında danışmazdan əvvəl yaxşıca düşün, amma düşündüklərinin hamısını demə.
Bizim bütün əməllərimiz arxamızca gəlib yalvarır: ey insan, yaxşılıq elə!
Borcun, odun və düşmənin qalanı təzədən artar.
Bulud küləyə qarşı yeriməz.
Deyirlər qadınlara zəif "ulduzlar" himayədarlıq etdiyindən onları adətən şər qüvvələr ələ keçirir.
Dəmirçinin bircə zərbəsi zərgərin yüz zərbəsinə bərabərdir.
900 yüz siçovul yeyəndən sonra pişik Həccə gedir.
Dost bədbəxtliklə, qəhrəman döyüşlə, dürüstlük borcla sınanır.
Dostunuza tez-tez ziyarətə gedin, çünki üstündə gedilməyən yollar tikan və kollarla bağlıdır.
Düşməndən iki cür yaxa qurtarmaq olar, ya əllərini işə salırsan, ya da ümidini bağlarsan ayağının cəldliyinə.
Dürüstlük ən yaxşı vərdişdir.
Ehtiyatsızlıq fəlakətin anasıdır.
Əgər özün haqqında doğru söz eşitmək istəyirsənsə, onu xalqın içərisinda, səni heç vaxt görməyən, tanımayan adamlardan soruş.
Əgər sevirsənsə, arzulayırsansa və əziyyət çəkirsənsə, deməli insansan.
Fildən yeddi addım, inəkdən on addım, qadından iyirmi addım, sərxoşdan otuz addım uzaq dur.
Gözlərdə göz yaşı yoxdursa, ruhda göy qurşağı yarana bilməz. Gözlərdə göz yaşı yoxdursa, ruhda göy qurşağı yarana bilməz.
Günahkar həmişə özünü etibarsız hiss edir. [1]
Günəş şəfəq saçanda ulduzlar yoxa çıxar.
Heç nədən qorxmayan ya dəli, ya da axmaqdır.
Həşərat çox olsa, hətta ilanı da məhv edər.
Həyatda ən böyük səhv insanların hər an ölümə yaxınlaşdığını unutmaqdır. Nə qədər gənc olsa, bu səhv bir o qədər ağır olar.
Hünərsiz ağıl qadınlara, ağılsız hünər heyvanlara xasdır.
Xoş xatirələrlə və xoş ümidlərlə yaşaya bilmək iki dəfə yaşamağa bərabərdir.
Xoşbəxtlik həmişə cəsurların tərəfində olur.
İlan daş-qaşla bəzənmiş olsa da, fərqi yoxdur, yenə qorxuludur.
İlan hərdənbir sancar, yaramaz addımbaşı.
İnsan öz işi ilə özünü alçalda da bilər, uçalda da.
İnsanın bəzəyi-müdriklik, müdrikliyin bəzəyi - soyuqqanlıq, soyuqqanlığın bəzəyi - cəsurluq, cəsurluğun bəzəyi - yumşaqlıqdır.[2]
İradəsi möhkəm olan adamı xoşbəxtlik özü tapır.
İşləməyən dəmiri öz pası məhv edər, insanı da tənbəlliyə vərdiş etməsi.
Kim başqalarına xoşbəxtlik gətirirsə, o, özü xoşbəxtdir.
Kokila manqo ağacından dupduru şəbnəmi içir, heç özünü öymür, qurbağa bataqlıq suyundan içir - vaqqıldayır. (Kokila - melodik səsi olan hind ququ quşu. Manqo dadlı meyvəsi olan ağac)
Koğuşuna od düşmüş bir pis ağacın ucundan bütün meşə məhv olur.
Kora güzgü nə lazım.
Külü yuxarı kim atırsa, onun başına tökülür.
Qadın o qədər incə, o qədər zərif məxluqdur ki, onu gül yarpağı ilə də vurmaq olmaz.
Qadına zəif məxluq deyirlər, lakin onun saçları bir cüt fildən daha çox çəkir.
Qarğa leş yeməyincə doymaz.
Qaşıqdakı düyü hələ ağzına çatmayıb.
Qəlbi elmin, mübarizənin və məhəbbətin yolunda çırpınmayan adam nahaq anadan olub, nahaq yerə anasının cavanlığını əlindən alıb.
