Nikolay Çernışevski

Nikolay Qavriloviç Çernışevski – Rus inqilabçı və mütəfəkkiri, yazıçı, iqtisadçı, filosof.

Nikolay Çernışevski



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B redaktə

  • Başqa millətin azadlığını qəsb edən millət o azadlığın nemətlərindən dada bilməz.
  • Bilik məhəbbət oyadır, onunla nə qədər yaxından tanış olursansa, bir o qədər çox sevirsən.
  • Birinci dəfə son dərəcə maraqlı görünən bir lətifəyə ikinci dəfə qulaq asmaq maraqsız olduğu kimi, insan üçün də bir dəfə yaşadığı halı ikinci dəfə yaşamaq çansıxıcı olardı.
  • Böyük ideyalar və nəcib arzular mənbəyi olan sanballı kitablar, orijinal əsərlər oxumağa çalışın.

E redaktə

  • Elmi ədəbiyyat insanları nadanlıqdan, bədii ədəbiyyat isə kobudluq və bayağılıqdan xilas edir.

Ə redaktə

  • Əgər bizim uşaqlar əsil təhsil almaq istəyirlərsə, onlar mütaliə ilə təhsil almalıdırlar.
  • Əsl sevgi yuxudan ayılmaq kimidir, adam dincəlir. Bütün varlığında bir təravət, bir sağlamlıq hiss edir. Elə əsl səadət də budur.

İ redaktə

  • İdealımızı təzahür etdirən hər bir şey bizi heyran qoyur.
  • İnsanı sevmək ona səadət arzu etmək deməkdir. Biz bunu bilirik. Azadlıq olmadan isə səadət yoxdur.
  • İnsanın ləyaqəti onun vətənpərvərliyinin gücü ilə ölçülür.
  • İradəli və ağıllı adam möhkəm əqidəyə malik olmaya bilməz. Yalnız küt və ya vicdansız adamlar əqidəsiz ola bilərlər.

Q redaktə

  • Qılıncın öz daxili həqiqəti yoxdur.

M redaktə

  • Məhəbbət əsəblərin daimi, qüvvətli və sağlam qıcıqlanmasıdır. Bu qıcıqlanma əsəb sistemini, əqli və əxlaqi qüvvələri inkişaf etdirir.
  • Millətin ən mühüm kapitalı xalqın mənəvi zənginliyidir.

O redaktə

  • O yerdə ki, qadına bir insan kimi hörmət yoxdur, orada mən yoxam.
  • Ona görə yaltaqlanırlar ki, itaətkarlıq adı altında ağalıq eləsinlər. [1]

Ö redaktə

  • Özünə hörmət qoymağı adət etmiş insan üçün ölüm alçalmaqdan xeyli asandır.

S redaktə

  • Sevgi ona görə lazımdır ki, o, ucadır, onunla ucalırsan.
  • Sevgidə o adam xoşbəxtdir ki, məhəbbətdən ağlı işıqlanır, qollarına qüvvət gəlir.
  • Sevginin doğurduğu ləzzətlərin heç biri baxışlardan alınan zövq qədər incə deyildir.

T redaktə

  • Təhsilin insan üçün ən böyük səadət olmasını sübut etməyə ehtiyac yoxdur. Təhsilsiz insanlar həm kobud, həm kasıb, həm də bədbəxtdirlər.[2]

Y redaktə

  • Yaltaqlıq tabe olmaq pərdəsi altında hökmranlıq etmək üçün edilir.

İstinadlar redaktə

  1. Xəzinə.Bakı,1997. səh.152
  2. Heydər Hüseynov. Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikrin tarixindən. Bakı, 2007, səh.71