Luule Viilma (6 aprel 1950 - 20 yanvar 2002) - estoniyalı həkim və parapsixoloq,

Luule Viilma
Doğum tarixi 6 aprel 1950
Vəfat tarixi 20 yanvar 2002
Şəxsi veb-saytı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Ağ ciyərlər azadlıq orqanlarıdır.
  • Ağ ciyərlər azadlıq olmaması səbəbindən xəstələnir. Məcbur etmə azadlığı və ağ ciyərləri məhv edir. Məcbur etmə insanı qul edir, özü-özünün qulu, digərlərini qulu və işin qulu. Yaşlı adamda məcbur etməyə nifrət nə qədər çox olursa, bir o qədər o hiss etmir ki, hamıdan çox o, özü-özünü məcbur edir.
  • Ağ piqment ləkələri onu deyir ki, qürur artıq insana sığışmır. Qara piqment ləkələri onu deyir ki, insana utanmaq hissi artıq sığışmır.
  • Ağıl ilə düşünmək yerlə əlaqələndirir, ürək ilə düşünmək səmaya yüksəldir.
  • Ağıl sevinc mənbəyidir. Düşüncəlilik xoşbəxtlik mənbəyidir.
  • Ağıl və intelligentlik eyniləşdirildikdə daşürəklilik yaranır. Ağıl və ləyaqət birləşdikdə səmimilik yaranır.
  • Ağıllı öz ağlını nümayiş etdirməyə bilməz.
  • Ağıza qoyulan qida yaxşı düşünməli olan planı simvolizə edir.
  • Ağrı müəyyən nöqteyi-nəzərdən yol göstəricidir o, fikirləri düzgün axara yönəltmək istəyir.
  • Allah sevgi enerjisidir. Bunu başa düşmək olduqca vacibdir.
  • Allergen xəstəliklər qapalı dairədir ki, insan onu o vaxt qıra bilər ki, özünün bütün streslərinin birinci səbəbi olan “məni sevmirlər” qorxusunu azad edir.
  • Arzularla yaşayan və böyük işlərlə məşğul olan insan ona görə yeyir ki, güclü olsun və çətinliklərlə mübarizə aparsın.
  • Arzularla yaşayan və xırda işlərlə məşğul olan insan yemək istəməsə də özünü yeməyə məcbur edir.
  • Ayaqların göbələk xəstəlikləri insanın ondan yapışan, onun sərbəstliyini məhdudlaşdıran və beləliklə də onun üçün utanc verici yük olan insandan azad olmaq istəyini göstərir.
  • Az inkişaf etmiş insan təbiətin mərhəməti hesabına yaşayır.
  • Az miqdarda dərmanlar xəstəyə kömək edir ki, xəstəlik olan çuxurdan çıxsın Çoxlu miqdarda dərmanlar xəstəyə daha dərin çuxur hazırlayır.

