A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


D redaktə

  • Dünyada sonsuz bir xoşbəxtlik yoxdur; nə məşhur bir soy, nə gözəllik, nə güc-qüvvət, nə zənginlik, heç bir şey bizi fəlakətdən qurtara bilməz. Aleksandr Puşkin

H redaktə

  • Hər şeydən razı olmaq təbii zənginlik, zənginlik isə süni yoxsulluqdur. Sokrat

X redaktə

  • Xeyir və şər, zənginlik və yoxsulluq, yüksək və aşağı və dəyərlərin bütün adları silaha çevrilib həyatın yenidən və yenidən özünü məcbur etməsini mübarizcəsinə təsdiq edəcək! Fridrix Nitsşe

İ redaktə

  • İnsana şux geyinməkdən daha çox ağlın zənginliyi vacibdir. Onore de Balzak
  • İnsanın yeganə xəzinəsi onun yaddaşıdır Zənginlik və yoxsulluq yalnız ondadır. Adam Smit
  • İntizam, enerji, güc və optimizm dolu güclü bir xarakter inşa etmək üçün zaman ayrıldığı zaman, çöl dünyanda hər şeyə sahib ola bilər, istədiyin hər şeyi bacara bilərsən. Qabiliyyətlərinə və məğlubedilməz ruhuna olan dərin inancını gücləndirdiyin zaman, bütün məşğuliyyətlərində müvəffəqiyyətli olmağını və böyük mükafatlar almağını heç bir şey əngəlləyə bilməz. Zehnini öyrətmək, bədəninə diqqət göstərmək və ruhunu bəsləmək üçün vaxt sərf etmək, səni, həyatında daha çox zənginlik və canlılığa çata biləcəyin bir mövqeyə gətirər. Robin Şarma

K redaktə

  • Kasıblıq ayıb deyil, zənginlik də. Kart Qoetz

Ö redaktə

  • Öz zənginliyi ilə hər şeyi ala biləcəklərini düşünüənlərin əksəriyyəti hər şeydən əvvəl artıq özlərini satıblar. Frensis Bekon

S redaktə

  • Sevgi elə bir eynək taxır ki, ondan baxanda kasıblıq zənginlik kimi, od zərrələri qızıl və mirvari kimi görünür. Miqel de Servantes

Z redaktə

  • Zənginlik bizə nə yaxşılıq edir, nə də pislik; hər ikisi üçün də ləvazimat verir. Mişel de Monten
  • Zənginlik – böyük sərvət deyil, böyük tələbat qazandırar. Epiktet
  • Zənginlik dəniz suyu kimidir, nə qədər çox içsən susuzluğun bir o qədər artır. Artur Şopenhauer
  • Zənginlik xəsislik və həyasızlıq doğurur. Bencamin Dizraeli
  • Zənginlik insan varlığının ləyaqətli məqsədi ola bilməz. Frensis Bekon
  • Zənginlik qürbətdə vətəndir, yoxsulluq vətəndə qürbət. Dostları itirmək qürbətə düşməkdir. Həzrəti Əli
  • Zənginlik, sərvətə sahib olmaq deyil, bu sərvətdən istifadə etmək bacarığıdır. Napoleon Bonapart
  • Zənginlik və şərəf arzusu yalnız tabut bağlandıqdan sonra yox olur. Şan Yan
  • Zənginlik yalnız bir dəfə hər bir insanın qapısını döyür, lakin insanlar tez-tez qonşu salonda oturur və heç bir tıqqıltı eşitmir. Mark Tvenğğ
  • Zənginlikdən əsl xoşbəxtlik necə əmələ gələ bilər ki, zənginliyin əldə edilməsi üçün əzablara dözmək lazım gəlir. Foma Akvinski

İstinadlar redaktə