Türkmən atalar sözləri



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Acıdil bal satandan, şirindil bibər satan yaxşıdır.
  • Acın ağlı olmaz.
  • Acısı olmayanın şirini də olmaz.
  • Aclıq nələr yedirməz, toxluq nələr dedirməz?!.
  • Adam sözü adam öldürər.
  • Adamı yıxsa da böyük yıxsın.
  • Ailə tükətməz, ailədəki narazılıq tükədər.
  • Aqilə işarə, axmağa kötək.
  • Ağ gəlsə də, ağıl gəlmədi.
  • Ağ gündə ağararsan, qara gündə qaralarsan.
  • Ağac barıyla bilinər, adam karıyla bilinər.
  • Ağac bir yerdə boya-başa yetər.
  • Ağacı qurd içindən yeyər.
  • Ağarıb önə düşmə, qaralıb sona qalma.
  • Ağıllı söz - daşdan qala, ağılsız söz - başa bəla.
  • Ağıllının atı yorulmaz, paltarı köhnəlməz.
  • Ağıllıya bir söz bəsdir, axmağa min söz əbəsdir.
  • Ağsın güclüsü aşa yaxın, əlin güclüsü işə yaxın.
  • Ağzına aş atar, qarnına daş atar.
  • Alıb asılı olmaqdansa, verib asılı elə.
  • Alma biş, ağzıma düş.
  • Atan varkən ad qazan, atın varkən yol.
  • Altısının ağzı bir olsa - göydəkini endirər, altmışının ağzı bir olmasa - ağzındakını aldırar.
  • Altun alma, alqış al.
  • Amanat - bir yaman at.
  • Arının zəhərini dadmayan, balın qədrini nə bilsin?
  • Arım yanınca, imanım yansın. (Arım - namusum)
  • Arpa əkib buğda gözləmə.
  • Arvadın bərk danışanından qorx, kişinin yavaş danışanından.
  • Arvadın hardan olsa, gəl-gedin də ordan olar.
  • Aşina olmaq asandır, ayrılmaq çətin.
  • Aşı- acıxanına ver, qızı - aşiqinə.
  • At qocalar, meydan qocalmaz: igid qocalar, zaman qocalmaz.
  • Ata peşəsi oğula halaldır.
  • Atasız uşaq - yetim, anasız uşaq - yesir.
  • Atılan ox daşa da dəysə qayıtmaz.
  • Atın ayağına nal vururlar, eşşək ayağını qaldırır.
  • Atın var - qanadın var.
  • Avadanlıq toy - düyündə gərək, ağıl - gündə.
  • Ayğır keçməyən yerdən, qulan keçər.
  • Ayrana gələn qabını gizləməz.
  • Az danış, düz danış.
  • Azmağın eybi yoxdur, qayıdıb öz izini tapandan sonra.

B redaktə

  • Baxşınınki "hay" ilə, mollanınkı "vay" ilə. (Baxşı - aşıq).
  • "Bal" deməklə ağız şirin olmaz.
  • Bal olan yerdə arı olar.
  • Bal şirin, baldan bala şirin.
  • Balığın diriliyi su ilədir.
  • Barlı ağacın başı aşağı olar.
  • Başı ağrımayanın yanında " başım ağrıyır" demə.
  • Batır savaşda bilinər. (Batır - igid)
  • Bayquşun ovu ağzına düşər.
  • Bayın ağzı "əyri" olsa da, sözü "düz" olar.
  • Bazara var, baxtını gör. (Varmaq - getmək).
  • Bekardan tanrı bezər.
  • Biləyi güclü birini vurar, biliyi güclü - minini.
  • Bir ağılsıza ağıl verməkdən Qaf dağını iynə ilə un etmək yaxşıdır. (Qaf - Qafqaz).
  • Bir günahla adam ölməz, günahsız da adam olmaz.
  • Bir günlük yola çıxsan, üç günlük azuqə al.
  • Bir qoyun ağ da doğur, qara da.
  • Borcu verib qurtaran yaxşı.
  • Böyüklər başlar, kiçiklər işlər.
  • Buğda çörəyin olmasa da, buğda sözün yoxdumu?!
  • Bütün bəlaların mənbəyi tamahkarlıq, bütün cəfaların səbəbi hərislikdir.

