Solon

Afinalı siyasətçi

Afinalı Solon (yunanca:Σόλων); d.E.ə. 640 və ya E.ə. 635 - ö.E.ə. 560 və ya E.ə. 559) — Afinalı şair, siyası xadim və filisof. Yunanıstanın yeddi müdriyindən biri.

Solon
Doğum tarixi e.ə. 630
Doğum yeri Qədim Afina
Vəfat tarixi e.ə. 560
Vəfat yeri Kipr
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Adamlara xoş gələni deyil, faydalı olanı məsləhət gör.
  • Alim bilmirəm, dedikdə, cahil biliyə iddia etməkdə israrlıdır.

B redaktə

  • Başqalarından hesabat tələb edirsinizsə, siz də hesabat verməyə hazır olun.
  • Bildiyiniz hər şeyi söyləməməyə diqqət edin.
  • Böyük işləri həyata keçirərkən hamının xoşuna gəlmək mümkün deyil.

D redaktə

  • Danışmaq hərəkətlərin xəyalıdır.
  • Dəfn olunmazdan əvvəl heç kəs xoşbəxt sayıla bilməz.
  • Dostu təklikdə məzəmmət elə, hamının yanında isə təriflə.
  • Dövlətə mərasimlər və qanunvericilər deyil, kütləni arxalarınca istədikləri yerə apara biləcək şəxsiyyətlər kömək edə bilər. Əgər onlar kütləni düzgün yolla aparırlarsa, o zaman mərasimlər və qanunlar fayda verir, əgər səhv yolla aparırlarsa, faydasız olur.
  • Dünyada axmaqlıq qədər ucuz olan və dövlətə baha başa gələn ikinci bir şey tapmaq çətindir.

H redaktə

  • Hakim mövqeyini tutmayın; əks halda məhkumlar sizə nifrət edəcəklər.
  • Hakimiyyətdə olanda hiyləgər insanları ətrafınızdakı mövqelərdə tutmayın, çünki günah işlətdikləri şeylərdə sizi lider kimi günahlandıracaqlar.
  • Heç kəsə ölənə qədər xoşbəxt deməyin.
  • Həyatın ən yüksək qayəsi xeyirxahlıq və bilik əldə etməkdir.

K redaktə

  • Kədərə səbəb olan ləzzətdən çəkinin.

M redaktə

  • Mən xalqa hakimiyyət və azadlığı onun ehtiyacı qədərində bəxş etdim. Onu namusdan məhrum etmədim, lakin artıq hüquqlar da vermədim.
  • Mən sizə ədalətli qanunlar yazdım, bunlar nəyin yaxşı, nəyin şər olduğunu müəyyənləşdirdi.
  • Mükafat ummadan ədaləti bərpa et.

N redaktə

  • Nə qədər ki, yaşayırsan-öyrən, gözləmə ki, qocalıq gələndə sənə kamal da gətirəcəkdir.

Ö redaktə

  • Ömrə sonra qiymət ver. [1]

P redaktə

  • Pis insanlarla ünsiyyət qurmayın.

R redaktə

  • Rəhbərlik etməyi bilmək üçün itaət etməyi öyrənməliyik.

S redaktə

  • Sən yalnız itaət etməyi öyrəndikdən sonra hakimiyyəti ələ ala bilərsən. [2]
  • Sərvət toxluq, toxluq isə həyasızlıq yaradır.

Y redaktə

  • Yalnız tabe olmağı öyrənəndən sonra hakimiyyəti ələ al.
  • Yavaş-yavaş dostlar qazanın, amma qazanılanları rədd etməyin. [3]
  • Yazılı qanunlar hörümçək torundan seçilmir. Hörümçək toru kimi qanunlar da zəifləri və yoxsulları tutub saxlayır, güclülüər və dövlətlilər isə bu toru cırıb çıxırlar.
  • Yeni dostları qazanmağa, köhnələri rədd etməyə tələsmə.[4]

Mənbə redaktə

  • Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.

İstinadlar redaktə

  1. "Hikmət xəzinəsindən incilər" Bakı, 2009.
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014
  3. [1] Цитаты и афоризмы.
  4. Aydın Əlizadə. Antik fəlsəfə tarixi. Bakı,2016. səh.18