Nəsirəddin Tusi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 208:
* Uşağa gözəl ad qoymaq lazımdır ki,bütün ömrü boyu xəcalət çəkməsin Nəsirəddin Tusi
* Uşağa şam xörəyini səhər yeməyindən çox vermək lazımdır. Səhər yeməyini çox yesə, yuxu basar, zehni kütləşər. Əti az yedirtsələr, çeviklik, ayıqlıq, şənlik, oynaqlıq, anlaqlıq və s. xeyri olar. Xörək arasında su içməyə icazə verilməməli, həddi-büluğa çatmamış şərab, məstedici içkilər qadağan edilməlidir, çünki bunlar onun nəfsinə və bədəninə zərər vurar, qəzəb, çılğınlıq, şəhvət və ehtirasını artırar; o, içki məclislərinə aparılmamalıdır.
* Uşaqda xoşagələn bir hərəkət baş verdikdə onu tərifləyib həvəsləndirmək lazımdır, lakin əks halda hər dəqiqə danlayıb başına vurmaq doğru deyildir: “qəbahətli iş görübsən”, bəlkə belələrinin səhv, bilməmək üzündən etdiyini demək yaxşıdır ki, sırtılmasın. Bir daha təkrar etməsə, üstü vurulmamalıdır, təkrar edilsə, möhkəm danlamalı, belə işlərin yaramazlığı şişirdilməli və qadağan edilməlidir.
* Uşaqda təmiz, idrakı qüvvələrdən ən əvvəl utanmaq, həya əlamətləri özünü göstərir. Deməli, diqqət edilməli, fikir verilməlidir: əgər uşaq həyalıdırsa, əksər halda başını aşağı salıb sırtıqlıq etmirsə, bu, onun nəcibliyinə sübutdur; bu, o deməkdir ki, onun nəfsi çirkin əməllərdən ikrah edib, gözəl işlərə meyl göstərir, bu əlamət həmin istedadın uşaqda olduğuna dəlalət edir. Belə isə həmin uşağın tərbiyəsinə xüsusi fikir verməli, heç bir şeyi əsirgəməməli, istedadın sönüb getməsinə yol verilməməlidir.
* Uşağı mehribançılıq və məhəbbət doğuran kəramətlərlə tərbiyə etmək lazımdır,xüsusilə ağıla, şüura, idraka təsir edən başa salmaq yolu ilə...