Sinhal atalar sözləri

Sinhallar (sinhal සිංහල ජාතිය) — Şri-Lankanın yerli əhalisidir. Sayları 12 milyon nəfərdir[1].Bundan başqa,60 min nəfəri Avstraliya, Sinqapur, Yeni Zelandiya ərazilərində yaşayırlar. Sinhal dilidə danışırlar. İnanclarına gəldikdə isə Buddizm və az bir qismi Xristianlıq yayılmışdır.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Aclıq dad bilmir.
  • Axmaq dostdansa müdrik düşmən daha çox hörmətə layiqdir.

B redaktə

  • Bir ağac hələ bağ demək deyil.
  • Böyük gəmilərin üzdüyü dənizə kiçik qayıqlar da çıxır.

D redaktə

  • Dəmirçi emalatxanasında böyüyən it ildırımdan da qorxmaz.
  • Dəniz suyu susuzluğu yatırtmır.

H redaktə

  • Hətta 60 ilə qədər yaşayan meymun da yerdə gəzə bilmir.

İ redaktə

  • İtlərin hürməsi ayı narahat etmir.
  • İtlərin hürməsi filləri qorxutmur.

K redaktə

  • Kasıba hər şey çətindir.
  • Kömürü südlə yusan da ağarmaz.

M redaktə

  • Manqo əkən manqo, çəltik əkən çəltik yığar.[1]
  • Müəllim də səhv edə bilər.

S redaktə

  • Sirlər uzun müddət yaşamır.
  • Su həmişə aşağıya doğru axır.

U redaktə

  • Uğursuz nikahdansa, tənha yaşamaq yaxşıdır.

Y redaktə

  • Yatmış şiri oyatmaq ağılsızlıqdır.

İstinadlar redaktə

  1. [1]Cингальские пословицы и поговорки // Пословицы и поговорки народов Востока / Отв. ред. И. С. Брагинский, сост. Ю. Э. Брегель,. — М.: Издательство Восточной Литературы, 1961. — 736 с.