B redaktə

  • Bacarmamaq günah deyil. Günah bağışlamağı bacarmamaqdır.
  • Bağırsaq qazları cəngavərliyi simvolizə edir.
  • Bağırsaq traktının qadın yarısı nazik bağırsaqdır, kişi yarısı yoğun bağırsaqdır.
  • Bağışlama ruhi təmizlikdir.
  • Bağışlamaq müqəddəs işdir. Öz səhvlərini başa düşmədən o nəticə verməz.
  • Bağışlamaq təsəvvür etdiyimizdən böyük gücə malikdir.
  • Başa düşmək biliyi müdrikliyə çevirir. Müdrikliyə çatmaq onu həyati müdrikliyə, və ya düşüncəliliyə çevirir. Dərindən hiss edilmiş həyati müdriklik yaradıcı qabiliyyətə çevrilir. Düşüncəlilik yaradıcılıq qabiliyyətini yaratmaq qabiliyyətinə çevirir. İstənilən yaradıcılıq hər şeydən əvvəl özünü yaratmaq deməkdir.
  • Başqasını və özünü başa düşmək istəyi hətta ən ağır xəstəlikdən azad olmağa kömək edir. İnsana aydınlıq lazımdır.
  • Başlamaq məsuliyyəti mədə xəstəliklərinə səbəb olur. Qurtarmaq məsuliyyəti düz bağırsağın xəstəliklərinə səbəb olur. Böyük işlər görmək istəyərkən xırda işlərlə məşğul olmaq məsuliyyəti nazik bağırsağın xəstəliklərinə səbəb olur. Xırda işlərlə məşğul olmaq istəyi olduqda böyük işlərlə məşğul olmaq istəyi düz bağırsağın xəstəliklərinə səbəb olur.
  • Bədən insana bütün fiziki həyatı üçün verilən ən böyük sevəndir. Bədən heç vaxt yalan demir və yalan danışmağa özünə imkan vermir. Bədən alver və alverçilik predmeti olmamalıdır. Bədən təmizdir – bu, o deməkdir ki, tez və ya gec o bütün pisləri göstərəcək.
  • Bilik avtomatik olaraq məsuliyyət yaradır.
  • Bilik düzgün istiqamətdə getmək bacarığıdır. Bilik ruhi sakitlik verir. Ruhi sakitlik hissdir.
  • Bilin – kim sağdırsa, həyat onu sevir. Həyat isə Allahdır. Ruhun inkişafı üçün lazımdır.
    – inam giriş üçün lazımdır;
    – iradə güc və getmək istəyi verir;
    – bilik doğru istiqamətdə hərəkət etmək bacarığı verir;
    – ümid qanad verir;
    – bağışlamaq azadlıq verir;
    – sevgi möhkəmlik verir;
    – ibadət Allah ilə yaradıcı birlik yaratmaq məqsədi ilə ruhi enerjinin axınını istiqamətləndirməyə kömək edir.
  • Bir istəyin kəskin güclənməsi bir orqanın və ya toxumanın xəstələnməsinə səbəb olur. Eyni vaxtda çoxlu eyni tipli istəklərin kəskin güclənməsi sistemli xəstəliklər yaradır.
  • Birləşdirici toxumaların – kollagenozların xəstəlikləri pis şeydən yaxşı təəssürat qoymağa cəhd edən insanlar üçün tipikdir. Bu xəstəliklər ikiüzlülüyə, riyakarlığa xasdır.
  • Biz düzgün fikirləşə bilmirik, düzgün işləyə bilmirik, məqsədi düzgün qoya bilmirik, düzgün yaşaya bilmirik, çünki, özümüz özümüzü tanımırıq.
  • Biz özümüzü başqalarından nə qədər fərqli hesab etsək də, bununla belə, eyni stresslər bizdə eyni xəstəliklərə səbəb olur.
  • Böyrəklər öyrədən orqanlardır. Tədris qorxudan iki yolla əldə olunan azad olmaqdır:
    – şüuraltı və ya şüurlu olaraq qorxudan yüksəkdə olmaq;
    – şüurlu olaraq qorxunu buraxmaq.
  • Böyrəküstü vəzlər ləyaqət orqanlarıdır.
  • Bütün problemlər ailə problemlərindən başlayır və ailə problemləri ilə də qurtarır.

C redaktə

  • Cəsarətli adam inanclıdır.
  • Cəsarətli adam ondan başlayır ki, əvvəlcə yaxşını özünə edir, sonra başqalarına. Kim özünə yaxşı edirsə, digərlərinə pis etmir. Belə adamın mədəaltı vəzi sağlamdır.
  • Cəsarətli adamın iradəsi reallaşır, qorxmuş adamın iradəsi reallaşmır.
  • Cəsarətli etdiyindən razıdır, axı həmişə onun gəliri məsrəfindən çox olur.
  • Cinsi yetişmə dövrü təbiət tərəfindən yaşlanma prosesində dönüş dövrü kimi müəyyən edilmişdir.

Ç redaktə

  • Çanaq sümüyü böyük ideyalı və iqtisadi kişi problemlərini əks etdirir.
  • Çıxılmazlıq suda batanın boğazından asılan daş kimidir.

D redaktə

  • Daşürək, ağıllı insan ağıllıdır, bilir ki, nə istəyir və ona lazım olan yerə gedir. Ağıl həyatı irəli aparır, daşürəklilik isə geri çəkir. Bu ikilik insanda ləng daxili sarsıntılar yaradır. Həmişə qəlb qalib gəlir, bədən isə uduzur. Bu halda insan özü də əziyyət çəkir, başqalarına da əziyyət verir. Daxili gərginlik nə qədər artırsa, digərləri bir o qədər əziyyət çəkir. Dözümlülük həddi çatdıqda sərtlik xaricə can atır.
  • Dərmanlarda adi müalicə simvolik mənada dərman – əsgərə bənzəyir. O, düşmən – xəstəyə hücum edir və tezliklə onu məhv edir, yalnız o vaxt ki, gücdə düşmən ondan güclü deyil.
  • Diabet xəstəsi özünə və öz gücünə inanmaqdan qorxur, odur ki, o, istəyir ki, onun özü etməli olduqlarını başqaları etsin.
  • Diabet – mənim həyatımı başqalarının yaxşı etmək istəyidir.
  • Diabetiklər öz valideynlərini və ya onlar haqqında xatirələri ilahiləşdirirlər. Onlar öz valideynlərinin səhvlərini görə bilmirlər və hesab edirlər ki, onların valideynlərinin çətin həyatlarında səbəb odur ki, başqaları valideynlərə pislik edir.
  • * Dizlər həyatda irəliləyişin uyğun olduğu prinsipləri ifadə edir. Dizlər göstərir ki, biz həyatda hansı hisslərlə irəliləyirik.
  • Doğru fikirin ardınca yaxşı hərəkət gəlir.
  • Doğulmaq yolu ilə insan olmaq asandır, insan olmaq çətindir, insan qalmaq daha da çətindir.
  • Dünyada heç nə yoxdur ki, tamamilə lazımsız olsun.
  • Dünyada yeganə günah bağışlamamaqdır.
  • Düşüncəlilik həqiqət axtarır. Ağıl haqq axtarır.
  • Düz bağırsaq göstərir ki, insan işi başa çatdırır.
  • Düz bağırsağın və ya fikirlərin kişi obrazının çirklənməsi kor bağırsaqda baş verir.

