Qustav Lebon

Fransız psixoloq
(Qustav Le Bon səhifəsindən yönləndirilmişdir)

Qustav Lebon - fransız fiziki və sosioloqu.

Qustav Lebon
Doğum tarixi 7 may 1841
Doğum yeri Nogent-le-Rotrou
Vəfat tarixi 13 dekabr 1931
Vəfat yeri Paris, Fransa
Dəfn yeri Per-Laşez qəbiristanlığı, Grave of Le Bon
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B redaktə

  • Boşboğazlıq insanın cahilliyini göstərir.

D redaktə

  • Dirilər ölülərin fikirlərindən faydalanır.
  • Dünya bayağı adamlara məxsusdur.

Ə redaktə

  • Əsl qəhrəmanlar deyil, əfsanəvi qəhrəmanlar kütlədə təəssürat yaratdı.

H redaktə

  • Hərbi hakimiyyət despotizmə aparır.

X redaktə

  • Xalqların tarixində mühüm əhəmiyyət kəsb edən və onların taleyinə dərindən təsir edən inqilablar, müharibələr deyil - onların dağıntılarının izləri tezliklə silinəcək - əsas ideyalardakı dəyişikliklərdir.

İ redaktə

  • İdeyalar keçmişin qızları və gələcəyin analarıdır və həmişə zamanın quludur.
  • İqtisadi, sosial və mədəni müharibələr qanlı müharibələrdən daha təhlükəlidir.
  • İnsanları bir-birinə bağlayan məntiq deyil, qarşılıqlı hörmət və məhəbbətdir.
  • İnsanların dəyərini onların qurduqları əsərlərin böyüklüyü ilə mühakimə etməli olsaq, deyə bilərik ki, Məhəmməd tarixə məlum olan ən böyük adamlardan biridir. Dini xurafatlar bir çox tarixçilərə onun işinin əhəmiyyətini dərk etməyə mane oldu; lakin xristian yazıçıların özləri indi ona ədalət verməyə başlayırlar.
  • İslam bütün dinlər arasında elm kəşflərinə ən çox uyğun gəlir və nəfsləri tərbiyə etməyə, onları ədalətə, xeyirxahlığa və dözümlü olmağa məcbur etməyə ən hazır olanıdır.

K redaktə

  • Kütlə heç vaxt həqiqətə susamayıb. Kim onları illüziya ilə təmin edə bilsə, asanlıqla onların ağasıdır; onların illüziyalarını məhv etməyə çalışan hər zaman onların qurbanı olur.
  • Kütləni heyran etmək istıyirsənsə, onu həmişə məsafədə saxla.

L redaktə

  • Lazımsız sözlərin çoxluğu zehni çatışmazlığın müəyyən bir əlamətidir.

N redaktə

  • Nə inqilablar, nə konstitusiyalar, nə müstəqillik, nə də despotizm heç bir xalqa onda olmayan keyfiyyəti verə bilməz.

R redaktə

  • Roma imperiyasını incəsənət dağıtdı.

S redaktə

  • Siyasətçi olmaq istəyən əvvəlcə öz hikkəsinə sahib olmalıdır.
  • Son kəşflər kainatın sadəliyi ilə bağlı bütün illüziyalarımızı yox etdi.
  • Sülh zamanı vətən yolunda göstərdiyiniz xidmətlər müharibə zamanı vətən üçün nələrə qadir olacağınızı göstərir.

T redaktə

  • Tənbəllərin işi sözdə, zəhmətsevər insanların işi əməldədir.

Ü redaktə

  • Ümumiyyətlə, demək olar ki, xalqların böyüklüyü əsasən onların mənəviyyat səviyyəsindən asılıdır.

V redaktə

  • Vətənpərvərlik duyğusunu yaşamayan toplum tarixdə yox olmağa məhkumdur.

Mənbə redaktə

  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014

İstinadlar redaktə