A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Afrikaya dərman göndərməyə qərar vermişdik; lakin hamısının üzərində "tox qarınla" yazırdı. Çarlz Bukovski
  • Ağlın bitdiyi və susduğu yerdə son qərar şiddətindir. Adolf Hitler
  • Axşam yeməyində Rusiyanı işğal etmək qərarına gələ bilərsiniz, şıltaqlıqla döyüş üçün Waterloo seçin. Detallar, xırda şeylərdir. Bir milyon canı qumar oynamaq asandır. Çətin olanı bunun tək bir insana necə zərər verə biləcəyini görməkdir. Əgər bunu düz tuta bilməsən, cəhənnəm, insanlığını itirəcəksən. Duayt Eyzenhauer
  • Allah-taala sileyi-rəhmi şəxslərin saylarının artması üçün qərar vermişdir.[1] Fatimə

B redaktə

  • Bir hakim yaxşı niyyətlə dinləməli, ağıllıca cavab verməli, sağlam düşünməli, tərəfsiz olaraq qərar verməlidir. Sokrat
  • Bir tərəfi dinləmədən qərar verən doğru qərar vermiş olsa belə ədalətsizlik etmiş sayılar. Seneka
  • Bu dünya imkanla gerçəklik arasında qərar tutur. Biz sonsuz imkan dünyasında ancaq bir cığır seçib gedirik. Əbu Turxan

C redaktə

  • Ciddi qərar qəbul edən zaman kişilər həm darıxdırıcı olurlar həmdə ki, öz füsünkarlıqlarını itirirlər. Aqata Kristi

D redaktə

  • Düşünmək çətin bir sənətdir, onun üçün əksəriyyət tək qərar verər. Karl Qustav Yunq

E redaktə

  • Elə də əhəmiyyətli olmayan mövzular haqqında qərar verəndə baş verə biləcək bütün mənfi və müsbət halları nəzərdən keçirməyi həmişə faydalı hesab etmişəm. Ancaq iş və ya həyat yoldaşı seçimi kimi həyati məsələlərdə verilən qərarların daxilimizdən qeyri-şüuri şəkildə gəldiyinə inanıram. Məncə, həyatda bu cür vacib qərarlar verdiyimiz vaxt bizi yönləndirən qüvvə insan təbiəti üçün zəruri olan ən dərin ehtiyaclardan biridir. Ziqmund Freyd
  • Evlənmək qərarı kişinin axırıncı müstəqil qəbul etdiyi qərar olur. Vanda Blonskaya

Ə redaktə

H redaktə

  • Hakimdə dörd zəruri keyfiyyət olmalıdır: o, səbr və nəzakətlə dinləməli, ağılla cavab verməli, soyuqqanlı düşünməli və qərəzə yol vermədən ədalətli qərar çıxarmalıdır. Sokrat
  • Həyat bərbad bir şeydir. Həyatımı onu düşünərək keçirməyə qərar verdim. Artur Şopenhauer

İ redaktə

  • İki şeyə haqqım olduğuna qərar verdim: Azadlıq və ölüm. Birinə sahib ola bilməsəm, o birini istiyərəm, çünki heç kim məni canlı məhbus edə bilməz. Harriet Tabmen
  • İnsan dünyası üç təməl üzərində qərar tutur: söz, zəka və əməl. Əbu Turxan
  • İnsanın hər gün etdiyi ən yaxşı şey intihar etməməyə qərar verməkdir. Alber Kamyu
  • İnsanın ruhun iki qütbü arasında hansı məqamda qərar tutması əqldən asılı olur. Əbu Turxan
  • İşə başlamağa qərar vemək işin yarısını görmək deməkdir. Avraam Linkoln
  • İyirmi dörd dost və sədaqətli köməkçilər ölümə məhkum idi! Bu çox qəddarcasına idi amma belədə olmalıdı idi. Biz qərar gəlmişdik ki, məqsədə çatmaq üçün heç bir şeyi əsirgəməyəcəyik. Rual Amundsen

K redaktə

  • Kimin doğru olduğunu müzakirə etməyin, nəyin doğru olduğuna qərar verin. Konfutsi
  • Kimin Yəhudi olduğuna mən qərar verəcəyəm German Görinq

Q redaktə

  • Qərar sahibi silahlar deyil, onların arxasındakı insanlardır. Adolf Hitler
  • Qərar verdiyiniz işlərdə tərəddüd etməyin. Fridrix Nitsşe
  • Qərar verərkən tərəfkeşlik etməyin. Jozef Kopp
  • Qərar vermə anında doğru olan şey, edə biləcəyin ən yaxşı şeydir.Edə biləcəyin ikinci ən yaxşı şey isə pis olan şeydir. Edə biləcəyin ən pis şey isə heç bir şey. Teodor Ruzvelt

M redaktə

  • Mən işləməyi sevmirəm. Mən sadəcə qərar qəbul etmək üçün lazım olan mütləq minimumu edirəm. Corc Soros

N redaktə

  • Nə qədər xoşbəxt olmağa qərar vermişsinizsə o qədər xoşbəxt olarsınız. Avraam Linkoln
  • Nəfsə tabe olmaq əql və kamala nöqsan gətirir və düzgün qərar çıxarmağa mane olur. Kəlilə və Dimnə

S redaktə

  • Sizlər, yəni yeni Türkiyənin gənc övladları! Yorulsanız da belə məni izləyəcəksiniz... İstirahət etməmək üzrə getməyə qərar verənlər, əsla və əsla yorulmazlar. Türk Gəncliyi məqsədə, bizim yüksək idealımıza dayanmadan, yorulmadan gedəcək. Mustafa Kamal Atatürk

T redaktə

V redaktə

  • Veriləcək tək qərar intiqamdır. Bir qan davası, və bir məqsədi var boş yerə deyil. Dəyərlər və dürüstlük vaxtı gəldiyində qazanacaq, və zülm sona çatacaq bilirəm. V for Vendetta

Y redaktə

  • Yaxşı qərar təcrübənin nəticəsi, təcrübə isə pis qərarların bəhrəsidir. Uolter Riston

Mənbə redaktə

  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014

Istinadlar redaktə

  1. Biharul-Ənvar,səh. 94, hədis 23