Ə redaktə

  • Əgər dalan vəziyyətindən alçalma dözülməz olursa, irinli appendisit yaranır.
  • Əgər insan dövlətə görə qorxursa, onun qara ciyəri kiçilir. Əgər insan dövlətə qəzəblənirsə, onun qara ciyəri böyüyür.
  • Əgər insan xəstədirsə, o, özünə artıq pisi seçib və bununla da öz bədəninə pislik edib. Kim günahkarı özündən kənarda axtarırsa, o, sağalmır.
  • Əgər insan öz qəzəbini göstərmək istəyirsə, aftalar ağızın selikli qişasında əmələ gəlir.
  • Əgər insan öz maddi təlabatlarını digərlərinin istəklərinin xeyrinə qurban verirsə, bu çanaq sahəsində xəstəliklərə gətirib çıxarır.
  • Əgər insan özünə lazım olanlara izin verirsə, qamətini saxlayır və insan olaraq qalır. Əgər insan hər şeyə özünə izin verirsə qamətini saxlayır, amma, heyvana çevrilir. İnsan istədiklərinin hamısına qadağa qoyarsa, kökəlir. İnsan vacib olan hər şeyə özünə qadağa qoyduqda xüsusilə kökəlir. İnsan istədiklərindən imtina etdikdə arıqlayır. İnsan vacib olanlardan imtina etdikdə xüsusilə arıqlayır. [1]
  • Əgər qida həzmi traktı qaydasında deyilsə, dəri xəstəliyinin müalicəsinin heç bir əhəmiyyəti yoxdur. Əgər qida həzmi traktı qaydaya salınıbsa, artıq dərini müalicə etməyə ehtiyac qalmır, o özü sağalır.
  • Əgər mənə pisdirsə, onda bu pisi özümə mən seçmişəm.
  • Əgər ruh əzab çəkirsə, bədən də əzab çəkir. Əgər bədən əzab çəkirsə, ruh da əzab çəkir.
  • Əgər siz oynaqlarda ağrı hiss edirsinizsə, bu sizin qəddarlığınızdır. Müqavimətlə qazanılmayanı qəddarlıqla əldə etmək olar. Ağrı həmişə qəddarlıqdır.
  • Əllər bizə ünsiyyətdən danışır. Ayaqlar da ünsiyyətdən danışır, amma, iqtisadi mətnaltı ilə.
  • Əllərdəki dırnaqları zədələyən göbələk göstərir ki, insan özü kimdənsə yapışır və beləliklə də onu məhv edir. Bu insan özü başa düşmədən utanmaqdan azad olmaq istəyir.

F redaktə

  • Fikir Allahdır. Fikir həyatdır. Fikir ruhdur.
  • Fikir enerjidir. Enerji şüura malikdir. Kimin şüuru varsa, onunla ünsiyyətdə olmaq olar.
  • Fikir həyatı idarə edir. Yaxşı fikir yaxşını yaradır, pis isə pisi.
  • Fikirlərin düzgün olmayan obrazı düzgün olmayan hərəkətlərə gətirib çıxarır və xəstəlik onun inikası olur. İnsana onu öyrətsələr, o, başa düşə bilir. Yanız istək tələb olunur. İradə nəticəni müəyyən edir.

G redaktə

  • Get-gedə kiçilən çənbər bağırsaq öz məqsədlərinə çatmaq və həyat tənəzzülləri dövrlərini aradan qaldırmaq bacarığını ifadə edir.
  • Gənclik üçün xarici forma əhəmiyyətlidir, qocalıq üçün daxili mahiyyət və bunu sizə özünüzdən başqa heç kim verə bilməz.
  • Gəyirmə insanın öz fikrini başqasına zorla qəbul etdiyinin sübutudur.
  • Gizli və ya saxlanılan qərəzli pislik gizli xərçəngə səbəb olur. Açıq ifadə olunan qərəzli pislik göz ilə görünən xərçəngə səbəb olur.
  • Günahkarlıq hissi yorğunluq yaradır.
  • Günahlandırmaq yox, bağışlamaq lazımdır.
  • Günahları qəddarcasına olaraq digərlərində axtarmaq bütün bədəndə ağrı yaradır.
  • Götürmək üçün qorxudurlar. Götürmək üçün təhdid edirlər. Götürmək üçün könülü alırlar.

