Vasili Vasileviç Rozanov (1856-1919) - Rus yazıçısı, publisist və filosof.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


D redaktə

  • Dostluqda və sevgidə sadiq ol: digər tələbləri yerinə yetirməyə də bilərsən.
  • Dövlətin məqsədi həyatı cənnətə çevirmək deyil, cəhənnəmə çevrilməyə qoymamaqdır.

X redaktə

  • Xam xəyallara qapılmaq işləməkdən asandır. Budur rus sosializminin mənşəyi.

İ redaktə

  • İnqilablar ruh yüksəkliyi üzərində qurulur, çarlıqlar səbir üzərində qurulur, inqilablar gənc "mən"dən, padşahlıqlar isə taleyə boyun əyməkdən doğur.
  • İnsana yalnız bir abidə layiqdir, torpaq qəbir və taxta xaç. Qızıl abidəni isə yalnız itə qoymaq olar.

M redaktə

  • Makedoniyalı İsgəndərin yanında mehtər nədirsə, Qoqol ilə müqayisədə Saltıkov Şedrin də odur.[1]

Ö redaktə

  • Öz ruhunun dərinliklərinə var, o zaman qarşında yeni-yeni üfüqlər açılacaq, insan ayağı dəyməmiş torpaqlar, dum-duru çaylar, hələ heç kəsin görmədiyi sirli ulduzlar, kəhkəşanlar kəşf edəcəksən.
  • Özünə inam olmadan güclü olmaq mümkün deyil. Lakin özünə inam istər-istəməz insanda təkəbbür hissi oyadır. Bütün bu ziddəyyətləri aradan qaldırmaq həyatın və şəxsiyyətin ən çətin problemlərindən biridir.

R redaktə

  • Rus tənbəli havanı iyləyir ki, görsün "müxalifət" haradadır və onun yerini tapan kimi sevincək yüyürüb qoşulur müxalifətə və axır ki, həyatda özünə yer tapdığını düşünüb sakitləşir.

S redaktə

  • Sevgi sönür – və həqiqət də sönür. Odur ki, yerdə “həqiqiləşdirmək” daima və həqiqətən sevməkdir.
  • Sevmək – “sənsiz ola bilmirəm” deməkdir, “sənsiz mənə ağırdır” deməkdir, “sən olmayan hər yer cansıxıcıdır” deməkdir.

İstinadlar redaktə

  1. Xəzinə. Bakı, 1997, səh.76