Osetin atalar sözləri



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Açarı qıfıla görə seçərlər, qıfılı açara görə yox.
  • Adamların zavalı allahındakından qorxuludur.
  • Aqil adam ağlıyla toxdur.
  • Ağıllı adam çətin işdə tələsməz.
  • Ağıllı insanlar danışdıqlarından çox dinləyirlər.
  • Ağıllı özü öz səhvini başa düşür.
  • Ağlı su batırmaz, külək aparmaz, harami oğurlamaz.

B redaktə

  • Başqasının süfrəsində tox olmaqdansa, öz ocağında ac oturmaq yaxşıdır.
  • Bir halda ki, yük çiyindədir, təkcə qalır aparmaq.
  • Bir nəfərə qarşı iki nəfər də qoşundur.
  • Bıçaq altında ah çəkmək gecdir.
  • Böhtançını çoxdan tanıyırlar, amma ona elə gəlir ki, heç kim bilmir o necədir.
  • Böyük ürəyin ağrısı da böyükdür.
  • Buynuzsuz qoyun buynuzlularla vuruşdu, qulaqdan da oldu.

C redaktə

  • Camaat sevən allahın adam da xeyrini verər.

Ç redaktə

  • Çox işləyən çox yaşar.
  • Çox şirin olma - hamı səni yeyəcək, çox acı olma - səndən üz döndərəcəklər.

D redaktə

  • Dəniz də yerini dəyişir.
  • Dənizdə iz qalmaz.
  • Diş ağrısına ayı da dözmür.
  • Dünyanın özünü yox, elmini fəth etməyə çalış.
  • Düşməni dost elə, dostu düşmən eləmə.

E redaktə

  • Elə ki, axmaqları yox etmək qərarına gəldilər, dəli də başladıbıçağını itiləməyə.
  • Eyibsiz dost axtaran dostsuz qalar.

F redaktə

  • Fikirləşmək üçün gərək başın olsun.

G redaktə

  • "Görmədim" bircə sözdür, "gördüm" böyük söz-söhbət.
  • Günahkarlar öz kölgəsindən də qorxar. [1]

X redaktə

  • Xəbərçi - dosta da böhtan atar.
  • Xoruz dedi: Mən öz banlamağımı banlayıram, dan yerinə nə olur-olsun.
  • Xoş söz ürəyə qapıdır.

H redaktə

  • Heç nə görməyən, heç nə bilməz.
  • Həqiqət zordan güclüdür.
  • Hətta düşməninə də doğruçu şahid ol.

İ redaktə

  • İki göz dünyanı görür, bir-birini yox.
  • İki qardaşdan ayı da qorxar.
  • İki şeh damcısı da bir-birindən seçilir.
  • İlan sancması xəncər zərbəsindən qorxuludur.
  • İlanı fışıltısından tanıyarlar.
  • İnamsız yaşamaq çətindir.
  • İnanmaq - yaxşıdır, lap çox inanmaq - qorxuludur.
  • İnsan - göz və ürək deməkdir.
  • İnsanın həmişə nəyi isə çatmır.
  • İstəmək ayıb deyil, oğurlamaq ayıbdır.
  • İt qurdu tutdu: yeyə də bilmədi, buraxmağa da qorxdu.
  • İtə bir tikə at, hürməsin.

K redaktə

  • Karın aləmində bütün dünya kardır.
  • Kasıbın bayramlarda qarnı ağrıyır.
  • Kasıbın əli heç nəyə çatmaz.
  • Kim ki, çox dözür, onu çox da yükləyirlər.
  • Kim vətəndə yaşamırsa, həyatın dadını bilmir.
  • Kimin ki, hər şeyi olub və hamısını itirib, onun üçün göy gurultusu da qorxulu deyil.

Q redaktə

  • Qabağa qaçırsan dala da bax.
  • Qaranlıqda zəif işıq da uzağa düşər.
  • Qaranlığın axırı işıq olur.
  • Qardaş qardaşa borc qaytarmaz.
  • Qonaq yanında iti də vurma.
  • Qonaqlığa tək getmə.
  • Qonağa nağıl yedirtməzlər.
  • Qonağın gözü böyük olar.
  • Qorxan göz yaxınını da tanımaz.
  • Qoz ağacı kökündən çürüyər.
  • Qozbel həmişə istəyər ki, düz kimi görünsün.
  • Qurd kimidir: ya lap toxdur, ya lap ac.
  • Qurdun quzuya rəhmi gəldi, yedi.
  • Quş da meşədə tək yaşamaz.

L redaktə

  • Lazım gəlsə, qurdun da tərəfini saxlamaq olar.

M redaktə

  • Min bir yol yalana, yalnız bir yol həqiqətə aparır.

N redaktə

  • Nə yaxşı , nə pis - onun üçün fərqi yoxdur.

O redaktə

  • O dünyaya gecikməkdən heç kəs qorxmur.
  • Od ağıllı üçün hərarətdir, axmaq üçün - yanğın.
  • Od sönər, ad yox.
  • Oğru da, qurd da işıqdan qorxurlar.

Ö redaktə

  • Ölünü şahid çağırmazlar.
  • Ölümün qapısı hamıya açıqdır.
  • Öz ağlınla dolan, özgə ağlına güvənmə.
  • Öz mövsümündə alça da dadlıdır.
  • Özgə aulda paltarına baxıb qarşılayırlar, öz aulunda işinə.
  • Özünü tanımaq istəyirsəcə - eldən soruş.

P redaktə

  • Polad odda bərkiyər, insan mübarizədə və çətinlikdə.

S redaktə

  • "Salam dediyin yerdə "xudafiz" deməyi də bacar.
  • Səbirdə qızıl gizlənib.
  • Sənətin sərhədi doğulmur.
  • Suya girməyincə üzməyi öyrənə bilməzsən.
  • Süfrəni necə düzəltsən də, duzsuz keçinə bilməyəcəksən.

T redaktə

  • Tək adam öz-özünə gülər, iki adam bir-birinə, üç adam kiməsə.
  • Tənbəl axşama yaxın işə başlar.
  • Torpaq borclu qalmaz.

U redaktə

  • Uşaqları istəməyən heç kəsi istəməz.
  • Utanan qonaq ac qalar.
  • Utancaq qonaq ac qalır.

Ü redaktə

  • Ürək kor olanda gözlər görməz.
  • Üstünə cuman olanda siçan da civildəyər.

V redaktə

  • Vuruşursan, vuruş, nart kimi: ta gün batana qədər. (Nartlar - qeyri-adi qüvvələri ilə tanınan Osetiya xalq eposu qəhrəmanlarıdır).

Y redaktə

  • Yaxşılığı it də unutmur.
  • Yalana min yol gedir, doğruya bir yol.
  • Yalançı dəniz dibində də gizlənə bilməz.
  • Yalançını kor da görür.
  • Yerin nuru günəşdir, insanın nuru - elm.
  • "Yoxdur" - daşdan möhkəmdir.
  • "Yoxdur"a gülməzlər.
  • Yola düşmək ayıb deyil, kənarda qalmaq ayıbdır.
  • Yoldaş olmayanda ağac da yoldaşdır.

Z redaktə

  • Zaman son tarix tanımır.

İstinadlar redaktə

  1. [1] Цитаты и афоризмы.