C redaktə

  • Can verənə cay ver. (Cay - yer).
  • Ceyranın axsağını da min porsuq ötə bilməz.

Ç redaktə

  • Çağrılan yerə ərinmə, çağrılmayan yerdə görünmə.
  • Çağrılmamış qonağın qabağına aş qoy, iki əlini boş qoy.
  • Çox qaçan bir yol büdrər, çox gülən bir yol ağlar.
  • Çömçəylə yığdığını çanaqla dağıdır.

D redaktə

  • Dağ başı dumansız olmaz, igid başı - xəyalsız.
  • Dağı-daşı yel pozar, adam arasını dil pozar.
  • Dama - dama göl olar, heç dammasa - çöl olar.
  • Damcı-damcı–göl, onlarsız səhra olar.
  • Danışan axmaq olsa, dinləyən bilən gərək.
  • Danışan naqabil olsa da, dinləyən qabil gərək.
  • Davanın axırı aclıq, al-verin sonu borcluq.
  • Deyingən adam tez qocalar.
  • Dəf edilməsi mümkün olmayan dərdə dözməkdən başqa çarə yoxdur.
  • Dəlinin min sözü hənək, bir sözü gərək.
  • Dəvəyə "hoy" demək də köməkdir.
  • Dik gəzən - tox gəzər.
  • Dil həm bəladır, həm də qaladır.
  • Dil ilə biçin biçsən, belin ağrımaz.
  • Dilənçi itdən qorxar, it - dilənçidən.
  • Dili uzun olmayanın, ömrü uzun olar.
  • Doğru dost kinsiz olar, hər nə var üzə deyər.
  • Don biçərlər enli-yanlı, dost tutarlar adlı-sanlı.
  • Dost ağladar, düşmən güldürər.
  • Dost sözünə tut qulaq, əğyarın pəndinə yox.
  • Dostun dost olsun, hesabın dürüst olsun
  • Dostun eybini üzünə de.
  • Dostun köhnəsi yaxşı, donun - təzəsi.
  • Dövlətli çıxar aş üstünə, kasıb - savaş üstünə.
  • Dul gözüylə arvad alma, piyada gözüylə at.
  • Duzluğa düşən duz olar.
  • Düşmənə ölüm diləyincə, özünə ömür dilə.
  • Düşmənin gülməyi - sirrini bilməyi.
  • Düşmənin üzə gülməyinə inanma.
  • Düz danışanın dostu olmaz.
  • Düz gələn ceyranın iki gözündən başqa eybi yoxdur.

E redaktə

  • El ağzı kəramət olar.
  • El ağzını yığmaq olmaz, çəllək ağzını boğmaq.
  • Elim - günüm olmasa, ayım - günüm doğmasın.
  • Elindən avara olan, biçara olar.
  • Elm - ağlın yarısıdır.
  • Eşşəyi yükə çək; eşşək yükə gəlməsə, yükü eşşəyə çək.
  • Eşşəyin yükü yüngül olsa soncuqlar.

Ə redaktə

  • Əkən - yeyər, tikən - geyər.
  • Əkin vaxtı əkməyən, biçin vaxtı ağlayar.
  • Ən yaxşı qız bərbad daxmadan çıxır.
  • Ər qocalsa ərki gedər, arvad qocalsa - görkü (görünüşü, gözəlliyi)
  • Əvvəl aşiq yanar, sonra məşuqu.

F redaktə

  • Fərasətsiz yal tapmaz, yal tapsa da, bal tapmaz.

G redaktə

  • Gecə oda getmə, gündüz - tüstüyə.
  • Gedən gətirər, oturan qiymət soruşar.
  • Geydiyin dağ olsa, gen dünyadan nə fayda?!
  • Gərəklini gərək olmayanda al.
  • Gərəksizin olunca, qız qalaram ölüncə.
  • Güc yıxmaz, əməl yıxar.
  • Gülün bitdiyi yerdə qədr-qiyməti olmaz.
  • Günahkarın oduna günahsız yanar. [1]

H redaktə

  • Heçdən gec yaxşıdır.
  • Hərəkət olsa, bərəkət olar.
  • Hirs qabaqda gələr, ağıl - arxada.
  • Hörmət gərək bir oxuyana, bir toxuyana.
  • Hürəyən it qonaq gətirər.