H redaktə

  • Hakimiyyət uğrunda mübarizə kritik həddə çatdıqda və insanın yolunun üstündə ona oxşar olan “bərk qoz” durduqda, insanda mədə xorasının güclü qanaxması baş verir.
  • Həddən artıq pis bədənin fiziki xəstələnməsinə səbəb olur. Həddən artıq yaxşı ruhun xəstəliyinə səbəb olur, başqa sözlə, ruhi xəstəliyə.
  • Həkim həyata iradə verə bilməz, o, insanın özündə olmalıdır.
  • Həqiqi insan aqressivliyi özünə cəzb etmir.
  • Hər şeyin əsasında fikir durur, fikirin ardınca ona uyğun olan hərəkət gəlir.
  • Hərəkətin dayanması ölüm deməkdir.
  • Həyat deyir: həqiqətə inan, amma, yoxla ki, o həqiqətdirmi.
  • Həyat gücləri ilə dolu insan xəstələnməz.
  • Həyat hərəkətdir. Durğunluq ölümdür.
  • Həyat mübarizədir, mübarizənin isə müsbət və mənfi tərəfləri var.
  • Həyat ondan ibarətdir ki, biz yaşayırıq.
  • Həyat sadədir, onu özümüz çətinləşdiririk.
  • Həyat tarazlıqdır, o, həm də cəsarətdir. Ölüm qeyri-tarazlıqdır, o, həm də qorxudur.
  • Həyat yolu bütün yolların ən tanış olmayanıdır və odur ki, ən çətin yoldur.
  • Həyatı düşünməyi bilən insan idarə edə bilər.
  • Həyatı düzgün başa düşməmək səbəbindən irəli getməyi bacarmamaq çənbər bağırsaqda xəstəliyə səbəb olur.
  • Həyatın əsası və yaradıcısı – Sevgidir.
  • Həyatın keyfiyyəti həyatın yaşanma üçün layiq olana dəyişməsində passivliyi və ya aktivliyi üzə çıxarır.
  • Hiss – ruhi sakitlikdir, emosiya isə hisslərin həmləsidir.

X redaktə

  • Xalq insanları iki kateqoriyaya ayırır: qürurlanmağa nəyisə olan qürurlulara və qürurlanmağa heç nəyi olmayan qürurlulara.
  • Xarakterin dəyişdirilməsi, arzulanan məqsədə çatmaq üçün həyatı yenidən düşünmək və özünüzü pislərdən ağıllı şəkildə qurtarmaq deməkdir. Bu, düşündüyünüzdən daha çətindir və şübhələndiyinizdən daha asandır.
  • Xəstə adam düzgün düşünməyəndir, düzgün yaşamayandır. Əgər o, düzgün, fikirləşməyi öyrənsə, onda sağalacaq. İndiki həyatın ən birinci təlabatı həyatın özünü dəyişməkdir.
  • Xəstəlik konkret stresdən başlayır, amma, heç vaxt yalnız stressdən ibarət olmur.
  • Xəstəliyə nifrətlə baxmayın! Onu sevin, axı o, kömək etməyə gəlib. Xəstəlik sizin haminizdir.
  • Xolesterinin artıq miqdarda olması maksimalizmin insanın hər şeyi dərhal və tez əldə etmək istəyinin şahididir.
  • Xoşagəlməz istəyi ona gətirib çıxarır ki, insan ən dəyərliləri də qurban verməyə hazır olur.
  • Xoşbəxtlik istənilən vəziyyətdə insan qalmaqdır.
  • Xoşbəxtlik ona görə bədbəxtliyə çevrilir ki, insan xoşbəxt olmaq istəyir. Onu istəyərlər ki, həqiqətən də ona ehtiyac var.

