Persi Bişi Şelli

(Persi Biş Şelli səhifəsindən yönləndirilmişdir)

Persi Bişi Şelli (1792-1822) - İngilis şairi.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Aşiqlərin dodaqlarında, ruh cana toxunur.

B redaktə

  • Baş həmişə dəyişir, yaxşı ürək nadir hallarda dəyişir.
  • Bəzi insanlar öz fikirlərini deyil, yalnız başqalarının fikirlərini düzəldə bilər.
  • Böyük bir insanın qurduğu sistemi kiçik adamlar müdafiə edə bilməz, hətta bunun üçün böyük insan lazımdır.

C redaktə

  • Cəhənnəm bir çox cəhətdən London kimi bir şəhərdir.

D redaktə

  • Dostluq, əziz balzam... Buludlu üzlər arasında təbəssüm; sevimli günəş şüası; təklikdə qucaqlaşma; çətinliklərə sığınmaq; kədər içində sevinc.

E redaktə

  • Evlilikdə biz cismani deyil, mənəvi sevgi göstərməkdən utanırıq; nikahdan əvvəl isə əksinə.

Ə redaktə

  • Ən az nifrət edən insanlar nifrətini istehza və zarafatla göstərən insanlardır.
  • Ən şirin mahnılarımız ən kədərli düşüncədən danışan mahnılardır.

G redaktə

  • Gündəlik işlər sevgi ilə gözəlləşir.

H redaktə

  • Həqiqi sevgi qızıl və gildən onunla fərqlənir ki, ayrılmış olduqda az olmur.
  • Həmişə müdrik olmayan müdrik deyil.

İ redaktə

  • İnsan bəzi şeylərlə öyünür ki, onlardan utanmasın.
  • İnsanlar heç də yırtıcı heyvanlara bənzəmirlər. Meymun qəbiləsinin ən insanabənzər nümayəndəsi olan oranqutan belə, bütün üzvləri meyvə yeyən heyvanlar qrupuna aid deyil.

Q redaktə

  • Qadınlar yad birinin ürəyini özlərindən daha yaxşı oxuyurlar.
  • Qəlblər sevənlərin dodaqlarında görüşür.

N redaktə

  • Nə qədər çox öyrənsək, bir o qədər cahilliyimizi ortaya qoyuruq.

Ö redaktə

  • Ölən heyvanın əti mətbəx hazırlığı ilə “maskalanır”, yəni yemək üçün yararlı hala salınır, ona görə də başqa cür çiy, qanlı reallığı görmək artıq ikrah və dözülməz iyrəncliyə səbəb olmur.
  • Ölüm dirilərin həyat adlandırdığı bir pərdədir: yatırlar və pərdə qaldırılır.

P redaktə

  • Poeziya ən yaxşı və ən xoşbəxt ağılların ən yaxşı və ən xoşbəxt anlarının möhürləndiyi bir abidədir.

S redaktə

  • Sevgi cazibə və gözəllikdən doğulur. Zülm ediləndə ölür. İştirakçıları bərabər olduqda və qeyd-şərtsiz bir-birinə güvəndikdə ən saf və mükəmməldir.
  • Sevgi öz “mən”ini hədlərindən kənara çıxmaq və digər insanda olan gözəlliklə birləşməkdir.
  • Sevgi sehrdən doğulur.

Ş redaktə

  • Şairlər dünyanın tanınmayan qanunvericiləridir.
  • Şeir insanda ilahilik nəfəsini məhv olmaqdan qoruyur.
  • Şöhrətin arxasınca qaçmayanların şöhrət arxasınca qaçar.

Ü redaktə

  • Üzündə təbəssüm olmayan heç kim həqiqətən yaxşı geyinmir.

V redaktə

  • Vərdiş edilmiş davranışlar sevgi sayəsində gözəl olur.

İstinadlar redaktə