Poeziya

ədəbi yaradıcılıq forması
Poeziya Azadlığı (Pio Fedi, 1870 - 1883)



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Axtarmaq maraqlıdır. Mən çox fikirləşmişəm ki, əgər biz ölümdən sonra nə baş verdiyini dəqiq bilsəydik, bütün poeziya öz gücünü, marağını itirərdi. Əgər biz bunu bilsəydik o vaxt "İlahi komediya"nın nə dəyəri olardı?!. Xorxe Luis Borxes

B redaktə

  • Bəziləri keşişlərə üz tutur, bəziləri poeziyaya. Mənsə dostlarıma üz tuturam. Virciniya Vulf

C redaktə

  • Cavanlıqda intuisiya, qocalıqda – düşüncə üstünlük təşkil edir: buna görə də birincisi poeziya, ikincisi fəlsəfə üçün əlverişlidir. Artur Şopenhauer

E redaktə

  • Ehtiras, həyatın poeziyası və rəngidir. Amma ürəkdə iradə yoxdursa, ehtiras nədir ki? Vissarion Belinski
  • Ehtiraslarsız, ziddiyyətlərsiz həyat, poeziya yoxdur. Əgər bu ehtiraslarda və ziddiyyətlərdə şüurluluq və insanilik olsaydı, onun nəticələri insanı məqsədinə çatdırardı. Vissarion Belinski
  • Elmi təfəkkürdə həmişə poeziya elementi olur. Albert Eynşteyn

Ə redaktə

  • Əgər rəssamlığı lal poeziya adlandırsan, onda rəssam da poeziyaya kor rəssamlıq deyəcək. Leonardo da Vinçi
  • Əxlaqsızlıq heyvani hissiyyatdır və burada heç bir poeziya ola bilməz. Çünki, poeziyaya düşüncənin insanı heyvana qədər alçaldan elementləri yox, yalnız ağıllı elementləri daxildir. Vissarion Belinski

G redaktə

  • Gəncliyimin sonunu xəbər verən əlamətlər arasında ən önəmlisi ədəbiyyata böyük marağımın olmamasıdır. Artıq, hər şeyə rəğmən, bir vaxtlar eşitdiyim ruhani həqiqətləri tapmaq ümidi ilə kitablar açmıram. Oxuyuram, getdikcə daha çox oxuya bilmək istəyirəm, amma bir vaxtlar olduğu kimi, kitablarda tapdığım müxtəlif təcrübələri nə həvəslə qarşılayıram, nə də onları parlaq, poetika qədər rasional səs-küyə çevirmirəm. Turin küçələrində gəzərkən də eyni şey olur. Mən artıq bu yerləri yaratmaq səylərini sürətləndirən romantik, simvolik güc mənbəyi kimi görmürəm. Hər dəfə “bu, əvvəlcədən hazırlanmışdır” demək istəyirəm. Sevdiklərimi, vəsvəsələrimi, yorğunluğumu, istirahətimi hərtərəfli nəzərdən keçirəndə, açığı, daha həyata yeni kəşflər gətirəcək bir sahə kimi baxmıram, poeziya bu baxımdan məni daha az maraqlandırır. Çezare Paveze
  • Gözəllik gəncliyin gülü, poeziya insan ruhunun musiqisidir. Aristotel

K redaktə

  • Köhnə, sanki dəniz dibindən çıxan, dalğalı vərəqləri olan bir qucaq köhnə kitablarım yadıma düşür. İsti yay günlərində otluqda oturub, dəqiqəbaşı o vaxt uzatdığım, gözümə düşən saçlarımı kənara edərək onları oxuduğumu da xatırlayıram. Səhər tezdən poeziya və fəlsəfə haqda mübahisə edən sinif yoldaşlarımın səsindən qara anbarın üstündəki balaca otağımda yuxudan ayılmağımı xatırlayıram; uzun qışları, mətbəxdəki buxarla və stol arxasında Kafka və Pikasso haqdakı qarışıq söhbətlərlə dolu səhər yeməklərini xatırlayıram. İşiquro Kazuo

