Tabasaran atalar sözləri



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B redaktə

  • Bir çiçəklə yaz açılmır.
  • Bir əldə iki qarpız tutma.
  • Bir işə başlamamış onun sonu haqqında fikirləş.
  • Bizim küçədə də toy olacaq.
  • Buynuz başa ağırlıq etməz.

Ç redaktə

  • Çaya çatmamış şalvarını çırmalama.

Ə redaktə

  • Əgər qonşu yaxşıdırsa, keçəl qız da ərə gedər.

İ redaktə

  • İlanı oddan da çıxartsan, o, sənin xeyirxahlığını qiymətləndirməyəcək.

K redaktə

  • Kim yayda yatarsa, qışda ağlayar.

Q redaktə

  • Qonaq qış qarı kimidir, istəsən də, istəməsən də gələcək.

O redaktə

  • Oğul adam olunca ata eşşəyə dönür.
  • Oğul doğmaq igidlik deyil, igidlik onu tərbiyə etməkdir.
  • Oğul dünyaya gətirmək şücaət deyil, onu böyütmək şücaətdir.

S redaktə

  • Sabaha qalan işin quyruğu böyüyər.
  • Sən atana necə baxmısansa, sənin oğlanların da sənə o cür baxacaqlar.
  • Su uşaqların, yer böyüklərindir.

V redaktə

  • Varlının xoruzu da yumurtlayar.

Y redaktə

  • Yalanın uzunluğu nahara qədərdir.
  • Yaz gününə və uşaqlara inanmayın.

İstinadlar redaktə