X redaktə

  • Xalq deyər - haqq deyər.
  • Xəbərsiz gələn qonaq döşəksiz oturar.

İ redaktə

  • İgid gərək ya şux olsun, ya yox olsun.
  • İgid yarasız olmaz.
  • İgidin əslini soruşma.
  • İki bıçaq bir qına sığmaz.
  • İlanın ayağını görməzsən, mollanın kəramətini.
  • İştahı kəmlik kamalladır, mənəm - mənəmlik zavalladır.
  • İgidin kasıbı namusdan bay olar.
  • İt arıqlığını qurda bildirməz.
  • İt - quyruğundan qocalar, eşşək - yalından.
  • İtə yalı az versən qapına gəlməz.
  • İtən bıçağın dəstəyi qızıldan olar.

K redaktə

  • Kasıbın uşağı asimandan ay istər.
  • Kar bir yana, kor bir yana.
  • Karsızını alınca, subay otur ölüncə.
  • Kasıblıq öldürməz, öldürməsə də güldürməz.
  • Keçənə - təəssüf eləmə, gələndən - qorxma.
  • Keçi qaçmaqla ceyran olmaz.
  • Keçini keçi ayağından, qoyunu qoyun ayağından asarlar.
  • Kiçicik daş - yara baş.
  • Kiçiyi olmayanın böyüyü olmaz.
  • Kiçiyini saymayan, ulusunu da saymaz.
  • Kiri kir açar, kini - söz (Kir - çirk).
  • Kişmişi yeyəndə çöpünü çıxarmağı yaddan çıxarma.
  • Kordan əsanı bir dəfə alarsan.
  • Kosa qocaldığını bilməz.
  • Köhnəsiz təzə olmaz, yamansız yaxşı.
  • Könlün açıq - yolun açıq.
  • Kösövün uzun olsa, əlin yanmaz.
  • Küçük hürməyi anasından öyrənər.
  • Küləkli gün - yort, yağışlı gün - yat.
  • Küləyin axırı - yağış, oyunun axırı - vuruş

Q redaktə

  • Qaçanı qovma.
  • Qamışı möhkəm tutmasan əlini kəsər.
  • Qara gecə ağ olmaz, qarı düşmən - dost.
  • Qarın tox - bəla yox.
  • Qatarda nər olsa, yük yerdə qalmaz.
  • Qəribin könlünü "xoş gəldin" ovlar.
  • Qılıncla gələn qılıncdan ölər.
  • Qışın dərdini yazda çək.
  • Qıymayan tanrıdan, doymayan ovçu alar.
  • Qızı olanın nazı olar.
  • Qızın iysi - gülün iysi.
  • Qızıl görsə, Xızır da azar.
  • Qızıl-gümüşün köhnəsi olmaz, ata-ananın bəhası.
  • Qızıl yerə atılmaz, yaxşılıq - yola.
  • Qonşu qonşudan gec yatıb, tez durmağı öyrənər.
  • Qorxunun ölümə faydası yox.
  • Qoyunu külək aparsa, keçini göydə axtar.
  • Qurdu it qarğışı tutmaz.
  • Qurdun ağzı yesə də qan, yeməsə də qan.
  • Qurdun qudası çox, tülkünün - aşinası.
  • Qurdun sayəsində quş da doyur.
  • Quru sözdən plov olmaz, yağla düyüsü olmasa.

L redaktə

  • Lal olmaq yalan danışmaqdan, pəltək olmaq söyüş söyməkdən, yoxsulluğa dözmək oğurluqla mal toplamaqdan yaxşıdır.
  • Lüt sudan qorxmaz.

M redaktə

  • Meyvə ağacdan uzağa düşməz.
  • Mənimki bitsin, səninki batsın.
  • Mərd özündən görər, namərd - yoldaşından.
  • Məsləhətlə atılan daş uzaq gedər.
  • Minnətli əsəl yeməkdən, minnətsiz kəsək yemək yaxşıdır. (Əsəl - bal)
  • Minnətli tikə boğazdan keçməz.
  • Mollası çox olan yerin toğlusu yox olar.

N redaktə

  • Namərd - aş üstündə dillənər, mərd - iş üstündə dillənər.
  • Namərd əlində zar olunca, qara dəryada qərq ol.
  • Nə fərqi var, ulağın ya sağından min, ya solundan.
  • Nə xəmirdir, nə fətir, nə toya yarar, nə yasa.
  • Nərildəyən dəvə yaxşıdır, nərildəyə-nərildəyə yük götürər.