Qısqanclıq gəncliyin vərəmidiir, onu sağaltmaq çətin olur.
Qorxaq oğlan əlinə qolbaq taxmalıdır.
Qurbağa yaşadığı gölməçəni içməz.
Meymun zəncəfilin dadından nə bilir?
Müdrik adama da dost lazımdır.
Nəyə gərəkdir o qəhrəmanlıq ki, zəifləri müdafiə etmir, nəyə gərəkdir o dövlət ki, kasıbların ehtiyaclarına sərf olunmur, nəyə gərəkdir o fəaliyyət ki, xeyir işlər üçün görülmür, nəyə lazımdır o həyat ki, insanın başını ucaltmır?![3]
Nikahın ilk günləri ər-arvad arasında olan məhəbbət uşaq olandan sonra yoxa çıxır.
Nimbanı süd nohuruna da qoysan, yenə acı olacaq. (Nimba - acı meyvəli ağacdır.)
Noxud nə qədər atılıb düşsə də, tavanı partlada bilməz.
O yerdə ki ləyaqətsizlərə hörmət, ləyaqətlilərə nifrət edirlər - orada üç bəla yuva salır: qorxu, aclıq və ölüm.
Ölüm gələndə it məbədə qaçır.
Rifahın mənbələri zəhmət və sakitlikdir.
Saç-saqqal ağartmaqla hörmət sahibi olmaq olmaz. Elm və kamal sahibləri hörmətə layiqdirlər.
Sahildə it timsahı dartışdırar, suda - timsah iti.
Sağlamlıq sərvətdir.
Sevginin hökm sürdüyü yerdə qeyri-mümkünə nail olmaq olar.
Səbir gücsüzləri öldürər, güclüləri böyük edər.
Sənə bir dərd üz versə, səbrdən paltar geyin. Səbr edib dözməkdədir mərdanəlik, şöhrət, şan.
Sənin oğlun səndən yaranmış sən özünsən. Ona görə də sənə oğul doğmuş qadına anan qədər ehtiram göstər.
Sərraf olmayan yerdə inciyə qiymət verən olmaz.
Sikkəsinin saxta olduğunu aşkar edən günahkardırmı? [4]
Sözdə göz yaşı yoxdursa, ruhda göy qurşağı yarana bilməz.
Suda şanagüllə də olur, timsah da. (Şanagüllə - çiçəkli bitki.)
Susmaq üçün enerji tələb olunmur.
Süd, ilan zəhərini ancaq gücləndirir.
Şəhadət barmağınla birini ittiham etdiyin zaman üç barmağının sənə tərəf yönəldiyini unutma.
Tez görülən iş heç vaxt yaxşı deyil.
Təbil guruldayır, amma bilmir ki, boşdur.
Təhlükə gəlməmişdən ehtiyat elə.
Təһsil alan adam yaxşı yatır, özü-öz һəkimi olur. Səbirli olmaq, məqsədyönlülük, biliyi artırmaq, insani yetkinlik kimi xüsusiyyətlər təһsillə əlaqədardır.
Tikanı ayaqdan tikanla çıxararlar.
Üç şey dəyişkəndir: qadın, külək və sərvət.
Ümidini üzməyəni məğlub hesab etmək olmaz.
Ürəyi geniş olana bütün dünya qohum-qardaşdır.
Vaxtında görülməyən iş - görülməmiş kimidir.
Yalan adamı bir dəfə qurtarırsa, doğru iki dəfə qurtarır.
Yalan sözdənsə, susmaq yaxşıdır.
Yeməyə heç nə olmasa da, aslan ot yeməz.
Yerinə səpilməyən toxumbar verməz.
Zərbə həmişə ağrıyan yerə dəyər.
Zülm küləyi əsən dənizdən intiqam buxarı qalxar. [5]
↑ [1] Цитаты и афоризмы.
↑ "Hikmət xəzinəsindən incilər" Bakı, 2009.
↑ Aforizmlər və hikmətli sözlər.Bakı, 2005.səh.163
↑ [2] Цитаты и афоризмы.
↑ Ağıla və qəlbə işıq saaçan sözlər. Bakı, 2014. səh. 558