İ redaktə

  • İnanın ki, çıxış yolu olmayan ruhi vəziyyət yoxdur. Çıxılmaz ruhi vəziyyətlər olmur. Çıxılmaz olan maddi vəziyyətlər olmur. Çıxış var! Özünüzdən çıxılmazlığı azad edin və həyat öz yoluna düşəcək.
  • İnsan bədəninin vəziyyəti, onun sağlamlığı insanın yaşam fəlsəfəsinin güzgüdə əksidir.
  • İnsan = ruh + qəlb + bədən.
  • İnsan düzgün fikirləşdikdə düzgün nəfəs alır, düzgün qidalanır, düzgün hərəkət edir, düzgün sosial həyat yaşayır və öz həyatından razıdır.
  • İnsan ruhdur ki, qəlb vasitəsi ilə öz bədəninin hakimidir.
  • İnsanı ən çox onun uşağı sevir.
  • İnsanın həyatı oxumaqdır, həyat təcrübəsini qazanmaqdır və insan pisdən öyrənir.
  • İnsanın təhqir olunmaq qorxusu səbəbindən problemlər və xəstəliklər xroniki olur.
  • İnsanların fikirlər dünyasını və təsəvvürlər dünyasını dəyişmədən onları müalicə etmək olmaz.
  • İstək varsa, zaman zənginləşir. Əgər istək varsa, cəhd etmək olar. Əgər cəhd ediriksə, onda başa düşürük.
  • İstək vulqarlıqdır. İstək ədəbsizliyə yüksəlir. Ədəbsizlik məhv etməkdir.
  • İstənilən böyrək çatışmazlığı öyrədici qorxuların olmaması deməkdir.
  • İstənilən xəstəliyin müalicəsi ilk növbədə təmizləməkdən başlamalıdır.
  • İstənilən kollektivə münasibətin yarandığı birinci kollektiv ailədir. İnsanın özünə vaxtı nə qədər az qalırsa, bir o qədər o, kollektivə düşməncəsinə yanaşır və bir o qədər ciddi olaraq onikibarmaq bağırsaq zədələnir.
  • İstənilən təcrübə lazımdır, çünki, o öyrədir.
  • “İstəyirəm” – asan qazanc ehtirasdır. “İstəmirəm” – etirazdır. “Ehtiyacım var” – azadlıqdır. “Ehtiyacım yoxdur” – yenə də azadlıqdır.
  • İş xətrinə həyat əsəb sistemini pozur. Nəticədə insanı xəstəlik adlanan məcburi istirahətə göndərir.

K redaktə

  • Kalorilər bədənin toxumalarını miqdari mənada təmin edir. Mineral duzlar keyfiyyəti təmin edir. Vitaminlər bədəndə onda olan maddələrin hamısının optimal mübadiləsini təmin edir.
  • Kiçik çanaqda göz üçün görünməz olan orqanlar yerləşir ki, onların xəstələnməsi deyir ki, insanın həyata keçirmək üçün gücü çatmayan böyük və əhəmiyyətli planları var. Böyük həmişə kişinindir.
  • Kim digərləri üzərində yüksəlmək istəyini azad etsə, o, özünü yüksəlməyə məcbur etmir və onun mədəsi sağalır.
  • Kim düzgün fikirləşməyi öyrənirsə, o, sözünü şallaqla qovan çoban rolunda çıxış edir.
  • Kim güclü adam olmaq istəyini azad edirsə, ona özünü güclü olmağa məcbur etməyə ehtiyac olmayacaq və onun mədəsi sağalacaq.
  • Kim həyatda yaxşını görmək istəmirsə, onun yaxşı həyatı olmayacaq.
  • Kim xoşbəxtlik əldə etmək istəyirsə, o, müdrikliyin dəyərini hiss etməlidir.
  • Kim istirahətin vacibliyini bilərək özünü istirahətə məcbur edirsə, o, istirahət etmir. O, özünü aldadır.
  • Kim pisi yaranışda aradan qaldırırsa, pisdən azad olur. Kim pisə nifrət edirsə və bağışlamağı qəbul etmirsə, o, pisdən əziyyət çəkir.
  • Kim öz həyatını qurmaq istəyirsə, onun mədəaltı vəzi sağlam olacaq.
  • Kim uçurumdan özü çıxa bilirsə, o, müdriklik əldə edib. Kimə çıxmaqda kömək edilirsə, o, tezliklə yenidən uçuruma yıxılır, çünki, öz yıxılmasının səbəbini başa düşməyib.
  • Kimin cəsarəti çatmırsa, onun digərlərindən yaxşı olmaq istəyi yaranır.
  • Kişi cinsi qadının ər kimi sevə biləcəyi qədər yaxşı olmayanda və ya uşaqlar anaya qulaq asmadıqda alçalmaq hiss etdikdə və ya onun uşaqları olmadıqda alçalmaq hiss etdikdə və həyatı dəyişməkdə köməksizlik hissi səbəbindən sərtləşirsə, qadında uşaqlıq xərçəngi yaranır.
  • Kişi enerjisi qadın enerjisi olmadan ölümə məhkumdur.
  • Kişi enerjisi ruhdur, eyni zamanda tarazlıqda olan sevgidir. Qadın enerjisi qəlbdir, eyni zamanda tarazlıqda olmayan sevgidir.
  • Kişinin vəzifəsi getmək, yalnız getməkdir və heç vaxt dayanmaq olmaz, axı kim həyat maneələri qarşısında dayanırsa, o, məhv olur.
  • Kök adam həyatından razıdır, amma, özündən razı deyil. Arıq adam özündən razıdır, amma, həyatından razı deyil.
  • Kök adamlarda qida həzmi traktının xəstəlikləri ondan yaranır ki, köklər özlərini məcbur edirlər ki, yaxşı olsunlar. Arıqların da xəstəliyi eynidir, ona görə ki, onlar özlərini məcbur edirlər ki, pisi yaxşıya çevirsinlər.
  • Köndələn çənbər bağırsaq qərar çıxara bilməmək cəmləşib, burada şübhələr və xeyir tərəzidə çəkilir.

