Mel Qibson (1990)



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Axmaq suala verilən ən yaxşı cavab sükutdur.
  • Arzular kağız üzərində həmişə yazıq görünür.
  • Ata olmaq xoşuma gəlir. Ata olmaq insana özünü gənc hiss etdirir. Bu imkan verir ki, həyata yenidən başlayasan, həyata başqa tərəflərdən də baxa biləsən.

E redaktə

  • Ekrandakı ilə həyatdakı insan arasında fərq çoxdur. Yadınızdadır, Keri Qrant nə demişdi? Ondan soruşmuşdular, Keri Qrant olmaq necə hissdir? Demişdi, heç bir təsəvvürüm yoxdur.

Ə redaktə

  • Ən zəif cəhətim səbirsizliyimdir. Amma şükür Allaha ki, indi əvvəlki qədər səbirsiz deyiləm.
  • Əslən avstraliyalı amerikanlarla danışmaq xoşuma gəlir. Onlar danışanda çox az ehtiyat edirlər, bu da ünsiyyətə başqa bir zövq qatır.

F redaktə

  • Filmlərin əksəriyyəti lent yığınından başqa bir şey deyil.

H redaktə

  • Hamı deyir ki, Hollivud fabrikdir. Ancaq bu fabrikdə hər birimizin böyük bir mexanizmin xırda detalları olmasını deməyi unudurlar. Bir detal qırılsa, onu dəyişirlər.
  • Heç vaxt Allahın mənə qəzəbini hiss etməmişəm.
  • Heç vaxt deməmişəm ki, əlimdə silahla ölməyə hazıram.
  • Hərdən mənə elə gəlir ki, beynin ən yaxşı xüsusiyyəti unutmaq qabiliyyətinin olmasıdır.

J redaktə

  • Jurnalistlər yeganə tayfadırlar ki, səni diri-diri basdıra bilərlər.

İ redaktə

  • İnsan tədricən ölür. Bizim həyatımızda baş verən müxtəlif hadisələr ölümün mərhələləri deyil? Həyat bizi hissə-hissə tərk etmirmi?
  • İstənilən dəyişiklik ağrısız olmur. Əgər ağrı hiss etmirsənsə, deməli heç nə dəyişməyib.

Q redaktə

  • Qadınları sevirəm – Allahın yaratdıqları içərisində ən yaxşısı qadınlardır. Əgər qadınlar kişilər kimi olmaq, yəni bir pillə aşağı düşmək istəyirlərsə, nə edək, qoy etsinlər.

M redaktə

  • Mən heç vaxt öldürməmişəm.
  • Mən özümü nə amerikan, nə də avstraliyalı hesab edirəm. Mən hibridəm, çox yaxşı da yaşayıram, çünki Avstraliya da, Amerika da gözəl ölkədir.
  • Məni sevməyən insanları xoşlamıram, ancaq onları sevirəm.
  • Məsihin nə üçün gəlməsi, nə üçün çarmıxa çəkilməsi səbəblərinə baxanda —- O bütün bəşəriyyət üçün öldü, O bütün bəşəriyyət üçün əzab çəkdi. Buna görə də hər bir həddini aşan şəxs öz hissəsinə və ya öz təqsirinə baxmalıdır. İndi əsas sözə, verilən sözə geri dönmək vaxtıdır... O əzab çəkərək və öldürülərək bağışladı.
  • Müstəqil namizədə səs verəndə heç vaxt vicdan əzabı çəkmirsən.

N redaktə

  • Nədənsə, çox adam elə bilir ki, mən respublikaçıyam. Ancaq bu, belə deyil. Ötən seçkilərdə heç bilmirdim kimə səs verim. Onlara baxıram, ağlıma ancaq belə bir fikir gəlir: “Deməli, seçki belədir: sən istəyirsən səni vursunlar, yoxsa təpikləsinlər?”

O redaktə

  • Oynamaq — yalan danışmaqdır. Aktyorun işi incə formada yalan danışmaqdır. Mənə uzun müddət pul ödəyiblər ki, kamera qarşısında lazımı qaydada yalan danışım.

R redaktə

  • Rejissor olmaq istəyim 16 yaşımda yaranıb. Mən qədim vikinqlər haqqında film çəkmək istəyirdim. O vaxtlar vikinqləri öyrənirdim. Axmaq fikir idi, hə? Ancaq məni kinoya gətirən bu istək olub.

S redaktə

  • Siyasi korrektlik intellektual terrorizmdir. Axı hər kəs həmişə, hamını sevə bilməz.
  • Sonrakı peşmanlıq fayda vermir. Ən yaxşısı səhvi boynuna almaqdır. Əks halda, kənardan diş pastasını boruya geri dürtməyə çalışan adam kimi görünəcəksən.

Ş redaktə

  • Şər hamımızın həyatına yol tapır, ancaq bircə ortaq cəhəti var: şər yoxluğunu ən birinci sənə inandırır.
  • Şər nə qədər görünməzdirsə, o qədər də qorxuludur. Şeytanın başının üstündə “şeytan” yazısı gəzdirmir.

U redaktə

  • Uşaqlardan çox şey öyrənirik, onların bizdən öyrəndiklərindən daha çox...

Ü redaktə

  • Üç papaq almaq istəyirsənsə, iki baş daha ölç.

Y redaktə

  • Yaxşı kino insana necə təsir edir? Əyləndirir? Bəlkə öyrədir? Bəlkə səviyyəsini qaldırır? Yaxşı kino bunların hamısını eyni vaxtda edir. Əks halda, o yaxşı kino deyil, ekran qarşısında vaxt sərfidir.

İstinadlar redaktə