Jorje Amadu (port. Jorge Leal Amado de Fariа; 10 avqust 1912-ci il, İtabuna, Baiya, Braziliya — 6 avqust 2001-ci il, Salvador, Baiya, Braziliya) — Braziliya yazıçısı, ictimai-siyasi xadimi, modernist məktəbin nümayəndəsi.
Bu dünyada kim özünü qısqanclıqdan qoruya bilər? İnsanlar başqaları tərəfindən nə qədər qiymətləndirilirsə, vəzifəsi o qədər vacib və şərəfli olur, o qədər tez qəzəbli qısqanclığın hədəfinə çevrilir: palçıq axınları və böhtan okeanları üstünə tökülür.
Kiçik yaşlarımdan müxtəlif haqsızlıqlara və təəssübkeşliklərə, xüsusən də hamının ən mənfur qərəzi olan irqçiliyə qarşı mübarizə aparmaq məcburiyyətində qaldım. Əminəm ki, bu məsələnin yalnız bir real həlli var: irqçiliyi irq qarışığına hopdurmaq.