Q redaktə

  • Qadın cinsi daima kişi ləyaqəti və ya atalıq ləyaqətinə güldükdə və kişi buna kişi kimi cavab verə bilmədikdə, öz köməksizliyindən qəzəblənmə prostat vəzinin xərçənginə səbəb olur.
  • Qadın qəlbi sevgi mənbəyidir, kişi qəlbində belə mənbə yoxdur. Kişi güc mənbəyidir.
  • Qadın sevgi gücü verir və kişinin fiziki gücünü götürür. Kişi fiziki gücü verir və sevgi gücünü götürür.
  • Qadının vəzifəsi öz ərini sevməkdir.
  • Qalxanabənzər vəz ətrafları böyük vədlər orqanlarıdır.
  • Qalxanabənzər vəz ünsiyyət üzvüdür, sevgini şərtsiz mənimsəyən üzvdür.
  • Qanda şəkərin miqdarı düşdükdə qan ac qalır.
  • Qəzəb səs yaradır.
  • Qida həzmi həyat müdrikliyi və ya ağıl, həmçinin, ümumiyyətcə əldə etməkdən danışır.
  • Qidanın qida borusu ilə hərəkəti planı həyata keçirməyə bənzəyir, ona yaxşı yol arzulamaqdır.
  • Qidanın miqdari dəyişməsi ağız boşluğunda, qida borusunda, mədədə baş verməlidir. Qidanın keyfiyyət dəyişikliyi onikibarmaq bağırsaqda başlamalıdır.
  • Qisas almaq istəyi bütün mümkün olan qan ayırmalara səbəb olur.
  • Qiymətləndirmə ittiham kimidir.
  • Qomeopatik dərman dostdur, düşmənə yaxınlaşır və deyir: “Mən sənə oxşayıram, odur ki, mən səni başa düşürəm. Birlikdə azadlığa gedək!” Və onun əlindən tutur ki, getsinlər.
  • Qomeopatik dərmanlar bədəni kimyəvi preparatlarla çirkləndirmir, insan bədənindən maye çirki və quru zibili çıxarır.
  • Qorxaq heç vaxt razı qalmır, axı onun məsrəfi gəlirindən çox olur.
  • Qorxmuş adam cəsarətli adamı başa düşmür.
  • Qorxu müasir sivilizasiyanın müəllimidir, o, öyrədir ki, daha böyük maneələrin hamısına baxmayaraq heyvandan müdrik olmağı və daha da inkişaf etməyi öyrədir. İnkişaf qorxudan azad olmaq prosesidir.
  • Qürur fiziki səviyyədə böyrək-daş xəstəliyinə səbəb olur. Təkəbbürlülük ağılı itirməyə və xərçəng xəstəliyinə səbəb olur.
  • Qürur yetişməkdə olan enerjidir. O, nə vaxtsa yetişəcəyini gözləmir. Qürur daş enerjisinə malikdir. Daş enerjisi böyrək-daş xəstəliyi və bütün toxumaların sklerozunu yaradır.

M redaktə

  • Mədə insan işə necə başladığını, ya da özünü işə məcbur etdiyini ifadə edir. Əgər insan işgüzardırsa və siqaret çəkmirsə, o, hiss etmir ki, kimsə onu işə məcbur etsin. O, hiss edir ki, o özü etməlidir və bu halda şallaqla xüsusilə ağrıdıcı zərbələr mədəyə dəyir.
  • Mədə işin başlanğıcını simvolizə edir.
  • Mədəaltı vəz qadın kimidir, kişi yarısı üzərində yerləşir və öz ittihamları ilə digərlərini məcbur edir ki, ona yaxşılıq etsin.
  • Məndə gizlənən pis fikir həmişə pislik edir, mənim bədənimə haqq qazandırmaq lazım deyil.
  • Mənim bədənim məni sevir. Əgər sevməsəydi ona fərqi olmazdı. Xəstəlik sevgi əlamətidir.
  • Müəllim vəzifəsi torpağa toxum səpməkdir. Torpaq ana və atadır ki, torpağı münbit edir ki, müəllim öz rolunu ifa edə bilsin.

N redaktə

  • Narkotiklər istifadəsi mənəviliyi dağıdır.
  • Nazik bağırsaq hamıya məlum olduğu kimi xırda şeylərdən ibarət olan gündəlik işi simvollaşdırır.
  • Neqativ fikir belə azad olur. Və özü-özlüyündə neqativ fikirlərin məcmusu olan xəstəlik yox olur.
  • Neqativ fikir müəllimdir. Əgər şagird müəllimin onu nəyə öyrətdiyini başa düşürsə, onda ağıllı olur. Əgər müəllim görsə ki, şagird ağıllanıb, onda onun işi başa çatır və o, gedir.
  • Nəfəsalma azadlıqdır. Bədən azadlıqla nəfəs alır. Azadlıq Allahdandır. Düzgün olmayan düşünməklə biz özümüzü azadlıqdan məhrum edirik.
  • Normal qida həzmi qidanı parçalayır. Qeyri-normal qida həzmi qidanı dağıdır.

