Polşa atalar sözləri
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A redaktə
- Aprel ayında ildırım - yaxşı xəbər, bitkilər üçün artıq şaxta yoxdur.
- Aprel ayında tez-tez yağan yağışlar meyvənin bol olacağından xəbər verir.
- Aprel buludlu, may küləkli olduqda - yaxşı bir il gözlənilir.
- Aprel-hörgü - bir az qışı, bir az yayı bir-birinə bağladığına görə.
- Apreldə yağan isti yağışlar aydın payız vəd edir.
- Aprelin sonunda yağış yağanda tarlalara xeyir-dua verilir.
B redaktə
- Barbara su üzərində keçsə, Milad bayramı da buz üstə keçər. (Barbara - Polşada müqəddəs Barbaranını şərəfinə hər il 4 dekabrda qeyd olunan milli bayram)
Ç redaktə
- Çətinliklər qapını döyəndə bütün dostlar yuxuda olurlar.
E redaktə
- Eşq qadınlara gözdən, kişilərə qulaqdan daxil olur.
Ə redaktə
- Əlindəki bir sərçə damdakı göyərçindən yaxşıdır.
F redaktə
- Fevral soyuq və quru olduqda, avqust isti olacaq.
G redaktə
- Gənclik bahar, orta yaş yay, qocalıq isə payız kimi təəssüratlarla zəngindir.
H redaktə
- Hər başlanğıc çətindir.
- Hücum ən yaxşı müdafiədir.
İ redaktə
- İllər kitabdan daha çox şey öyrədir.
- İsti aprel, yaş may - bağ kimi taxıl olacaq.
- İsti iyuldan sonra avqust ayı soyuyanda qış sərt və qarlı olur.
- İştah yemək yeyərkən gəlir.
K redaktə
- Kim şənbə günü yuyarsa, bazar günü geyinməz.
Q redaktə
- Qadın evlənmədən əvvəl, kişi evləndikdən sonra ağlar.
- Qadın iki dəfə:aşiq olanda və qocalanda dəli olur.
- Qadın nanə yarpağına bənzəyir: nə qədər ovsanız, bir o qədər qoxu verər.
- Qadına iki dəfə itaət etmək lazımdır: “Get ye” deyəndə və “Get yat” deyəndə.
- Qocalıq müdriklik və təcrübə quyusudur, onu gənclərə ötürsən, şərəfə layiqsən.
- Qorxunun böyük gözləri var.
- Quru dekabr - quru yaz və quraq yay.
M redaktə
- Mart quru, aprel sərin, may rütubətli, meşə kimi çovdar olacaq.
N redaktə
- Nə Allaha inanır, nə də şeytandan qorxur.
P redaktə
- Parlaq bir avqust şərablar üçün uğursuzdur.
- Pişik uzaqlaşanda siçanlar oynayır.
- Pulum olanda, hamı mənə “qardaşım” deyirdi.
T redaktə
- Tərif dostluğa ziyan vurur.
- Torpaq həkimin səhvlərini ört-basdır edir.
V redaktə
- Veriləni geri alan hər kəs cəhənnəmə dönür.
Y redaktə
- Yaxşı adam meyxanədə pozulmaz, pis adam kilsədə düzəlməz.