Q redaktə

  • Qrammatikasız orotoriya kütdür, poeziya pəltəkdir, fəlsəfə əsassızdır, hüquqşünaslıq şübhəlidir.[1]Mixail Lomonosov

M redaktə

  • Mənim üçün poeziya məqsəd olmamışdır - ancaq ehtiras! Edqar Allan Po

P redaktə

  • Poeziya bir sənayedir. Ən çətin, ən mürəkkəb, lakin hər şeydən sonra sənaye sahələrindən biridir. Vladimir Mayakovski
  • Poeziya "ən yaxşı sözlərin ən yaxşı düzümü" deyil, poeziya dilin ali mövcudluq formasıdır. [2] İosif Aleksandroviç Brodski
  • Poeziya hər bir istedadın daxili alovudur. Fyodor Dostoyevski
  • Poeziya, hər şeydən əvvəl, həyat, sonra isə incəsənətdir. Vissarion Belinski
  • Poeziya həyatı bəzəyir, başqa cildə salır... Frans Kafka
  • Poeziya həyatın çırağıdır. Con Lebbok
  • Poeziya — həyatın sübutudur. Əgər sənin həyatın yanıb tutuşursa, poeziya onu küllərə döndərir. Leonard Koen
  • Poeziya kölgələri əsaslandırmaq və varlığı heç bir şeyə borc vermək sənətidir. Edmund Berk Bork
  • Poeziya incəsənətin ali növüdür. Bütün başqa incəsənətlər öz yaradıcılıq fəaliyyətində istifadə etdiyi materiallarla az və ya çox dərəcədə sıxışdırılır və məhdudlaşdırılır. Digər tərəfdən, poeziya, səsli, şəkilli, aydın təsəvvür yaradan sərbəst yaradıcı bir sözlə ifadə edilir. Ona görə də poeziya digər incəsənətlərin bütün elementlərini özündə cəmləşdirir. Vissarion Belinski
  • Poeziya, incəsənətin törəməsi və ya insanın istəməsi deyil, ruhun etirafıdır. Poeziya, ruhun həqiqətidir, ona görə də hamı üçün əlçatan ola bilər. Nikolay Qoqol
  • Poeziya ruhun musiqisidir. Volter
  • Poeziya simvolik həndəsənin bir növüdür, lakin əgər simvolların arxasında ehtiras durmursa, poeziya yoxdur, çılpaq söz oyunu var. Bir də onu düşünürəm ki, poeziya zəruridir. Hökumətlər, sərhədlər, bütün bunlar yox ola bilər, poeziyaya ehtiyac, poeziya yanğısı isə heç vaxt. Xorxe Luis Borxes
  • Poeziya sözlərdə gözəlliyin ritmik yaradılmasıdır. Edqar Allan Po
  • Poeziya sözlərin musiqisidir. Tomas Fuller
  • Poeziya... yalnız özünü hədəfləyir. Onun başqa məqsədi ola bilməz... Bu o demək deyil ki, poeziya əxlaqı ucaltmamalı, ... onun son nəticəsi insanı adi maraqlar səviyyəsindən yuxarı qaldırmamalıdır; belə bir şey söyləmək tamamilə absurd olardı. Mən ancaq iddia edirəm ki, əgər şair mənəvi məqsəd güdürdüsə, deməli, şairlik gücünü zəiflədib və. . . onun işi uğursuz olacaq. Ölümün və ya tənəzzülün əzabında olan şeiri biliyə, əxlaqa assimilyasiya etmək olmaz.[3] Şarl Bodler
  • Poeziyanın bulağı gözəllikdir. Nikolay Qoqol
  • Poeziyanın məqsədi faydalı həqiqətdirı. P.Elyuar

V redaktə

İstinadlar redaktə

  1. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh. 411
  3. Бодлер Ш. Эдгар По. Жизнь и творчество. Одесса, 1910. С. 66.