O redaktə

  • Oxşarlar oxşarları cəzb edir, təbiətin bu qanunu xəstəliklə streslərin yüksəlməsinin əsasıdır.
  • Olmaq hələ şəxsiyyət olmaq demək deyil. Şəxsiyyət olmaq özü-özü ilə olmaq deməkdir.
  • Oniki barmaq bağırsaq simvolik olaraq miqyaslı işin başlanmasına oxşardır.
  • Oynaqların revmatizmi kişi cinsi üzərində riyakarlığın və ikiüzlülüyün və maddi həyatın inkişafın xəstəliyidir. Mahiyyətcə bu, həyatı öz tütəyi altında rəqsə məcbur etmək istəyidir. Oynaqların revmatizmi elə xəstəlikdir ki, bu xəstəlik zamanı insan öz dayanaqlarını ikiüzlü xeyirxahlığı ilə öldürür. Bu, istənilən digərlərə oxşar olaraq azad edilməsi mümkün olan stressdir.

Ö redaktə

  • Öd kişi qəzəbidir.
  • Öd kobud strukturları parçalayır. Mədəaltı vəzin fermentləri incə strukturları parçalayır.
  • Öyrənmək lazımdır, kor-koranə yox.
  • Öyrətmək biliklərin ötürülməsidir.
  • Öz fikirlərinə qulaq asmaq bacarığı hətta ən mürəkkəb və təhlükəli həyat vəziyyətlərini həll etməyə imkan verir.
  • Öz gözəlliyinə görə hədsiz qürur, ya da sərvət isteriya yaradır. Özünün ruhi qabiliyyətinə görə hədsiz qürur ağılı itirməyə gətirib çıxarır.
  • Öz səhvlərinizi təkrar etməyin, onda sizdə müsbətlər çox olacaq.
  • Öz stresslərinizi azad edərək siz öz genetik kodunuzu və gələcək nəslinizin kodunu yaxşılaşdırırsınız. Başqa sözlə, o cümlədən hələ yaranmamış, amma Sizin horizontda görünməkdə olan xəstəlikləri yox edirsiniz. Həqiqi qabaqlayıcı təbabət belədir.
  • Özünə acımaq həyat gücünü istehlak edir.
  • Özünə və digərlərinə əmr verən insan ruhlanır, aktiv olur.
  • Özünü qəhrəman kimi göstərmək istəyən xərçəng xəstəsi özünə qəbir qazır.
  • Özünü sevməyi bacarmayan öz uşağını da sevə bilmir.
  • Özünüzdən çıxılmazlığı azad edin və həyat öz yoluna düşəcək.
  • Özünüzün xırda səhvlərinizin nəticələri özünüzə qayıdacaq. Özünüzün böyük səhvlərinizin nəticələri uşaqlarınıza çatacaq ki, dərs sərt olsun. Ən böyük səhvlərin nəticələri nəvələrə çatacaq ki, dərs xüsusilə ağrıdıcı olsun.

P redaktə

  • Pis adam mövcud deyil, yaxşı adam mövcud deyil, insan mövcuddur. Və hamının insan olmaq imkanı var. Bu imkanı bilik verir. Biliyi təlim verir, qəlbdə cavab həyəcanı yaradan təlim müdriklik verir. Amma, əzbərlənmiş müdriklik yalnız ağılın olmasını göstərir. [2]
  • Piylənmək o deməkdir ki, insan həyatdan verdiyindən çox almaq istəyir. Arıqlamaq o deməkdir ki, insan həyata almaq istədiyindən çox vermək istəyir.
  • Piylənmiş insan pis həyatın səbəblərini axtaran mübarizdir, başqa sözlə, ittihamçıdır, amma, bununla belə, onu ittiham etdikdə olduqca həssasdır.

R redaktə

  • Revmatizm kinayəyə əl ataraq ittiham edənlərdə yaranır.
  • Revmatizmlərin ataları özünə inamı olmayan kişilərdir. Onlar çox qorxurlar və odur ki, riyakar ikiüzlülüyə xüsusilə nifrət edirlər.
  • Risk sınaqdır, öz qabiliyyətlərini yoxlamaqdır.
  • Ruh olmasa qəlb də olmaz. Kişi olmasa, qadın da olmaz.
  • Ruhi güc istənilən digər gücdən yüksəkdir.
  • Ruhi sakitlik sağlamlıqdır.
  • Ruhi sakitlik tarazlıqdır.
  • Ruhi təmizlik fiziki təmizliyin rəhnidir.

