Semuel Teylor Kolric

Semuel Teylor Kolric (1772 - 1834) - İngilis romantik şairi, tənqidçi və filosof.

Semuel Teylor Kolric
Doğum tarixi 21 oktyabr 1772
Doğum yeri Ottery St Mary
Vəfat tarixi 25 iyul 1834
Vəfat yeri London
Dəfn yeri Church of St Michael
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B redaktə

  • Böyüklük və yaxşılıq vasitə deyil, məqsəddir.
  • Bir vaxtlar oxuduğumuz şeir deyil, böyük sevinclə qayıtdığımız şeir əsl qüdrətə malikdir və əsl poeziya adlandırıldığını iddia edə bilər.

Ç redaktə

  • Çoxlu dost qazandığına görə öyünən adamın heç bir dostu olmayıb.

F redaktə

  • Fantaziya zaman və məkan nizamından azad edilmiş yaddaş tərzindən başqa bir şey deyil.

H redaktə

  • Heç kim eyni zamanda dərin filosof olmadan böyük şair ola bilməz.
  • Həqiqəti sevmək həqiqəti söyləmək deyil, onu çatdırmaq niyyətidir.
  • Hər düşüncə prosesində ən qısa yol nəhayət tapılır.
  • Həyatda xoşbəxtlik belə, kiçik, tez unudulan şeylərdən ibarətdir - öpüşün və ya gülümsəməyin cazibəsi, mehriban baxış, ürəkdən gələn iltifat kimi.

İ redaktə

  • İnsanlar tarixdən ibrət ala bilsəydi, bir çox şey öyrənə bilərdi! Lakin ehtiras və qərəz bizim gözlərimizi qamaşdırır, və təcrübənin saçdığı nur, gəminin dalındakı fənər kim, yalnız arxada qalmış dalğaları işıqlandırır.

M redaktə

  • Məsləhət qar kimidir: nə qədər yumşaq olarsa, bir o qədər uzanar və bir o qədər dərinə nüfuz edər.
  • Müdafiəçilərini unudan millət tezliklə unudulacaq.

Ö redaktə

  • Öz kölgənizin üstündən tullana bilməzsiniz.

P redaktə

  • Plagiat həmişə soyulmaqdan qorxur.

R redaktə

  • Rəsm düşüncə ilə obyekt arasında bir şeydir.

S redaktə

  • Sevinc çiçəyi nə qədər incə və zərifdirsə, onu qoparan əl də bir o qədər həssas olmalıdır.

T redaktə

  • Təcrübə bizə məlumat verir ki, zəif ruhların ilk müdafiəsi günahlandırmaqdır.
  • Təcrübə, gəminin arxa hissəsinin fənəri kimi, yalnız getdiyimiz yolu işıqlandırır.
  • Tənqidçilər şair, tarixçi və ya bioqraf ola biləcək adamlardır. Onlar öz istedadlarını bu və ya digər işlərdə sınayıblar və uğursuzluğa düçar olublar; ona görə də tənqid olunurlar.
  • Təsəvvür edə biləcəyim ən xoşbəxt evlilik kar kişi ilə kor qadın arasındadır.
  • Tolerantlığın yeganə həqiqi ruhu qarşılıqlı dözümsüzlüyə şüurlu şəkildə dözməkdən ibarətdir.

Ü redaktə

  • Ürəkdən gələn ürəyə çatır.

V redaktə

  • Vicdan ağlın nəbzidir.

İstinadlar redaktə