O redaktə

  • Odu üfləsən - keçər, qonşunu huylasan - köçər.
  • Odunu - yığan yaxsın, Mala -qazanan baxsın.
  • Oynaşa inanıb ərdən olma.

Ö redaktə

  • Öküzün buynuzu eşşəkdə olsaydı, salamat can qoymazdı.
  • Ölüm adamı seçmir.
  • Önüm gəlməkdənsə, sonum gəlsin.
  • Öz qədrini bilməyən özgənin qədrini nə bilsin.
  • Özü yıxılan uşaq ağlamaz.

P redaktə

  • "Papaq götür" deyirsən, baş götürür.
  • Pul oldu - kül oldu.

S redaktə

  • Salamatın yatması pisdir, xəstənin gəzməsi.
  • Savaş, vuruş - barışa yer qoy.
  • Savaşan gənişməz.
  • Sel dünyanı alsa da, hübab qazın döşündən olar. (hübab - köpük)
  • Səbrin sonu - saf qızıl.
  • Səbrli - dağı yerlə bir edər, səbirsiz - xeyir işi şər edər.
  • Sənətkar olan xar olmaz.
  • Sənin bu baylığın ötər, mənim də yoxsulluğum.
  • Səpilməyən toxum göyərməz.
  • Su görməmiş soyunma.
  • Süddən ağzı yanan, suyu püləyib içər.
  • Südə də zəndlə baxsan, qan görərsən.
  • Sürü axsağını gizlər.

T redaktə

  • Tək gəzən qorxar.
  • Tək olub yol tapmaqdan, çox olub yol azmaq yaxşıdır.
  • Təpəyə çıx bax: camaat hara gedir, sən də ora get.
  • Təzə varlanandan pul borc alma.
  • Tox at yorulmaz.
  • Turaca öz dilindən bəla gələr.
  • Tutduğu işi bitirir, getdiyi yerdən gətirir.
  • Tülkünün min bir fəndi var, ən etibarlısı gözə görünməməkdir.

U redaktə

  • Uşaq zirək zənənin bir əlin bağlar, tənbəl zənənin iki əlini.
  • Uşaqlı ev - bazardır, uşaqsız ev məzardır.
  • Utanmaza gündə toydur.

Ü redaktə

  • Ürəkdən ağlasan, kor gözdən də yaş çıxar.

V redaktə

  • Varını verən utanmaz.

Y redaktə

  • Yaxın qonşuya yaman söz demə.
  • Yaxınlar dava eləsə, uzaqlar kef eləyər.
  • Yaxma - bişərsən, qazma - düşərsən. (Yaxmaq - yandırmaq)
  • Yaxşı ata - bir qamçı, yaman ata - min qamçı.
  • Yaxşı söz - baldan şirin.
  • Yaxşıdan - ad qalar, yamandan - dad qalar.
  • Yaxşını görəndə fikir elə, yamanı görəndə şükür elə.
  • Yalanın şirinindən, doğrunun acısı dadlıdır.
  • Yaman dil el dağıdar, yaman ayaq - yol.
  • Yarından ayrılan yeddi il ağlar, elindən ayrılan ölüncə ağlar.
  • Yatan öküzə yer çatmaz.
  • Yava mala baxanın saqqalı-bığı yağlanar, yava adama baxanın ürəyi-bağrı dağlanar.
  • Yeddi ölç - bir biç.
  • Yeməyi olmayan oruc tutar, işi olmayan namaz qılar.
  • Yeməklə doymayan, yalamaqla doymaz.
  • Yeri - güz şumla. Güz şumlamasan, yüz şumla. (Güz - payız).
  • Yıxılan damı bir kərpic saxlamaz.
  • Yıxılsan - yerdən yapış.
  • Yüz təngə pulun olunca, yüz dostun olsun. (1 təngə - 20 qəpik)

Z redaktə

  • Zəhmətin axırı rahatlıqdır.

Mənbə redaktə

  • Dünya xalqlarının atalar sözləri. Bakı, 2015.

İstinadlar redaktə

  1. [1] Цитаты и афоризмы.