S redaktə

  • Sağlamlıq insanın həyata münasibətini əks etdirir.
  • Sevgi həyat yaradır, kin həyatı məhv edir. Bütün dərsləri qorxu təqdim edir.
  • Sevgi işığı yox olan yerdə narkomaniya zülməti başlayır.
  • Sevgi vermək asandır, sevgi almaq çətindir, özünün sevgi olmağın hər şeydən çətindir.
  • Sevincin digər tərəfi kədərdir.
  • Sevmək təlabatı sevgi vermək deməkdir. Sevmək istəyi sevgi almaq deməkdir.
  • Siqaret çəkənin əsasən üç orqanı xəstələnir, ürəyi, ağ ciyərləri və mədəsi.
  • Siqmo şəkilli çənbər bağırsaqda qeyri-səmimilik yaşayır.
  • Süst bədən = süst qəlb = süst sağlamlıqdır.

Ş redaktə

  • Şəxsiyyət hər şeydən əvvəl özü haqqında düşünür, eqoist isə yalnız özü haqqında düşünür.
  • Şəxsiyyət həyata açıq insandır, öz taleyinin könüllü seçdiyi yolu ilə ləyaqətlə hərəkət edir, heç kimə və heç nəyə diqqətini yayındırmadan.

T redaktə

  • Təbiət yüksək inkişaf etmiş insanın mərhəməti hesabına yaşayır.
  • Təhsil – biliklərin alınmasıdır.
  • Təhsil təlabatdır.
  • Təkrar düşünmə qabiliyətinin inkişafıdır.
  • Təlabatlarla yaşayan və böyük işlərlə məşğul olan insan arabir yeyir, amma, hər dəfə çox yeyir.
  • Təlabatlarla yaşayan və xırda işlərlə məşğul olan insan az yeyir, amma, tez-tez yeyir.

U redaktə

  • Uşaq xəstəliklərinin səbəbi ailədir. Məktəb onları gücləndirir.
  • Uşaq yaxşı olmaq istəyir. Uşaq istəyir ki, valideynlərinə yaxşı olsun. Ona bu imkanı uşaqlıqdan verin və siz heç vaxt təəssüflənməzsiniz.
  • Uşaqlara danışmağı, mübahisə etməyi, öz fikrini ifadə etməyi öyrədin. İnsanlar öz fikirlərini yaxşı ifadə edə bilməyəndə onlarda çoxlu stres yaranır.
  • Uşaqları sevgidən yaratmaq lazımdır, onlara sevgi ilə böyümək imkanı vermək lazımdır, onların yanında sevgidən danışmaq lazımdır.
  • Uşağı söyərkən biz uşaqda özümüzü görürük.
  • Uşağın sağlamlığı onun həyatının güzgüsüdür.

Ü redaktə

  • Ümidi boşa çıxmış kişi günahkarı hər şeydən əvvəl özündə axtarır.
  • Ümidi boşa çıxmış qadın günahkarı hər şeydən əvvəl başqa insanda axtarır.
  • Ürək günah hissi yeridir. Özünü günahlandıran insanın ürəyi ağrıyır. Xəstəliyin xarakteri insan özünü nədə günahlandırmasından asılıdır. Əməksevər həmişə özündə çatışmazlıq tapır.

Y redaktə

  • Yaxşı əvvəlki həyatlarda mənimsənilmiş pisdir.
  • Yaxşıların unudulması, pislərin yadda saxlanması günahdır.
  • Yaxşını istəyirəm – kökəlmək deməkdir. Pisi istəmirəm – arıqlamaq deməkdir.
  • Yaxşısız pis, pissiz yaxşı olmur.
  • Yalnız ağılsızın həyat yolu maneəsiz olur, o, maneələr olmadığından ağılsızdır.
  • Yalnız o adam xoşbəxt olar ki, özünün səmimi sevgisini hamıya ünvanlayır. Tamlığa. Allaha.
  • Yalnız verənə verilir. Alandan alınır.
  • Yoğun bağırsaq böyük ciddi həyati şeylərə münasibəti ifadə edir.
  • Yoğun bağırsaq işin ciddi və riskli hissəsini simvolizə edir və burada zarafata yer yoxdur.

Z redaktə

  • Zaman yaranı sağaldır, amma, bu sözlərin mahiyyətinə varsaq, onda zaman bizə yalnız zaman verir. Zaman özü-özlüyündə bundan artıq heç nə edə bilməz. Biz özümüz etməliyik.
  • Zamanı düzgün seçmək nə deməkdir? Düzgün seçilmiş zaman uğurun əsasıdır.

İstinadlar redaktə

  1. Виилма, Л. Мудрые мысли Лууле Виилма; пер. с эст. И. Рююдья. Екатеринбург, 2009.
  2. [1] Luule Viilma - Sağlamliq və firavan həyat ilə bağlı müdrik fikirlər